Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1684/2024 16.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi iddiaçıların vəkili Vəkil cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayonu, Aydınqışlaq kəndində yerləşən 0.48 ha ölçüsündə həyətyanı torpaq sahəsi və oarada inşa edilmiş fərdi yaşayış evinin mərhum X5 məxsus olmasına dair elektron arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı əsasında JN-179 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə miras qoyan mərhum X4 (Dzabarovs Elşansın) mülkiyyətinə verilmiş Qəbələ rayonu, Aydınqışlaq kəndində yerləşən 0.48 ha ölçüsündə həyətyanı torpaq sahəsi üzərində onun qanun üzrə vərəsələri: arvadı İddiaçı1, övladları İddiaçı3, Dzabarov Maksims və Dzabarov Tarlansın mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıların vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Qəbələ rayonu, Aydınqışlaq kəndində yerləşən 0.48 ha ölçüsündə həyətyanı torpaq sahəsi və oarada inşa edilmiş fərdi yaşayış evinin mərhum X5 məxsus olmasına dair elektron arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçılar iddianı onunla əsaslandırmışdır ki, keçirilmiş islahat zamanı Qəbələ rayonu Aydınqışlaq kənd sakini X5 Qəbələ rayon Aqrar islahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 saylı Qərarı əsasında Aydınqışlaq kəndinin ərazisində mülkiyyətinə 0,48 hektar ölçüsündə həyətyanı torpaq sahəsi ayrılmışdır. Elşən Cabbarova məxsus olan bu təsərrüfat 06 nömrə ilə Qəbələ rayonun Aydınqışlaq kəndinin təsərrüfat kitabının 501 N°-li səhifəsində qeydiyyata alınmışdır. Səlahiyyətli orqan tərəfindən 0,48 hektar ölçüsündə həyətyanı torpaq sahəsi üzərində X4 mülkiyyət hüququnu təsdiq edən JN-179 F KOD 40608038 saylı həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur və 10 oktyabr 2005-ci il tarixdə DTXK Qəbələ rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə institutunun nümayəndələri tərəfindən təsdiq olunmuş JN-179 F KOD 40608038 saylı həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə X5 təqdim edilmişdir. Həmçinin, 2000-ci ildə X7 həmin 0,48 hektar ölçüsündə həyətyanı torpaq sahəsində ümumi sahəsi 169 m2 yaşayış sahəsi 110 m2 olan mişar daşından dəmir örtüklü 5 otaqlı fərdi yaşayış evi, quraqlığı, mal tövləsinin binasını, təndir ev kimi tikililəri inşa etdirmişdir. Qeyd etmək lazımdır ki, vətəndaş X7 29 iyun 2021-ci il tarixdə ölmüşdür. ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı3 və onun anası İddiaçı1 miras qoyan Dzabarovs Elşansın ölümü ilə bağlı Notariat Ofisinə müraciət etmişlər. Onların müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında ölümü xx.xx.2021-ci il tarixdə qeydə alınmış Dzabarovs Elşans adına xx.xx.2021-ci il tarixdə, 428 nömrə ilə vərəsəlik işi açılmışdır. Bununla əlaqədar Qəbələ regional «Asan Xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərtib etdiyi 03 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında 173,174 və 175 saylı şəhadətnamələrə əsasən İddiaçı1, onun övladları İddiaçı3, Dzabarov Maksims və Dzabarov Tarlans hər biri aşağıdakı miras qoyan Dzabarovs Elşansa məxsus olan miras əmlakdan 1/4 hissədə irs almalarına nail olmuşlar. Bundan sonra İddiaçı1 övladları Dzabarov Maksims və Dzabarov Tarlansla birlikdə yşadıqları Latvia Respublikası, Riqa şəhərinə çıxıb getmişlər, digər övlad Dzabarov Tamerlans isə daimi yaşadığı atasına məxsus Aydınqışlaq kəndində yerləşən evdə yaşamağa davam etdirmişdir. Cavabdeh tərəfindən iddiaçıların tələbinin icrasından imtina edilmişdir. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, Qəbələ rayon Aqrar islahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə 0.48 ha həyətyanı torpaq sahəsinə dair JN-179F saylı "Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə" sənədi tərtib olunmuşdur. Ərazi idarəsinin arxivində JN-179F nömrəli Torpağa Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməsi mövcuddur, həmçini subyektlər siyahısında da iddiaçı və ailə üzvlərinin adma 0.48 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. "Qəbələ rayon Qəbələ rayon Aqrar islahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 nömrəli qərarı əsasında verilmiş JN-179F nömrəli Torpağa Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında 0.10 ha kimi öz əksini tapdığından müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçıların ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir
2. AZ-İİ seriyalı 178411 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Dzabarovs Elsans xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
3. 03.03.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ üzrə Şəhadətnamənin surəti
4. Qəbələ rayon Aydınqışlaq kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X7 tərəfindən 2000-ci ildə Qəbələ rayon Aydınqışlaq kəndində inşa edilmiş fərdi yaşayış evi (5 otaqlı, 169 kv.m ümumi sahəsi,110 kv.m yaşayış sahəsi) var.
5. JN-179F KOD 40608038 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar islahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarı ilə 0.48 ha torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Qəbələ rayon Aydınqışlaq kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlər siyasından görünür ki, X4 adı qeyd olunmuşdur.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Qəbələ rayon Aqrar islahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 saylı iclas protokolunun surəti.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-3883/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 21 iyun 2023-cü il tarixli 202 nömrəli (2 nömrəli əlavə) “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, Qəbələ rayon Aqrar islahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarı ilə JN-179F KOD 40608038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0.48 ha torpaq sahəsi iddiaçıların mərhum atasının mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı1 istifadəsində olan faktiki naturada ölçülmüş 0,4924 hektar torpaq sahəsi, JN-179F nömrəli “Torpağın mülkiyyət verilməsinə dair” Şəhadətnaməyə əsasən mərhum X4 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Aydınqışlaq kəndi ərazisində aparılmış Torpaq İslahatına dair kompleks yerquruluşu xəritəsində (DVG) mərhum X4 179F saylı “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə” 0,10 hektar kimi qeyd olunmuşdur, İddiaçı1 tərəfindən faktiki istifadə olunan 0,4924 hektar torpaq sahəsi X3 Uçotu informasiya Sisteminə (TEKUİS) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası Tikinti altında olan torpaqlar, Bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. İddia olunan və ya faktiki istifadə olunan torpaq sahəsi başqa subyektlərin mülkiyyətində olan torpaq sahəsi ilə ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsinin kənarları bütövlükdə mişar daşı ilə hasarlanmış ərazidir. Göründüyü kimi iddia olunan torpaq sahəsinin aqrar islahat zamanı mülkiyyətə verilməsi müvafiq Şəhadətnamə və subyektlər siyahısı ilə təsdiq olunmuşdur. Şəhadətnamədən göründüyü kimi iddia olunan 0,48 ha torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, JN-179F KOD 40608038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X4 mülkiyyətinə verilmiş 0,48 ha torpaq sahəsinin mərhuma məxsus olmasına dair elektron arayışın iddiaçılara verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə JN-179F KOD 40608038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş Qəbələ rayonu Aydınqışlaq kəndində yerləşən 0.48 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2000-ci ildə inşa edilmiş fərdi yaşayış evinin X5 məxsus olmasına dair elektron arayışın iddiaçılara verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə