Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-166/2021 23.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, X1, cavabdehin nümayəndəsi Hacı-X3, üçüncü şəxslər X11, X7, X6, X9, X8 iştirakı ilə X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X16rşı (üçüncü şəxslər: X11, X7, X6, X9, X14) “JN-00xx xxx 40404005 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X16rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-00xx xxx 40404005 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Şəki rayon AİK-nın xx.xx.2000-ci il tarixli 08 nömrəli qərarı ilə iddiaçı və onun ailə üzvlərinin adına 0.20 ha torpaq sahəsi verilmiş və JN-00xx xxx 40404005 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilərək iddiaçıya verilmiş, lakin faktiki olaraq Aktda göstərilən torpaq sahəsi naturada iddiaçıya verilməmişdir. İddiaçı müəyyən məsələ ilə bağlı dövlət qurumuna müraciət etdikdə adına torpaq sahəsinin mövcud olduğunu bildirmişlər. İddiaçı cavabdeh orqana müraciət edərək, adına torpaq sahəsinin olub-olmaması barədə məlumat aldıqda ona bildirmişlər ki, belə bir torpaq sahəsi ümumiyyətlə mövcud deyil. İddiaçı cavabdeh orqana yenidən müraciət edərək, tərtib edilmiş dövlət aktının ləğv edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Üçüncü şəxslər və cavabdehin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X16rşı (üçüncü şəxslər: X11, X7, X6, X9, X14) “JN-00xx xxx 40404005 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-166/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-166/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver