Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1665/2020 30.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçı cavabdeh 8 saylı Regional Ekologiya və X2rşı “xx.xx.2020-ci il tarixli MN ******* saylı qərarın və həmin qərarın qəbul edilməsi üçün əsas olmuş xx.xx.2019-cu il tarixli MN ******* saylı protokolun təsdiq edilmiş surətinin iddiaçının ünvanına göndərilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı cavabdeh 8 saylı Regional Ekologiya və X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli MN ******* saylı qərarın və həmin qərarın qəbul edilməsi üçün əsas olmuş xx.xx.2019-cu il tarixli MN ******* saylı protokolun təsdiq edilmiş surətinin iddiaçının ünvanına göndərilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulması barədə bələdiyyə qərarının qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Məhkəməsinin 2(035)- 359/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə 8 saylı Regional Ekologiya və X1 qarşı iddiası təmin edilmiş, 950 manat məbləğində təbiətə dəymiş ziyanın və 30 manat dövlət rüsumunun ondan alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə aktında sübut kimi istinad edilən sənədlərdən biri də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə cərimə edilməyinə dair qərardır. Həmin qərarı ala bilməməyi səbəbindən həmin qərardan şikayət verə bilməmişdir. İddiaçı 8 saylı Regional Ekologiya və X4 xx.xx.2020-ci il tarixli MN0364086 saylı qərarın və həmin qərarın qəbul edilməsi üçün əsas olmuş xx.xx.2019-cu il tarixli MN ******* saylı protokolun təsdiq edilmiş surətinin üvanına çatdırılması üçün müraciət etsə də cavabdeh orqan məktubu cavabsız qoymuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7) İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində özü də qeyd edir ki, Zərdab rayon Məhkəməsinin 2(035)-359/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə 8 saylı Regional Ekologiya və X1 qarşı iddiası təmin edilmiş, 950 manat məbləğində təbiətə dəymiş ziyanın və 30 manat dövlət rüsumunun ondan alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə aktında sübut kimi istinad edilən sənədlərdən biri də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə cərimə edilməyinə dair qərardır. Göründüyü kimi məhkəmə aktında sübut kimi istinad olunan sənəd qeyd olunan mülki işin materiallarında mövcuddur və iddiaçı hazırki tələbində qeyd etdiyi sənədləri Zərdab Rayon Məhkəməsinə müraciət etməklə rahatlıqla əldə edə bilər. Bundan başqa məhkəmə iddiaçının nəzərinə çatdırır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən narazı olduğu təqdirdə o apellyasiya şikayəti verə bilər. İddiaçı həmin qərarların ona təqdim olunmamasını bildirməklə qeyd olunan inzibati xəta barədə tərtib olunmuş qərardan şikayət vermə müddətini ötürmədiyinin müəyyənləşdirilməsini arzulayır. Bu halda məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən o, həmin qərardan ümumi məhkəməyə şikayət etmək hüququna malikdir və həmin araşdırma zamanı onun həmin qərarı alıb-almamasına qiymət verilə bilər. İddiaçının hüququna müdaxilənin aşkar şəkildə baş verməsi nəzərə çarpmır və hazırki halda hüquqi müdafiəyə ehtiyacının olması müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh 8 saylı Regional Ekologiya və X2rşı “xx.xx.2020-ci il tarixli MN ******* saylı qərarın və həmin qərarın qəbul edilməsi üçün əsas olmuş xx.xx.2019-cu il tarixli MN ******* saylı protokolun təsdiq edilmiş surətinin iddiaçının ünvanına göndərilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1665/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1665/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver