Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1678/2023 17.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh PHŞ-ya qarşı “əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4757/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqan qismində Cavabdeh PHŞ-ni qeyd edərək müvafiq iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı, 44 günlük Vətən müharibəsində xx.xx.2020ci il tarixində AĞ uçuq istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artileriya atəşi nəticəsində “Barotravma, sağ aşağı ətrafın çox saylı qəlpə yarası, keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik reaksiya” diaqnozu ilə xəsarətlər almışdır. Almış olduğu travmalar Azərbaycan Respublikası Müdafiə Nazirliyi 701 saylı Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli travma haqqında arayışda öz əksini tapmışdır. Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş 22912 saylı X3 bu aldığı xəsarətlərin hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması göstərilmişdir. Bununla yanaşı, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralı olmağım göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zaqatala Rayon X5 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi TSEKya göndəriş arayışında ona baş gicəllənməsi, ağıreşitmə, əsəbilik, zəif yaddaş, zəif görmə, bədəndə və ətraflarda qəlpə yarası, iki tərəfli xroniki iltihabi mezotinipakit və sairə diqnozlar qeyd edilmişdir. Azərbaycan Tibb Universitetinin X4 tərəfindən aparılmış müayinənin nəticəsindən görünür ki, sağ qulaqda 3-4 dərəcə, sol qulaqda 4-cü dərəcədə neyrosensor tip ağıreşitmə müəyyən edilir. X7 adına Milli Oftalmologiya Mərkəzinin tibbi ekspert komissiyası tərəfindən verilmiş 08 avqust 2022-ci il tarixli arayışda hər iki qulağının zəifləməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X8 baş direktoru cənab Fuad İsmayılov tərəfindən aparılmış müayinənin nəticəsindən görünür ki, üzvü affektiv pozuntu (F06.3) müəyyən edilmişdir. Vətən müharibəsində aldığı xəsarətlərə dair yuxarıda göstərilən diaqnozlara və Tibbi-Sosial Komissiyada keçdiyi müayinələrə baxmayaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində imtina verilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxıimış və X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması sağ budun çoxsaylı kor qəlpə yaralanmasından sonra bərkimiş dəri çapığı Partlayiş travamsı keçirilmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsindən sonraki vegetativ damar davamsızlığı Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv pozuntu, yüngül koqnutiv pozuntu Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, barotravma ikitərəfli koxlear nevrit. ikitərəfli neyrosensor ağıreşitmə. sol qulaqda 3-4-cü dərəcə, sağ qulaqda 4-cü dərəcə; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir' səbəbi ilə imtina verilmişdir. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu. Üzvi mənşəli şəxsiyyət pozuntusu Hipermetropiya Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi,; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir." səbəbi ilə imtina edilmişdir. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu. Yüngül koqnitiv pozuntu. Kəllədaxili travmaların nəticələri. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Xoşxassəli pəroksizmal başgicəllənmə Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi.Xroniki tubotimpanal irinli orta otit.Eşitmə sinirinin xəstəlikləri Hipermetropiya Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina edilmişdir. İddiaçı Agentliyə əyani müayinə olunması üçün dəvət olunmuşdur. 08 sentyabr 2022ci il vəj04 noyabr 2022-ci il tarixli qərarlara əsasən iddiaçıya həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsi olaraq, İddiaçı əlillik təyinatının aparılmasından imtina edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli 5862 nömrəli məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, “üzvi affektiv pozuntu F06.3, Yüngül koqnitiv pozuntu F06.7” diaqnozu qoyulmuşdur. - xx.xx.2021-ci il tarixli 22912 nömrəli X3n və MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından görünür ki, iddiaçıya “mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv pozuntu, yüngül koqnitiv pozuntu. Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 2,0 (iki) metr, sağ qulaqda 3,0 (üç) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (xx.xx.2020), sağ budun çoxsaylı kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” diaqnozu qoyulmuş, “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır”, “müşayiətçiyə zərurət olduğu” qeydləri icra edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyasının Y00010719KUK nömrəli göndəriş üzrə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə dair imtina cavabında iddiaçıya qoyulmuş diaqnoz – “əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi mənşəli şəxsiyyət pozuntusu, Hipermetropiya, Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi qeyd edilmiş, İmtina edilmənin səbəbi: Diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının **********4 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci tarixdə qiymətləndirilmiş və aşağıdakılar müəyyən olunmuşdur: - Qax rayon sakini xx.xx.1987-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0256003AAN8W nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 12.11,2021-ci il tarixli 22912 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv pozuntu, yüngül koqnitiv pozuntu. Barotravma (01 10 2020), ikitərəfli xroniki koxlear nevrit. ikitərəfli davamlı neyrosensor ağıresitmə. pıçıltı nitqinin sol qulaqda 2.0 (iki) metr, sağ qulaqda 3.0 (üc) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması. baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (xx.xx.2020), sağ budun çoxsaylı kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları." diaqnozu ilə travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün sadə miopik əstiqmatizmi, sağda Em və M 1,5D„ solda Em və M 0,5D nəticəsində görmə itiliyinin hər iki gözdə 0,3-ə qədər azalması, korreksiva ilə 0,8 olmaqla "diaqnozu ilə xəstəliyin səbəb əlaqəsi Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2021-ci il tarixli 9310 nömrəli və xx.xx.2022-ci il tarixli 5862 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli affektiv pozuntu. Yüngül koqnitiv pozuntu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2021-xx.xx.2021-ci il tarixli 10237/21 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli affektiv pozuntu, yüngül koqnitiv pozuntu." kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 7039/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi affektiv pozuntu, yüngül koqnitiv pozuntu." kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, hər iki qulaqda eşitmə zəifliyindən, baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun, yaddaşın pozulmasından, əllərin və ayaqların uyuşmasından, başında küydən şikayətlənmişdir. Ünsiyyət zamanı sualları qısa, əsəbi cavablandırmış, emosional labillik, astenikqıcıqlı əlamətlər qeyd olunmuşdur. Agentliyin həkim-ekspert otorinolarinqoloqun əyani instrumental müayinəsi zamanı sol qulaqda 70 dBnHL-İİİ dərəcə, sağ qulaqda 50 dBnHL-li dərəcə neyrosensor ağıreşltmə müəyyənləşdirilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Postkommosion sindrom. Yüngül koqnitiv pozuntular." kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunkslonal pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnoz əlillik əlaməti təvin etməməsi barədə qərar qəbul edilmişdir. - “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli PHŞ-6- 78/2-586/2023 nömrəlo məktubundan görünür ki, İddiaçı qoyulmuş” XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4, xx.xx.2022-ci il 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması dair meyarlarında öz əksini tapmamışdır, Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonraki vegetativ damar davamsızlığı - 6.1.5, eşitmənin neyrosensor ikitərəfli itirilməsi - 9.1.5, üzvi mənşəli afektiv pozuntu, yüngül koqnitiv pozuntu - 7.6.2 xəstəliyi ilə eyniyyət təşkil edir. - Şəki rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 792 nömrəli məktubundan görünür ki, İddiaçı qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnamədə “Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu” F06.3 diaqnozu ilə eyniyyət təşkil edir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Qeyd edək ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətlərinin dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilməsi zamanı qulluq keçdiyi qurumun Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür. Müəyyən olunmuşdur ki, İddiaçı dövlət tibb müəssisəsinin göndərişləri və müraciəti əsasında xüsusi səbəblə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Müayinə zamanı suallara əsəbi cavab vermiş, emosional labillik, gərginlik izlənilmişdir. Maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuşdur. Bələdliyi bütün növlər üzrə saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu (aqravasiya)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Həmçinin anamnestik məlumatlarda, obyektiv və instrumental əlillik təyinatına əsas verən ağırlaşmalar aşkar olunmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, eləcə də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq hər üç halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1678/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X6” PHŞ-nin xx.xx.2023-cü il tarixli 3948 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilib göndərişdə qeyd edilən “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, yüngül koqnitiv pozuntu, kəllədaxili travmaların nəticələri, kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, xoşxassəli paroksizmal başgicəllənmə eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, xroniki tubotimpanal irinli orta otit, eşitmə sinirinin xəstəlikləri, hipermetropiya” diaqnoz şəxsin hazırkı sağlamlıq vəziyyətini əks etdirir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları’nın hər- hansı bir bəndini aid etmək mümkün olmadı. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İş materiallarında cavabdeh orqan tərəfindən iddiaçıya müvafiq imtina qərarının hansı tarixdə verilməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İddia tələbi əlilliyin təyin edilməsi şəklində ifadə edilsə də, məhkəmə hesab edir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqan tərəfindən orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsinə nail olmaqdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina səbəbi Diaqnozun əlillik əlaməti təyin etməməsi olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq iddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya qoyulmuş diaqnozun “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına əsasən - Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonraki vegetativ damar davamsızlığının - 6.1.5, eşitmənin neyrosensor ikitərəfli itirilməsinin - 9.1.5, üzvi mənşəli afektiv pozuntu, yüngül koqnitiv pozuntunun - 7.6.2-ci bəndində qeyd edilmiş xəstəliklərlə eyniyyət təşkil etdiyini bildirmişdir. Məhkəmə, orqanizmin funksiyalarının pozulma faizi və müddətini nəzərə alınmaqla hesab edir ki, iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 9.1.5-ci bəndi (eşitmənin neyrosensor ikitərəfli itirilməsi) nəzərə alınmaqla qiymətləndirmə aparılmalıdır. İddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə eşitmənin neyrosensor ikitərəfli itirilməsi və eşitmə sinirinin xəstəlikləri olaraq H90.3 və H93.3 kodlarına istinad edilmişdir. Belə ki, istinad olunan “Meyarlar”ın 9.1-ci bəndində qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri H60-H95 kodlarında təsnifləşdirilmişdir. Həmin bəndin “qiymətləndirmə” yarımbəndlərindən görünür ki, eşitmənin ikitərəfli tam itirilməsi 9.1.5-ci yarımbənddə öz əksini tapmış, orqanizmin funksiyalarının pozulma faizi müddətsiz, 60 % qeyd edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6”nə həvalə edilmişdir. Sonuncunun xx.xx.2023-cü il tarixli 3948 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıya qoyulmuş diaqnozdakı xəstəliklər şəxsin hazırkı sağlamlıq vəziyyətini əks etdirir. Göründüyü kimi iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının sağlamlıq vəziyyəti cavabdeh orqan tərəfindən düzgün qiymətləndirilmədiyindən, o, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə xx.xx.2022-ci il tarixdən İddiaçı orqanizmin funksiyalarının pozulmasının müddətsiz 60 faiz müəyyən edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1678/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1678/2023
17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver