Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1668/2020 30.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı Cavabdehnə qarşı “Ağdaş Rayon AİK-nın xx.xx.1998-ci il tarixli 20 nömrəli Qərarının ləğv edilməsi və onun adı və həyətyanı torpaq sahəsinin ölçüsü göstərilən yeni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ağdaş Rayon AİK-nın xx.xx.1998-ci il tarixli 20 nömrəli Qərarının ləğv edilməsi və onun adı və həyətyanı torpaq sahəsinin ölçüsü göstərilən yeni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1969-cu ildə Ağdaş rayonu Şəmsabad kəndində anadan olmuşdur. Həmin kənddə qeydiyyatda olmaqla 2008-ci ilədək orada yaşamışdır. Ağdaş rayon Dövlət Arxivindən əldə etdiyi sənədlərdən məlum olur ki, ona məlum olmayan səbəblərdən və məlumatı olmadan 1996-2000-ci illərdə təsərrüfatbaşına kitabda onun adının üstündən xətt çəkilmiş və təsərrüfatı ayrı göstərilmişdir. Lakin iddiaçının təsərrüfatı barədə səhifə açılmamış, onun təsərrüfatının həyətyanı torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Aqrar islahat zamanı iddiaçıya verilməli olan torpaq sahəsi mərhum qardaşı Məhəbbət İsrəfılovun adına hazırlanmış şəhadətnamə ilə mülkiyyətə verilmişdir. Bu barədə Ağdaş rayon X3 xx xxxxxx 1998-ci il tarixli 20 saylı qərarına əsasən, onun qardaşının adına 2/4420 sayı ilə kitabda qeydə alınmış JN-071A (kod 90318018) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin iddiaçının təsərrüfatı ayrı göstərildiyindən onun adı həmin şəhadətnamənin adlılar siyahısına salınmamışdır. Məhkəmə iddia ərizəsi və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X5, Naxçıvan Muxtar Respublikası X5, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X3 qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X4 şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X1 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X4 şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət X5 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət X3 qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2005ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "Dövlət X2 yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi X1 hüquqi varisi müəyyən edilmədiyindən iddiaçının cavabdeh qismində qeyd etdiyi Cavabdeh hazırkı tələb üzrə cavab verməli orqan sayıla bilməz. Həmçinin X1 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Ağdaş rayon X3 qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. 298-ci maddəsinə əsasən, Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göstərilən maddənin tələbindən göründüyü kimi iddiaçı tələb olunan müddət ərzində inzibati aktı mübahisələndirmədiyi üçün həmin inzibati aktı mübahisələndirmək hüququnu itirmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Həmçinin məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddiaçının cavabdeh kimi qeyd etdiyi inzibati orqana torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi səlahiyyəti verilməmişdir. İş üzrə İddiaçı müxtəlif vaxtlarda məzmunca hazırkı tələbə uyğun olan iddia ərizələri ilə məhkəmədə iddia qaldırmışdır. Lakin məhkəmənin 2-1(84)-1223/2019 nömrəli xx.xx.2019-cu il, 2-1(116)-1258/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qərardadları ilə onun iddia tələbləri mümkün sayılmamışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən, cavabdeh kimi qeyd etdiyi inzibati orqana torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi səlahiyyəti verilmədiyindən və inzibati aktın mübahisələndirilməsi üçün tələb edilən müddət ötürüldüyündən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Ağdaş Rayon AİK-nın xx.xx.1998-ci il tarixli 20 nömrəli Qərarının ləğv edilməsi və onun adı və həyətyanı torpaq sahəsinin ölçüsü göstərilən yeni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1668/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1668/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver