Məhkəmə qərarları › İş №2-1(116)-168/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-168/2022

06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-168/2022 06.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin” 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-20 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Ağdaş rayonu Qaradağlı kəndində yerləşən X18 və X10 mülkiyyətinə verilmiş 1.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.85 ha torpaq hissəsinin ləğv edilməsi, həmin hissədə özlərinin mülkiyyət hüquqlarının qeydə alınması” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə : İddiaçılar İddiaçı1 Çahid oğlu, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-20 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Ağdaş rayonu Qaradağlı kəndində yerləşən X18 və X10 mülkiyyətinə verilmiş 1.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.85 ha torpaq hissəsinin ləğv edilməsi, həmin hissədə özlərinin mülkiyyət hüquqlarının qeydə alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-168/2022 nömrəli qərardadı ilə iş üzrə Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçılar tələbini aşağıdakı kimi əsaslandırmışlar: - Ağdaş rayonu Qaradağlı kəndində torpaq islahatı aparılarkən Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 25 noyabr 1999-cu il tarixli, 15 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 1.42 hektar torpaq sahəsi onların ailəsinə verilmişdir. Həmin torpaq sahəsindən bir müddət istifadə etdikdən sonra qazanc məqsədilə Rusiya Federasiyasında getmişlər. Həmin müddətdə torpaq sahəsindən valideynləri istifadə etmişlər. Rusiya Federasiyasından qayıtdıqdan sonra torpaqdan istifadə etmək istədikdə onlara məlum olmuşdur ki, həmin torpaq sahəsini Seymur Ələkbərov adlı şəxs zəbt etmişdir. Belə ki, valideynləri öz paylarını satmaq məqsədilə Seymur və Samir Ələkbərov qardaşları ilə sövdələşdiklərini, Samir Ələkbərovun onlardan etibarnamə aldığını, razılaşdıqları pulun yalnız 800 dollarını verdiyini, 600 dolları isə aldadaraq vermədiyini bildirmişlər. Həmin vaxt ata və anası torpağa mülkiyyət hüququna dair dövlət aktının əslini cavabdehlər X11 və X9 verdiklərini, alqı-satqı ilə bağlı notariat kontorunda olmadıqlarını bildirmişlər. Alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia tələbinə Ağdaş rayon məhkəməsində baxılaraq etibarsız sayılsa da, həmin qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilərək göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən kitabda 12785№li ilə qeydə alınmış 27 yanvar 2000-ci il tarixli J№ 0020 90307018 kod saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında ancaq Şahid Cavadov və Sədaqət Cavadovanın adı qeyd olunduğundan onlar özlərinə aid torpaq sahəsini satmışlar. Bu hal həmçinin cavabdeh orqan tərəfindən verilmiş yüklülük arayışında da öz təsdiqini tapmışdır. Məhz bu səbəbdən məhkəmə hesab etmişdir ki, Dövlət Aktında onların adı olmadığından həmin alqı-satqı müqaviləsi ilə subyektiv hüquqlarının pozulması öz təsdiqini tapmamış, alıcı sayılan Seymur və Samir Ələkbər adlı şəxslər vicdanlı alıcılardır. Ancaq həmin Dövlət Aktını verən cavabdeh orqan olmuşdur. Bu səbəbdən də onlar pozulmuş hüquqlarının bərpasını cavabdehdən tələb etməli olduqlarından cavabdehə qarşı hüquqlarının bərpası üçün müraciət etmişlər. Həmçinin cavabdehin onlara ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********23 saylı məktubdan görünür ki, ərazi idarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına və ləğv edilmiş Azərbaycan Respubliksı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsindən qəbul edilmiş arxiv sənədlərinə əsasən məlum olmuşdur ki, Ağdaş rayonu Qaradağlı kəndinin elektron xəritə (DMG) bazasında adlı siyahıda İddiaçı3, X16 və X12 adları qeyd edilmşdir. Ancaq tərtib olunmuş Dövlət Aktına onların adı daxil edilməmişdir. Onlara ayrılmış torpaq sahəsinə hüquqlarının qeydə alınmasına dair müraciətinə isə 18 mart 2021-ci il tarixli məktubla yenə də cavab verilmişdir ki, torpaq sahəsi 16 sentyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Halbuki, biz belə bir müqavilənin imzalanmasında iştirak etməmişik. Yenidən cavabdeh orqana yalnız Şahid və Sədaqət Cavadovanın adına verilmiş JN-20 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1.42 ha torpaq sahəsinin 0.85 ha hissəsinə münasibətdə ləğv edilməsi üçün müraciət etsələrdə müraciəti təmin edilməmişdir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, ərazi idarəsinin arxiv məlumatlarına, elektron xəritə və məlumat bazasına əsasən araşdırma aparılmış və məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-20 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ağdaş rayonu Qaradağlı kəndində yerləşən 1.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların atası X13 və anası X1 nümayəndəsi X14 tərəfindən xx.xx.2006-cı il tarixində Ağdaş rayon Dövlət Notariat Kontorunun rəsmiləşdirdiyi 4Ə-02-214 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X3 və 29.11,2006-cı il tarixində ********* qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydə alınmışdır. Torpaq sahəsi xx.xx.2011 -ci il tarixində ********** qeydiyyat nömrəsi ilə "xxxx" ASC Ağdaş filialında yüklü edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya dinlənilmə hüququnun təmin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış, iddia ərizəsinin mümkünsüzlüyü izah edilmiş və məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi təklif edilmişdir. İddiaçılar məhkəmənin hüquqi mövqeyinə iddia ərizəsinin məzmununa uyğun olaraq xx.xx.2022-ci il tarixli ərizə ilə münasibət bildirmiş və məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışlar. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-190/2021 nömrəli qərarından görünür ki, iddiaçılar İddiaçı1 və digərlərinin cavabdehlər X11 və digərlərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və hüquqi nəticələrinin ləğv edilməsi barədə iddia tələbi Ağdaş rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)-101/2019 nömrəli qətnaməsi ilə təmin edilmiş, daha sonra həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-925/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Ağdaş rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)-101/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iddia təmin edilməmiş, Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-190/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X18 və X10 adlarına elektron məlumat bazasına əsasən JN-0020 №-li “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Ağdaş rayonu Qaradağlı kəndi ərazisində ümumi birgə mülkiyyət hüququ ilə 1.4187 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir və Ağdaş rayon DNK tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 4Ə-02-214 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. - Ağdaş rayon AİK-nın xx.xx.1999-cu il tarixli 15 №-li iclas protokolundan və ona əlavə edilmiş torpaq payı almaq hüququ olan subyektlər siyahısından çıxarışdan görünür ki, rayonun Qaradağlı və digər kəndli təsərrüfatlarında aparılacaq torpaq silahatı ilə əlaqədar hazırlanmış sənədlər və müvafiq olaraq yerli AİK-nın protokolları təsdiq edilmiş, X18, X17, İddiaçı2 və İddiaçı1 adları müvafiq siyahıda qeyd edilmişdir. - JN-0020 (kod ********) №-li “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Ağdaş rayon AİK-nın xx.xx.1999-cu il tarixli 15 saylı qərarı ilə Qaradağlı kənd sakini X18 və X15 1.42 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. - xx.xx.2006-cı il tarixli, AN-İ ******* №-li “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən və Seriya MH ******* №-li çıxarışdan görünür ki, X18, X5 rayon AİK-nın xx.xx.1999-cu il tarixli 15 №-li qərarı ilə ayrılmış 1.42 ha torpaq sahəsini X2. Sonuncunun mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Seriya MH ******* №-li çıxarışdan görünür ki, Ağdaş rayonu Qaradağlı kəndində yerləşən 1.4187 ha torpaq sahəsi "xxxx" ASC-nin Ağdaş filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. - Ağdaş rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(014)-01/2016 nömrəli icra vərəqəsindən görünür ki, X6 "xxxx" ASC-yə ödəməli olduğu borc məbləği üzrə tələb ipoteka ilə yüklü edilmiş Ağdaş rayonu Qaradağlı kəndində yerləşən 1.4187 ha torpaq sahəsinə yönəldilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Ağdaş rayonu Qaradağlı kəndində yerləşən 1.4187 ha torpaq sahəsi tam xüsusi mülkiyyət hüququ ilə "xxxx" ASC-yə məxsusdur. - Bakı Apelyyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 3(103)132/2020 nömrəli qərarından görünür ki, "xxxx" ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Əsaslandırma hissəsi : Hazırkı iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddia ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçıların hüquqi marağı Ağdaş rayon Qaradağlı kəndində yerləşən 1.42 ha torpaq sahəsinin 0.85 ha hissəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının qeydə alınmasına nail olmaqdır. Lakin, nəzərə alınmalıdır ki, həmin torpaq sahəsi üzərində artıq X18 və X10 mülkiyyət hüququ yoxdur. Belə ki, müvafiq torpaq sahəsi X18 və X17 tərəfindən xx.xx.2006-cı il tarixdə X4 və sonuncuya xx.xx.2006-cı il tarixdə ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışda 1.4187 ha torpaq sahəsinin X8 mülkiyyətində olması qeyd olunmuşdur. Daha sonra Ağdaş Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsi və hərracın yekunları barədə protokol əsasında 1.4187 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi "xxxx" ASC-nin (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə müflis elan edilib) tam xüsusi mülkiyyətinə keçmişdir. Buna görə də JN-0020 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktın 0.85 ha torpaq sahəsinə dair hissəsi ləğv edilsə belə, həmin torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqları dövlət qeydiyyatına alına bilməz. Belə ki, iddia olunan torpaq sahəsi üzərində "xxxx" ASC-nin tam xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas JN-0020 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət aktı yox, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsi əsasında keçirilmiş həraccın yekunları barədə protokol olmuşdur ki, müvafiq sənədlər ləvğ edilmədən iddia olunan torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ qeydə alına bilməz. İş materialları ilə müəyyən olunur ki, iddiaçıların xx.xx.2006-cı il tarixli, AN-İ ******* №-li “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və onun əsasında X8 adına verilmiş çıxarışın ləğvi ilə bağlı qaldırdıqları iddia Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-190/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Müvafiq qərarın məzmunundan göründüyü kimi X14 vicdanlı alıcı qismində qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçılar hazırda qaldırılmış iddia ilə arzuladıqları hüquqi nəticəyə, yəni Ağdaş rayon Qaradağlı kəndində yerləşən 1.42 ha torpaq sahəsinin 0.85 ha hissəsi üzərində mülkiyyət hüququnun əldə edilməsinə nail ola bilməzlər. Yəni, qaldırılmış iddia uğurlu olduğu halda belə, iddiaçıların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması qeyrimümkündür. Buna görə də iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin” 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1382 nömrəli Fərmanının 7.2-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Komitənin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi yaradılmış, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2021 -ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən publik hüquqi şəxsin bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbində cavabdeh inzibati orqanı hüquqi marağına uyğun olaraq düzgün seçmədiyindən və arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə etmədiyindən iddia mümkün sayıla bilməz Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin” 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin” 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-20 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Ağdaş rayonu Qaradağlı kəndində yerləşən X18 və X10 mülkiyyətinə verilmiş 1.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.85 ha torpaq hissəsinin ləğv edilməsi, həmin hissədə özlərinin mülkiyyət hüquqlarının qeydə alınması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardadın “iddia tələbinin mümkün sayılmaması ilə bağlı hissəsindən” onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar