Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1670/2023 23.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Hüquqi Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Hüquqi Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1983xx.xx.1989-cu il tarixləri arasındakı dövr, mərkəzi təmir sexində maşın avadanlıqlarının təmiri üzrə çilingər, xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində X1 və təmiri sexində usta, böyük usta, xx.xx.1998-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində sex rəisinin müavini vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə ona 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı vəkili (nümayəndəsi), tələbini dəqiqləşdirərək, “xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasında dövr, mərkəzi təmir sexində maşın avadanlıqlarının təmiri üzrə çilingər, xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində X1 və təmiri sexində usta, böyük usta, xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində sex rəisinin müavini vəzifəsində işlədiyi müddət nəzərə alınmaqla 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır; - İddiaçı, xx.xx.1963-cü ildə Tərtər rayonu Borsunlu kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1983-cü ildə “Azərbaycan DRliS'də Mərkəzi təmir sexində maşın avadanlıqlarının təmiri üzrə çilingər kimi başlamışdır. xx.xx.1989-cu ildə Mərkəzi təmir sexində 5-ci dərəcəli buxar qaz turbin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsinə. xx.xx.1989-cu ildə Mərkəzi təmir sexində usta vəzifəsinə, xx.xx.1993-cü ildə X1 və Təmiri sexinə usta vəzifəsinə, xx.xx.1994-cü ildə həmin sexdə böyük usta vəzifəsinə keçmiş və xx.xx.1998-ci ilə kimi həmin vəzifədə işləmişdir. xx.xx.1998-ci ildən həmin sexdə sex rəisinin müavini vəzifəsinə keçərək həmin vəzifədə xx.xx.2008-ci ilə kimi işləmişdir. xx.xx.2019-cu ildə Mingəçevir İSİS 45\5 saylı 112-ci məhəllə qazanxanaya mövsümü oluraq əməliyyatçı peşəsinə qəbul edilmiş və xx.xx.2020-ci ilə kimi, 05.11,2020-ci ildən 15.04 2021-ci ilə kimi, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə kimi əməliyyatçı kimi işləmişdir. "xxxx" MMC tərəfindən verilmiş işin xarakteri haqqında arayışa əsasən Mütəllim Nuriyev işlədiyi 8 saatlıq iş günü ərzində səs-küy. titrəmə, havanın cərəyan surəti, iş yerində havanın lempralurunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyim üçün iddiaçıya xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək aylıq məvacibinin 12% miqdarında, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək aylıq məvacibinin 8% miqdarında əlavə əmək haqqı ödənilmiş və əmək məzuniyyətimə əlavə məzuniyyət günü əlavə edilmişdir. Həmçinin qeyd edilmişdir ki. İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 24-cü bölməsinin a və b bəndlərinə uyğundur. Güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı 14.01 2023-cü il tarixli ərizə ilə inzibati orqana müraciət etmiş, lakin İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından xx.xx.2023-cü il tarixli 3-17-1/2- N-30944/202 nömrəli məktubla imtina edilmişdir. İmtinanın əsasları kimi İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajının 12 il 06 aydan az (04 ay) olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması bildirilmişdir. İddiaçı iddia ərizəsinin əsasları kimi 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixədək tələb olunan ümumi və güzəştli iş stajını tamamladığını iddia edərək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğunu qeyd etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il İyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin 28 avqust 2020-ci il tarixli 07-93 nömrəli arayışında İddiaçı xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə Mərkəzi təmir sexində maşın avadanlıqlarının təmiri üzrə çilingər, 01,06.1989- xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.1993-xx.xx.2008ci il tarixləri arasındakı dövr ərzində X1 və təmiri sexində usta, böyük usta, sex rəisinin müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sexlər və vəzifələr sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan sexlərə və vəzifələrə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (4 ay (xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iddiaçıının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X5 və Texnologiyalar üzrə X7 Təhsili Mərkəzinin xx.xx.2022-ci il tarixli 120 nömrəli arayışından görünür ki, iddiaçı, 0L09.1980- ci il tarixdə 27№-li Kirovabad şəhər X8 məktəbinə (indiki Sənaye və Texnologi - yalar üzrə X7 Təhsil Mərkəzinin əsas korpu - suna) “Təmirçi çilingər “ixtisası verən qrupa daxil olmuş, xx.xx.1981-ci il tarixdə əyani təhsil almaqla bitirmiş, xx.xx.1981-ci il tarixdə 3-ci dərəcəli “Təmirçi çilingər” ixtisası üzrə 8080 №-li attestat almışdır. - "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 07-93 nömrəli işin xarakteri haqqında arayışdan görünür ki, X4 (09.01,1963-cü il təvəllüdlü) xx.xx.1983-cü il tarixdən xx.xx.1984cü il tarixədək "xxxx"- nın Mərkəzi təmir sexində 2-ci dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №657 xx.xx.1983), xx.xx.1984-cü il tarixdən 02.01,1986-cı il tarixədək həmin sexdə 3-cü dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №470 xx.xx.1984), 02.01,1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək həmin sexdə 4-cü dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №7 xx.xx.1986), 01.11,1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə 5-ci dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №49 xx.xx.1988) xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində (Əmr №40/K xx.xx.1989), xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək həmin sexdə usta İ qrup vəzifəsində (Əmr №106/K xx.xx.1989) xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək X1 və təmiri sexində Usta İ qrup vəzifəsində (Əmr №224/K xx.xx.1993) xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək həmin sexdə böyük usta İ qrup vəzifəsində (Əmr №169/K xx.xx.1994), xx.xx.1998-ci il tarixdən xx.xx.2008-ci il tarixədək həmin sexdə sex rəisinin müavini vəzifəsində (Əmr №31/K xx.xx.1998) işləmişdir. xx.xx.2008-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr№137/Ş xx.xx.2008) X3 zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, titrəmə, nəmlilik, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün X3 xx.xx.1983-cü il tcixd^n 01 10.1993-cü il tarixədək aylıq məvacibinin 12% miqdarında , xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək aylıq məvacibinin 8% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. X2 xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li qərarının 24-cü bölməsinin “a” və “b”, bəndlərinə uyğundur. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx"-“Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan DRES" MMC -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. - "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 07-87 nömrəli arayışından görünür ki, iddiaçı, həqiqətən xx.xx.1983-cü il tarixdə "Azərbaycan İES” MMC-nin Mərkəzi-Təmir sexinə 2-ci dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir. (Əmr №657 xx.xx.1983-cü il),xx.xx.1984-cü il tarixdə həmin sexdə tutduğu vəzifədə ixtisas dərəcəsi bir dərəcə artırılaraq 3-cü dərəcə verilmişdir. (Əmr № 470 xx.xx.1984-cü il) 02.01 1986-cı il tarixdə həmin sexdə tutduğu vəzifədə ixtisas dərəcəsi bir dərəcə artırılaraq 1-cü dərəcə verilmişdir (Əmr №7 xx.xx.1986-cı il) 01 11.1988-ci il tarixdə həmin sexdə tutduğu vəzifədə ixtisas dərəcəsi bir dərəcə artırılaraq 5-ci dərəcə verilmişdir. (Əmr №99 xx.xx.1988-ci il) 01 02.1989-cu ıl tarixdə Mərkəzi Təmir sexində 5-ci dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsinə keçirilmişdir.(Əmr №40/K 01,03.1989-cu il) 01 06.1989-cu il tarixdə Mərkəzi Təmir sexində İ qrup usta vəzifəsinə keçirilmişdir.(Əmr №106/K xx.xx.1989-cu il) ,01.10 1993-cü il tarixdə X1 və Təmiri sexinə İ qrup usta vəzifəsinə keçirilmişdir. (Əmr №224/K xx.xx.1993-cü il) 01,07.1994-cü il tarixdə həmin sexdə İ qrup böyük usta vəzifəsinə keçirilmişdir. (Əmr №169/K ,xx.xx.1994-cü il) xx.xx.1998-cİ il tarixdə X1 və Təmiri sexinin rəis müavini vəzifəsinə keçirilmişdir. (Əmr №31/K xx.xx.1998-ci il). xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə ) əmək müqaviləsinə xitam verilmişdir. (Əmr №137/Ş xx.xx.2008-ci il). - НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1981-xx.xx.1983-cü il tarixlərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. - ******* №-li, əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı ilədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1980 – xx.xx.1981, xx.xx.1983 – xx.xx.1998, xx.xx.1998 – xx.xx.2006 Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 57 yaşının bitdiyi xx.xx.2020-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub). Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Müəyyən edilir ki, iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı və xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 25 il 20 günə bərabərdir. Yəni, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcuddur. İddiaçının xüsusi iş stajına münasibətdə isə müəyyən edilir ki, həmin müddət 14 il 7 ay 15 gün olmaqla tələb olunan 12 il 6 aydan çoxdur. Cavabdeh orqan iddiaçının işlədiyi sexlər və vəzifələrin yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan sexlərə və vəzifələrə uyğun olmamasını bildirir. Lakin, məhkəmə cavabdeh orqanın əlilini əsassız hesab edir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 07-93 nömrəli işin xarakteri haqqında arayışın məzmunu ilə müəyyən edilir ki, iddiaçı, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək "xxxx"- nın Mərkəzi təmir sexində 2-ci dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində, xx.xx.1984-cü il tarixdən 02.01,1986-cı il tarixədək həmin sexdə 3-cü dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində, 02.01,1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək həmin sexdə 4-cü dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində, 01.11,1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə 5-ci dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək həmin sexdə usta İ qrup vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək X1 və təmiri sexində Usta İ qrup vəzifəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək həmin sexdə böyük usta İ qrup vəzifəsində və xx.xx.1998-ci il tarixdən xx.xx.2008-ci il tarixədək həmin sexdə sex rəisinin müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 24-cü bölməsinin “a” və “b”, bəndlərində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri, avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama), qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr olaraq ös əksini tapmışdır. Odur ki, həmin müddət xüsusi iş stajı kimi nəzərə alınmalıdır. Beləliklə, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin tələb olunan yaş həddinə çatması müəyyən edilir. İddiaçı, xx.xx.2023- cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etdiyindən müraciət edilən tarixdən əvvəlki üç il müddət, xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının 57 yaşı da xx.xx.2020-ci ildə tamam olmuşdur. Beləliklə xx.xx.2006-cı il tarixədək xüsusi stajı 12 il 6 aydan, ümumi iş stajı 25 ildən çox olduğundan, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.