Məhkəmə qərarları › İş №2-1(116)-1686/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1686/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1686/2022 01.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı pozulmuş hüquqlarının bərpası ilə əlaqədar ona köməklik göstərilməsi barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı pozulmuş hüquqlarının bərpası ilə əlaqədar ona köməklik göstərilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. Lakin İddiaçı məhkəməyə daxil olmuş ərizəsində həmin normanın tələblərinə riayət edilməmişdir. Belə ki, əvvəla, ərizədə cavabdehin adı və hüquqi ünvanı göstərilməmişdir. Həmin çatışmazlıq iddianın mümkün sayılmasını istisna edir. İkincisi, ərizədə İddiaçı tələbi aydın şəkildə ifadə edilməmişdir. O, ərizədə pozulmuş hüquqlarının bərpası ilə əlaqədar ona köməklik göstərilməsini ümumi şəkildə tələb etsədə də, bu köməkliyin nədən ibarət olmasını göstərməmişdir. Ərizənin məzmunundan anlaşılan budur ki, İddiaçı əldə etmək istədiyi hüquqi nəticə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə qeyd edir ki, belə olan halda, o, iddia tələbini məhz həmin formada ifadə etməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyini isə cavabdeh qismində göstərməlidir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı iddiası öhdəliyin icrası haqqında iddia növünə aid olduğuna görə onun mümkünlük şərtlərindən biri bundan ibarətdir ki, iddiaçı məhkəməyə iddia ərizəsi verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etdiyini və bu müraciətin müsbət nəticə vermədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçının inzibati orqana etdiyi müraciətdə və iddia ərizəsində olan tələblər eyni olmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə görə, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə görə, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İddiaçı ərizəsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli cavab məktubunun kserosurətini əlavə etmişdir. Lakin həmin kserosurət notariat qaydasında təsdiq edilmədiyinə görə məhkəmədə sənəd kimi qəbul edilə bilməz. Məhkəməyə həmin sənədin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti təqdim edilə bilər. Əks təqdirdə, bu hal da iddianın mümkün sayılmamasına əsas verir. Məhkəmənin xx.xx.2022-ci il tarixli yardım məktubu ilə yuxarıda sadalanan və iddianın mümkünlüyünü istisna edən hallar ətraflı şəkildə İddiaçı izah edilmiş və çatışmazlıqların aradan qaldırılması, məhkəmənin yardım məktubu ilə razılaşmadığı halda isə, fikrini əsaslandırılmış formada məhkəməyə bildirməsi üçün 10 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu xx.xx.2022-ci ildə iddiaçıya çatdırılmış, lakin təyin olunmuş müddət ərzində və ondan sonra ötən günlərdə iddiaçı məhkəmənin yardım məktubuna cavab verməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddianın mümkün sayılması üçün əsas yoxdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı pozulmuş hüquqlarının bərpası ilə əlaqədar ona köməklik göstərilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar