Məhkəmə qərarları › İş №2-1(116)-1664/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1664/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1664/2025 23.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “mərhum X1 xx.xx.1976-cı il tarixli 22 saylı nikah haqqında akt qeydində eləcə də, oğlu X3 cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1976-cı il tarixli, 92 saylı doğum haqqında bərpa akt qeydində adının “Fındıx“ deyil, “Pürüzə“ kimi qeyd olunaraq oxunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “mərhum X1 xx.xx.1976-cı il tarixli 22 saylı nikah haqqında akt qeydində eləcə də, iddiaçının atası X3 cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1976-cı il tarixli, 92 saylı doğum haqqında bərpa akt qeydində adının “Fındıx“ deyil, “Pürüzə“ kimi qeyd olunaraq oxunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, 1929-cu il təvəllüdlü mərhum X1 (xx.xx.2007-ci il tarixdə vəfat etmişdir) Yevlax rayon Nemətabad kənd icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.2007-ci il tarixli 07 saylı ölüm haqqında akt qeydində adı “Pürüzə", Yevlax rayon Nemətabad kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1976-cı il tarixli 22 saylı nikah haqqında akt qeydində, eləcə də X3 Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1976-cı il tarixli 92 saylı doğum haqqında bərpa akt qeydində adı “Fındıx" kimi qeyd olunmuşdur. Hazırda bu səbəbdən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi zərurəti yaranmışdır. Bu məqsədlə iddiaçı Cavabdehnə müraciət etsə də, bütün sənədləri qaydasında olmasına baxmayaraq orada onun müraciətinin icrasından imtina olundu və orada məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Cavabdeh iddiaçının ərizəsinə münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, tələbin icrasından imtina edilmişdir.

2. AZ-İ 868751 seriya nöməli Nikah haqqında şəadətnamənin surətindən görünür ki, X5 ilə X4 arasında xx.xx.1984-cü il tarixində nikah qeydə alınmışdır.

3. AZ-İ 905359 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixində vəfat etmişdir.

4. AZ-İ 565580 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2005-ci il tarixində vəfat etmişdir.

5. xx.xx.2007-ci il tarixli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X2 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti Aktlarının arxiv idarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X1 deyil, İsmayılova (Səfərova) Fındıx Abbasəli qızının X7 ilə xx.xx.1976-cı ildə Yevlax rayonunun Nemətabad icra nümayəndəliyində nikaha daxil olduğu müəyyən edilmişdir. Bu nikahdan doğulmuş xx.xx.1961-ci il təvəllüdlü Nizami Səfərovun doğumu Cavabdehndə qeydə alınmış və bu akt qeydində ananın adı “Fındıx" kimi göstərilmişdir. Araşdırma nəticəsində 31,07.2007-ci il təvəllüdlü Pürüzə Səfərovanın ölümünün də adıçəkilən icra nümayəndəliyində qeydə alındığı məlum olmuşdur. Qeyd edirik ki, müvafiq informasiya sistemində Pürüzə İsmayılovanın (Səfərova) doğumu haqqında akt qeydinə dair məlumat aşkar edilmədiyindən onun valideynləri barədə məlumat üzrə axtarışın aparılması mümkün olmamışdır.

7. Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının hüquqi marağı mərhum nənəsi X1 xx.xx.1976-cı il tarixli 22 saylı nikah haqqında akt qeydində və atası mərhum X3 xx.xx.1976-cı il tarixli, 92 saylı doğum haqqında bərpa akt qeydində ana adının “Fındıx“ adından “Pürüzə“ adıan düzəliş edilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, onun barəsində tərtib edilmiş fərdi uçot kartoçkasına əsasən adı “Pürüzə” kimi qeyd edilmiş,müvafiq polis şöbəsi tərəfindən Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi verilmişdir. X2 xx.xx.2007-ci il tarixdə vəfat etmiş,tərtib edilmiş ölüm haqqında akt qeydi şəxsiyyət vəsiqəsinə uyğun tərtib edilmişdir. Lakin, X1 xx.xx.1976-cı il tarixli 22 saylı nikah haqqında akt qeydində, onun oğlu X3 barəsində tərtib edilmiş xx.xx.1976-cı il tarixli 92 saylı doğum haqqında bərpa akt qeydinin ana adı qrafasında adı “Fındıx" kimi qeyd olunmuşdur. Məhkəmə aşağıdakı normaalrı işin hallarına tətbi qedərək hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi : Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Həmin Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə X1 barəsində tərtib edilmiş xx.xx.1976-cı il tarixli 22 saylı nikah haqqında akt qeydinin “adı” qrafasında, X3 barəsində tərtib edilmiş xx.xx.1976-cı il tarixli 92 saylı doğum haqqında bərpa akt qeydinin “ana adı” qrafasında “Fındıx" adının “Pürüzə“ adına düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar