Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1664/2024 08.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı bələdiyyəsinin 15 noyabr 2007-ci il tarixli 19 nömrəli iclas qərarı ilə İsmayıllı bələdiyyəsinin ehtiyat inkişaf fondu torpağından iddiaçıya fərdi yaşayış evi tikintisi üçün satılmış, A № 382145 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə 600 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı bələdiyyəsinin 15 noyabr 2007-ci il tarixli 19 nömrəli iclas qərarı ilə İsmayıllı bələdiyyəsinin ehtiyat inkişaf fondu torpağından iddiaçıya fərdi yaşayış evi tikintisi üçün satılmış, A № 382145 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə 600 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1664/2024 nömrəli qərardadı ilə İsmayıllı Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, İsmayıllı bələdiyyəsinin 15 noyabr 2007-ci il tarixli 19 nömrəli iclas qərarı ilə İsmayıllı bələdiyyəsinin ehtiyyat inkişaf fondu torpağından iddiaçıya fərdi yaşayış evi tikintisi üçün 0,06 ha həyətyanı torpaq sahəsi satılmışdır. Bunun üçün o torpağın o vaxt tələb olunan dəyərini bələdiyyənin bankdakı hesabına ödəmişdir. Bələdiyyə ona torpaq sahəsini satarkən İsmayıllı rayon keçmiş torpaq şöbəsinin rəyini və İsmayıllı RİHB-nin razılığını rəsmi qaydada almışdır. Həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş,ona xx.xx.2024-cü il tarixdə verdiyi imtina məktubu verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, Məmmədov X3 Bələdiyyəsindən alqı-satqı yolu ilə əldə etdiyi 0.06 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədləri tam təqdim etməmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia etdiyi İsmayıllı şəhəri ərazisində yerləşən İsmayıllı rayonu, İsmayıllı Bələdiyyəsindən alqı-satqı yolu ilə əldə etdiyi 0.06 ha həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmiş lorpaqların alqı- satqısına dair akt"-ı və həmin torpaq sahəsinə dair ödəniş qəbzi 9 saylı Qəbələ Ərazi İdarəsinə təqdim edilməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. İsmayıllı bələdiyyəsinin 15 noyabr 2007-ci il tarixli 19 nömrəli iclas qərarından görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0,06 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır.
2. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
3. A seriyalı 382145 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən müəyyən edilir ki, İsmayıllı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 19 saylı iclas protokolunun qərarı ilə 600 kv.m həyətyanı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir.
4. İsmayıllı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 19 saylı iclas protokolundan çıxarışdan görünür ki, 600 kv.m həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-2893/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi .
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alğı-satqı aktı tərtib edilir. Cavabdehin hüquqların qeydiyyata alınmasından imtina edilməsinin əsası kimi istinad etdiyi alğı-satqı predmeti olan torpaq sahəsi üzərində İsmayıllı rayon Bələdiyyəsinin hüquqlarının qeydə alınmadığı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, inzibаti orqаnlаrın inzibаti prаktikаsınа fiziki və yа hüquqi şəxslərin etimаdı qаnunlа qorunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İsmayıllı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 19 saylı iclas protokolunun qərarı ilə İddiaçı mülkiyyətinə ayrılan 600 kv.metr torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-2893/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 19 saylı qərarı ilə İddiaçı ayrılmış və onun adına tərtib olunmuş A 382145 (**********0828) saylı plan və ölçü sənədində göstərilən 0,06 hektar (600 kv.m) torpaq sahəsi Kompleks yerquruluşu xəritəsinə (DVG) əsasən İsmayıllı şəhər inzibati ərazi sərhəddi daxilində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid perspektiv inkişaf üçün ayrılmış, bələdiyyə mülkiyyətində uqodiyası həyətyanı sahə olan ərazidə, X2 Uçotu informasiya Sisteminə (TEKUİS) əsasən isə İsmayıllı şəhər inzibati ərazi sərhəddi daxilində yaşayış məntəqələrinin torpaqlan kateqoriyasına aid bələdiyyə mülkiyyətində uqodiyası həyətyanı sahə olan ərazidə yerləşir. Torpaq sahəsinin yerləşmə vəziyyəti yerquruluşu planı üzrə göstərilmişdir. İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 19 saylı qərarı ilə İddiaçı ayrılmış və onun adına tərtib olunmuş A Ne 382145 (**********0828) saylı plan və ölçü sənədində göstərilən 0,06 hektar (600 kv.m) torpaq sahəsi İddiaçı faktiki naturada istifadəsində olan 0,0605 hektar (605 kv.m) torpaq sahəsi ilə 0,0568 hektar (568 kv.m) hissədə üst-üstə düşür İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 19 saylı qərarı ilə İddiaçı ayrılmış və onun adına tərtib olunmuş A Ne 382145 (**********0828) saylı plan və ölçü sənədində göstərilən 0,06 hektar (600 kv.m) torpaq sahəsinin 0,0032 hektar (32 kv.m) hissəsi başqa şəxs və ya şəxslərin faktiki naturada istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşür, İddiaçı faktiki naturada istifadəsində olan 0,0605 hektar (605 kv.m) torpaq sahəsinin 0,0037 hektar (37 kv.m) hissəsi İsmayıllı şəhər inzibati ərazi sərhəddi daxilində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid bələdiyyə mülkiyyətində uqodiyası həyətyanı sahə olan ərazidə yerləşir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə İsmayıllı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 19 saylı iclas protokolunun qərarı əsasən (A seriyalı 382145 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmaqla) iddiaçının mülkiyyətinə verilmiş 600 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınıb çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 19 saylı iclas protokolunun qərarı ilə iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi üzərində İddiaçı (faktiki istifadə vəziyyətinə uyğun olaraq) mülkiyyət hüququnu qeydə alaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə