Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1686/2024 05.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozun xx.xx.2001-ci il tarixli 01 nömrəli ümumi yığıncaq protokolunun Qərarı əsasında Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasından iddiaçıya və X6, X15, X20, X16, X17, X2, X13, X7, X3, X9, X8, X10, X1 verilən əmlak paylarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozun xx.xx.2001-ci il tarixli 01 nömrəli ümumi yığıncaq protokolunun Qərarı əsasında Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasından iddiaçıya və X6, X15, X20, X16, X17, X2, X13, X7, X3, X9, X8, X10, X1 verilən əmlak paylarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Qax rayonu İngiloy-Kötüklü kəndində yaşayır. Yaşadığı kənddə 1957-1978-cı illərdə mal tövləsi inşa olunmuş və Nəsimi adına kolxozun balansına verilmişdir. Subyektlərə əmlak paylarının hesablanması və bölgüsünün aparılması’’ barədə kənd sakinlərinin 23 fevral 2001-ci ıl tarixli 1 nömrəli ümumi yığıncaq protokolunun qərarı ilə 25 nəfərə Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasından və əmlakdan əmlak payı verilmişdir. Qeyd edilənlər Arxiv çıxarışı ilə təsdiq edilir Həmin şəxslərdən 13 nəfər aşağıda qeyd edilən şəxslər həmin dövrün milli valyutası ilə öz paylarından iddiaçının xeyrinə imtina edərək paylarını ona veriblər. X11 56 min manat, X21 3 390 min manat, X24 169 min manat, X22 2 003 min manat, X23 734 min manat, Babacanaşvili iliko Eristoyeviç 3 559 min manat, X18 734 min manat, X12 960 min manat, X4 1 243 min manat, X19 1 130 min manat, Berikaşvili T avad i lari on ov iç 2 096 min manat, X14 1 582 min manat, X5 2 090 min manat. Həmin əmlakda mənə də ******* manat dəyərində əmlak payı verilmişdir. Qeyd edilən əmlakda əmlak payı olan şəxslər yuxarıda qeyd etdiyim kimi öz paylarından Qax rayon Notariat Ofisində notarial qaydada ərizə verərək iddiaçının xeyrinə imtina etmişlər. İddiaçı əmlak payı verilən 13 nəfərin əmlak payı da daxıl olmaqla ümumilikdə Qax rayon İngiloy-Kötüklü əndındə kənd sakinlərinə əmlak payı kimi verilən ferma binasından öz payı və xeyrinə imtina edilən əmlak payları üzərində mülkiyyət huququnun dövlət reyestrində qeydə alınması və çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Cavabdeh iddiaya qarşı məhkəməyə münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Qax rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli arayışları.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozun Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 01 nömrəli protokolu aşkar edilməmişdir.
4. Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozun Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 01 nömrəli protokolunun surəti.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı verilən əmlak paylarının əsasında Qax rayon İngiloy Kötüklü kəndində yerləşən mal tövləsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən ibarətdir.Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,iddia əsassızdır. “Aqrar islahatın əsasları haqqında” Qanunun 4-cü maddəsinə əsasən Dövlət mülkiyyətində, bir qayda olaraq, elmi tədqiqat və tədris müəssisələri, onların təcrübə bazaları; baytarlıq və bitki mühafizəsi obyektləri cins toxumçuluq və damazlıq təsərrüfatları, balıqartırma müəssisələri; təbiəti mühafizə obyektləri, qoruqları mühüm heyvandarlıq və quşçuluq kompleksləri, emal müəssisələri, meliorasiya və su təsərrüfatı obyektləri, kənd təsərrüfatı maşınları istehsalı və təmiri müəssisələri, maşın-sınaq stansiyaları və dövlət əhəmiyyətli digər obyektlər saxlanılır. Həmin Qanunun 8-ci maddəsinə əsasənSosial infrastrukturda mülkiyyət məsələləri əmlak payı almaq hüququ olan şəxslərin qərarı ilə həll edilir. həmin obyektlərin əsas təyinatının dəyişdirilməsinə yol verilmir.Bu zaman: səhiyyə, bədən tərbiyəsi və idman obyektləri, uşaq bağçaları və körpələr evi, ümumtəhsil məktəbləri və digər obyektlər birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətdə qalır və ya bələdiyyə mülkiyyətinə verilir; kommunal təsərrüfat, istilik və su sistemləri, məişət xidməti, ticarət, ictimai iaşə obyektləri satılır və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətdə qalır, yaxud bələdiyyə mülkiyyətinə verilir; mənzillər (evlər) mənzillərin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada kirayəçilərin mülkiyyətinə verilir. İddiaçı, tələbini sözügedən əmlak paylarının Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozun xx.xx.2001-ci il tarixli 01 nömrəli ümumi yığıncaq protokolunun Qərarına əsasən ayrılması ilə əsaslandırır.Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçıya həmin əmlak payların əsasında mülkiyyət hüququnun yaranmasına əsas olan şəhadətnamə verilməmişdir.Belə ki, “əmlak pay haqqının verilməsi barədə” Aktlarda da qeyd olunur ki,bu akt Dövlət Əmlak Komitəsi tərəfindən əmlaka sahiblik hüququnu təsdiq edən mülkiyyətə dair şəhadətnamənin verilməsi üçün əsasıdir.Göründüyü kimi iddiaçının iddia etdiyi qeyri-yaşayış binası üzərində mülkiyytə hüququnun yaranması üçün həmin payçılara müvafiq Şəhadətnamələr verilməli və iddiaçı o sənədləri payçılardan alqı-satqı qaydasında əldə etdiyi halda müvafiq hüquqmüəyyənedici sənədə malik olardı.İndiki halda nə iddiaçıya,nə də digər payçılara Şəhadətnamə verilməmişdir.İddiaçının əmlak paylarından istifadə etməsi, ona həmin əmlak paylarına mülkiyyət hüququnun əmələ gəlməsinə əsas vermir. Beləliklə, Qax rayon İngiloy Kötüklü kənd keçmiş “Nəsimi” adına kolxozun xx.xx.2001-ci il tarixli 01 nömrəli ümumi yığıncaq protokolunun Qərarı əsasında İddiaçı əmlak paylarının ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədlər mövcud olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar qeyd edilmişdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozun xx.xx.2001-ci il tarixli 01 nömrəli ümumi yığıncaq protokolunun Qərarı əsasında Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasından iddiaçıya və X6, X15, X20, X16, X17, X2, X13, X7, X3, X9, X8, X10, X1 verilən əmlak paylarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə