Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1680/2023 13.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Rasimə Telman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək iddiaçının N və N nömrəli hərbi hissənin tərkibindəki xidmət illərinin güzəştli şərtlərlə (N günün 3 gün kimi) düzgün hesablanıb «Məlumat Vərəqinin» tərtib edilərək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2N2N-ci il tarixdə Daxili İşlər Nazirliyinin XN Alayından xidmətdən xaric edilmiş və iddiaçıya Daxili İşlər Nazirliyi Maliyyə və Plan İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına təqdim olunmuş məlumat vərəqinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı N992-N997-ci illərdə Müdafiə Nazirliyinin döyüş zonasında yerləşən N və N nömrəli hərbi hissələrdə müddətli həqiqi hərbi xidmət keçmişdir. (xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilədək ( əmr №93) N nömrəli hərbi hissədə, xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilədək N nömrəli hərbi hissədə, xx.xx.N994-cü ildən xx.xx.N997-ci ilədək N9N nömrəli hərbi hissədə, xx.xx.N997-ci il tarixdən xx.xx.N997-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. Qeyd olunanlara əsaslanaraq iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı verdiyi iddia ərizəsində “məlumat vərəqinin göndərilməsi” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı DİN-in XN Alayının 9-cu Patrul Bölüyünün - Manqa Komandiri vəzifəsi və polis baş serjantı rütbəsi ilə xx.xx.2N2N -ci il tarixdə “öz arzusu ilə” DİO-dan xidmətdən tərxis olunmuşdur. DİN-in XN Alayının xx.xx.2N2N -ci il tarixli, N33-N252N-N22N nömrəli məktubu ilə göndərdiyi Hesablama Vərəqində İddiaçı xidmət illəri təqvimi hesablama ilə 24 il, 4 av, 28 gün, imtiyazlı hesablama ilə 32 il, 9 av, N gün təşkil etmişdir. DİN-in Maliyyə-Plan İdarəsi tərəfindən İddiaçı tərtib edilmiş “Məlumat Vərəqi” N5.NN,2N22-ci il tarixdə, N27-N37-N222 nömrəli məktubla DSMF-yə göndərilmişdir. Məlumat qaydasında bildiririk ki, DİN-in XN Alayının verdiyi məlumata əsasən İddiaçı xx.xx.N994-cü il tarixdən, xx.xx.N997-ci il tarixə kimi müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 63N nömrəli 23 noyabr N992-ci il tarixli Qərarının 2-ci bəndində pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlərlə xidmətin yalnız zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə aid edildiyi baxımından, İddiaçı həqiqi hərbi xidmət dövrünün güzəştli şərtlərlə hesablanması mümkün deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə tədqiqatı zamanı tədqiq edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2N22-ci il tarixli 4/2-4973 nömrəli arayışdan görünür ki, Ağsu RHK-dan həqiqi hərbi xidmətə çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin -.N4.N994-cü il tarixli 83 №-li əmrilə (əsas: §-7, səh-26, sıra-N6) hərbi hissəyə gəlmiş hesab edilməklə bütün növ təminatlardan istifadə etmək hüququ verilərək Vİ motoatıcı tabora təyin olunmuşdur. Ağsu RHK-nın çağırışçısı İddiaçı xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərildiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 95 №-li əmrilə (əsas: §-4, səh-7N, sıra-276) bütün növ təminatlardan azad edilmişdir. 877'№-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı N №-li nərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 95 №-li əmrilə (əsas: §-7, səh-34, sıra-53N) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin ümumi siyahısına salınaraq təchizatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N96 №-li əmrində (əsas: §-N, səh-47, sıra-N73) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin ümumi siyahısından və bütün növ təcizatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N9N №-li hərbi hissə komandirinin sərəncamına göndərilən 4-cü MAT-ın şəxsi heyətinin siyahısında İddiaçı adı qeyd olunmuşdur. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı N9N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü i! tarixli 2N9 №-li əmrilə (əsas: §-9. səh-94, sıra-N65, əmrdə vəzifəsi yazılmamışdır) xx.xx.N994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 2-ci MAT-da vəzifəyə qoyulmuşdur.2-ci MAT-ın hərbi qulluqçusu, əsgər İddiaçı xidmətini davam etdirmək üçün 7N8 №-li hərbi hissəyə göndərildiyinə görə, N9N №-!i hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 74 №-li əmrilə (əsas: §-3, səh-2N, sıra-7N) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Xidmətini davam etdirmək üçün N9N №-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı 7N8 №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 74 №-li əmrilə (əsas: §-4, səh-56) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 2-ci MAT-da ştatdan kənar saxlanılmışdır. Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli əmrinə müvafiq olaraq, 2-ci motoatıcı taborun hərbi qulluqçusu, sanitar-təlimatçı vəzifəsində xidmət etmiş, N976-cı il təvəllüdlü, sıravi İddiaçı 7N8 №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 29N №-li əmrilə (əsas: §-3, səh-24N) hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ağsu RHK-nın sərəncamına göndərilməsi və xx.xx.N997-ci il tarixədək döyüş bölgəsində xidmət etdiyinə görə, həmin tarixədək üçqat məvacib ödənilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, iddiaçı məhkəməyə elektron ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur.Lakin,iddia mahiyət etibarı ilə əsaslı deyil. Aşağıdakı normaları işin hallarınaa tətbiq edən məhkəmə iddianı əsassız hesab edir. İddiaçının həqiqi hərbi xidmətdə olduğu zaman qüvvədə olmuş “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsində deyilir: Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir. Maddə 5. Həqiqi hərbi xidmətin növləri Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: əsgərlərin və matrosların, çavuşların müddətli həqiqi hərbi xidməti; əsgərlərin və matrosların, çavuşların müddətdən artıq həqiqi hərbi xidməti; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar, müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara - qadınlar və bu Qanunla müəyyən edilmiş müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçən hərbi mütəxəssislər – əsgərlər, matroslar və çavuşlar aiddirlər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət könüllü (müddətli həqiqi hərbi xidmətdən başqa hərbi xidmətin bütün növləri) və çağırış üzrə (müddətli həqiqi hərbi xidmət) xidmətlərə bölünür. Həmin vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 68-ci maddəsində deyilir: Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə; müharibə illərində arxa cəbhədə iş müddəti ikiqat ölçüdə; cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti—ikiqat ölçüdə; bilavasitə islah-əmək müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrumetmə yerlərinin müalicə idarələrində keçən qulluq (iş) müddətinin hər üç iş günü — dörd iş günü kimi; yoluxucu xəstə məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş islah-əmək koloniyalarında qulluq (iş) müddətinin hər iki iş günü — üç iş günü kimi; həmin müəssisə, idarə və təşkilatlarda bilavasitə qulluq edənlərin ali və orta təhsil müəssisələrinin əyani şöbələrində aldıqları təhsilin müddətinin hər iki ayı bir ay qulluq müddəti kimi hesablanır; tam naviqasiya dövrü ərzində su nəqliyyatında iş müddəti—bir illik staj sayılır. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti birin üçə nisbəti ilə hesablanır və onların iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə sənayenin mövsümi sahələrinin tabeliyindən asılı olmayaraq müəssisə və təşkilatlarında tam mövsüm ərzində iş müddəti bir illik staj sayılır. Digər mövsümi işlər iş stajına faktik davamiyyət həcmində daxil edilir. Məhkəmə ilk öncə qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsasını “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu və “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı təşkil edir. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun N-ci maddəsinin N-ci abzasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Həmin Qanunun N2-ci maddəsinin a) bəndinə əsasən, xidmətdən buraxılanadək 2N təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. İddiaçının hazırkı tələbi müddətli hərbi xidmət dövrünün bir günə üç gün hesablanmasından ibarət olmaqla mahiyyət etibarı ilə əsaslı deyil. Belə ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət müddət müddətdən artıq hərbi xidmət sayılmadığından “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr N992-ci il tarixli, 63N nömrəli Qərarının mübahisələndirilən dövrdə qüvvədə olmuş 2-ci bəndi hazırkı mübahisəyə münasibətdə tətbiq oluna və iddiaçıya şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr N992-ci il tarixli, 63N nömrəli qərarına əsasən, pensiya təyin olunarkən uzun müddət xidmətə güzəştli şərtlər zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə münasibətdə tətbiq edilir.Oxşar işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-N(NN2)-2N8/2N23 saylı xx.xx.2N23-cü il tarixli qərarında da həmin hüquqi mövqe təsbit edilmişdir. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin N5.N-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı yeni məlumat vərəqinin vərəqinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamaldır. Nəticəvi hissə: Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.N və 85.N-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 3N (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 3N8) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 3N (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 3N (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1680/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1680/2023
13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver