Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1675/2024 04.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının pensiyasının Bakı Apelliyasiya Məhkəməsinin İnzibati kollegiyasının 09 iyun 2022-ci il tarixli 2-1-(103)-1458/2022-ci il tarixli qərarına əsasən ərizədə qeyd etdiyi qaydada 141.755 manat az hesablanmış məbləği və artıq tutulmuş 613.2 manatın geri qaytarılmasını cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçının pensiyasının Bakı Apelliyasiya Məhkəməsinin İnzibati kollegiyasının 09 iyun 2022-ci il tarixli 2-1 (103) 1458/2022-ci il tarixli qərarına əsasən ərizədə qeyd etdiyi qaydada 141.755 manat az hesablanmış məbləği və artıq tutulmuş 613.2 manatın geri qaytarılmasını cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən, iddiaçı Bakı Apelyasiya Məhkəmsəninin İnzibati kollegiyasının 09 iyun 2022-cil il tarixli 2-1-( 103)-1458/2022 nömrəli qərarı ilə iddiaçının iddiası qismən təmin edilirək qrup əlilliyə görə dövlət qulluçusu kimi əmək pensiyası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Oğuz rayonu üzrə Maliyyə idarəsinin ştat cədvəli üzrə aparıcı məsləhətçi vəzifəsini 2007-2008-ci illərdə aldığı əmək haqqqına görə sonraki artımlar da nəzərə alınmaqla cavabdehə müraicətin daxil olduğu xx.xx.2020-ci il tarixdən yenidən hesablanıb ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Adıçəkilən qərar qanuni qüvvəsini aldığı xx.xx.2022-cil il tarixdən məktubla icra edilməsi üçün Bakı inzibati Məhkəmsinə göndərilib. Bakı İnzibati Məhkəməsi müvafiq olaraq qərarın icrasına əməl etmək üçün 2023-cü ilin fevral ayında cavabdehə göndərilib. Bundan əlavə bildirir ki, 2022-ci ilin dekabr ayında məhkəmə qərarına icra edilmədi üçün cavabdehə müraciəti olub. Lakin cavabdeh tərəfindən məhkəmə qərarına düzgün əməl edilməyib. Halbuki, Əmək pensiyaları haqqında qanunun 20-ci maddəsində olan sonrakı artımlar tətbiq olunmalıdır. Bütün bunlar deməyə əsas verir ki, iddiaçının pensiyası göstərilən əsasda hesablanması cavabdehin üzərinə düşən öhdəlik olsada lakin onlar bu öhdəliyi qanunsuz olaraq yerinə yetirməmişdir. Cavabdeh orqan iddiaya münasibət bildirmişdir ki, cavabdehin 19.01,2023-cü il tarixli 3-17-1/2-H-11142/2023 və xx.xx.2023-cü il tarixli nömrəli 3-17-1/2-H-311705/2023 nömrəli məktublar ilə iddiaçıya əskik və artıq ödənilmiş pensiya məbləği barədə məlumat təqdim edilmişdir. Həmin məktublarda qeyd olunmuşdur ki, ödəniş çıxarışları araşdırılarkən İddiaçı xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 6,80 manat əskik, 01,09.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 580,87 manat artıq, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə 322,09 manat əskik pul vəsaiti ödənilmişdir. Nəticədə İddiaçı 896,16 (580.87+322,09-6,80) manat artıq pul vəsaiti ödənilmişdir. Hesab edirik ki, iddiaçı E.Həşimovun iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü İddiaçı məxsus pensiya işinə aid olan sənədlərin surətinə əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Oğuz Rayon Mədəniyyət Şöbəsində baş mühasib, xx.xx.1987-ci il tarixdən xx.xx.1994-cü il tarixədək isə Oğuz Rayon Maliyyə Şöbəsində pensiya və müavinətlər üzrə böyük inspektor vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-1458/2022 nömrəli Qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1 (112)-1906/2021 nömrəli Qərarı ləğv edilərək iddia qismən təmin edilmiş, iddiaçının İİ qrup əlilliyə görə dövlət qulluqçusu kimi əmək pensiyası, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Oğuz rayonu üzrə Maliyyə İdarəsində ştat cədvəli üzrə aparıcı məsləhətçi vəzifəsinin 2007-2008-ci illərdə əmək haqqına görə sonrakı artımlar da nəzərə alınmaqla cavabdehə müraciəti daxil olduğu xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2017-ci il tarixdən yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Sözügedən Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli 2-1(102)- 1843/2022 nömrəli Qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (103)- 1458/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Oğuz rayonu üzrə Maliyyə Şöbəsinin xx.xx.2023-cü il traixli arayışı.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1843/2022 nömrəli qərarının surəti.
4. Bakı Apelliyasiya Məhkəməsinin İnzibati kollegiyasının 09 iyun 2022-ci il tarixli 2-1-(103)-1458/2022-ci il tarixli qərarının surəti.
5. İddiaçıya məxsus ИT ******* seriya nömrəli əmək kitabçasının surəti.
Əsaslandırma hissəsi:
İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı iddiaçının pensiyasının Bakı Apelliyasiya Məhkəməsinin İnzibati kollegiyasının 09 iyun 2022-ci il tarixli 2-1-(103)-1458/2022-ci il tarixli qərarına əsasən ərizədə qeyd etdiyi qaydada hesablanmasından ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinə şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçının mübahisələndiridiyi hallar əvvəllər məhkəmə predmeti olmuşdur. İddiaçının pensiyasının yenidən hesablanması barədə Bakı Apelliyasiya Məhkəməsinin İnzibati kollegiyasının 09 iyun 2022-ci il tarixli 2-1-(103)-1458/2022-ci il tarixli qərarı mövcuddur.İddia ərizəsindən və iddiaçının izahatından müəyyən edilir ki,hazırkı tələbi həmin qərarın icrası ilə bağlıdır. Məhkəmə qeyd edir ki,qərarın icrası ilə bağlı yaranmış mübahisə yeni məhkəmə predmeti deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı : İPM-in 3.1 və 3.2-ci maddələrinə görə inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 116.2 və 118.2-ci maddələrində isə təsbit edilmişdir ki, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Sözügedən normaların mənasına əsasən məhkəmə qərarlarının icrası məhz birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr tərəfindən təmin edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə məhkəmə qərarının icrası həmin məhkəmələr tərəfindən təmin olunmalıdır. İnzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir. Müvafiq olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi və ya icraat materiallarının (apellyasiya və kassasiya şikayəti verilmiş işlər üzrə) məhkəməyə daxil olduğu gündən sonra birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr təxirə salınmadan məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş vəzifələrini həyata keçirməlidirlər. Bu, həmin məhkəmələrin xidməti vəzifəsinə görə (ex officio) yerinə yetirməli olduğu borcunu təşkil edir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə araşdrıması zamanı məlum olmuşdur ki, eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2-1(112)-1906/2021 nömrəli qərarı ilə iddia təmin edilməmiş, həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1458/2022 nömrəli qərardadı ilə iddiaçının Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2-1(112)-1906/2021 nömrəli qərarından iddiaçının vеrdiyi apellyasiya şikayətindən imtinaya dаir ərizəsi qəbul еdilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021ci tarixli, 2-1(112)-1906/2021 nömrəli qərarı ləğv edilmiş və iddia qismən təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. "C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Yuxarıda qeyd olunanlardan göründüyü ki, hazırkı iddia ilə eynilik təşkil edən əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunanlara əsasən, məhkəmə,
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının pensiyasının Bakı Apelliyasiya Məhkəməsinin İnzibati kollegiyasının 09 iyun 2022-ci il tarixli 2-1 (103) 1458/2022-ci il tarixli qərarına əsasən ərizədə qeyd etdiyi qaydada 141.755 manat az hesablanmış məbləği və artıq tutulmuş 613.2 manatın geri qaytarılmasını cavabdehin üzərinə qoyulması” tələbinə dair hissəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə