Məhkəmə qərarları › İş №2-1(116)-1687/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1687/2022

24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1687/2022 24.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Ağsu rayon Növcü kəndində yerləşən 5.03 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Ağsu rayon Növcü kəndində yerləşən 5.03 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1687/2022 nömrəli qərardadı ilə iş üzrə X18 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı iddia tələbini aşağıdakı kimi əsaslandırmışdır. - iddiaçı etibarnamə əsasında X1 adından çıxış edən X7 arasında 21 iyun 2007-ci il tarixdə Ağsu rayon Dövlət Notariat Kontorunda torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən X5 məxsus olan Ağsu rayonu Növcü kəndində yerləşən 5,03 ha torpaq sahəsi tərəfimdən satın alınmışdır. Həmin alqı-satqı müqaviiəsi Ağsu rayon Dövlət Notariat Kontorunda 4Ə\01-289 nömrəsi ilə reyestrdə qeydə alınmışdır. 21 iyun 2007-ci il tarixdən hal-hazıra kimi həmin torpaq sahəsindən iddiaçı istifadə edir. Bu vaxta kimi bir neçə dəfə torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün şifahi olaraq müvafiq orqanlardan, vətəndaşlardan maraqlanmış və hüquqlarıın qeydiyyata alınması üçün müəyyən vəsait tələb olunduğu bildirilmiş və iddiaçı də bu səbəbdən maddi vəziyyətilə əlaqədar hüquqlarını qeydiyyata aldıra bilməmişdir. Bu müddət ərzində də həmin torpaq sahəsində hüquqlarının dövlət qeydiyyatına alınmaması iddiaçıya maneçilik törətməmiş, hər il torpaq sahəsi tərəfindən istifadə olunaraq, əkilibbecərilmiş, dövlət tərəfindən də əkinə görə müəyyən subsidiyalar da alınmışdır. Lakin, ötən ildən torpaq sahəsində əkin işləri aparılması üçün subsidiya alınmasına görə torpaq sahəsinə dair çıxarış tələb olunmağa başladı və iddiaçıda subsidiya alınması məqsədilə çıxarış alınması üçün cavabdeh təşkilata müraciət etmiş, lakin, cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********24 nömrəli məktubla onun müraciəti təmin edilməmişdir. Cavabdeh təşkilat imtinaya səbəb kimi göstərmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, alqı-satqı müqaviləsinə əsasən əidə etdiyim 5,03 ha torpaq sahəsi başqa şəxslərin adlarına doviət qeydiyyatına alınmış və torpaq sahəsi mübahisəli olduğuna görə müraciətimin icrası mümkün olmamışdır. Belə ki, iddiaçı 21 iyun 2007-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında X19iuna məxsus olan Ağsu rayonu Növcü kəndində yerləşən 5,03 ha torpaq sahəsini almış və həmin tarixdən də torpaq sahəsi onun istifadəsindədir. Bu müddət ərzində də nə torpağı satan şəxs, nə də digər bir şəxs tərəfindən torpaq sahəsi mübahisələndirilməmişdir. Bundan başqa, tərəfindən Ağsu rayon Dövlət Notariat Kontorunda 21 iyun 2007-ci il tarixdə 4Ə\01-289 reyestr nömrəsi ilə təsdiq edilmiş alqısatqı müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması barədə arxivə müraciət göndərilmiş və müraciətə cavab olaraq, AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/01-V-23/13 saylı məktubda həmin müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmadığı bildirilmişdir. Lakin, cavabdeh təşkilat bütün bunları nəzərə almaqdan əsassız olaraq, onun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından formal mülahizələrə əsasən imtina edir. Cavabdeh iddia tələbinə etirazda aşağıdakı kimi qeyd etmişdir. - 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedicı sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9- cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. İddiaçı tərəfindən qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum oldu ki, onun tərəfindən Ağsu rayon DNK-da bağlanmış 21,06.2007-ci il tarixli 4ə- /01-289 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə olunmuş 5.03 ha torpaq sahəsi başqa şəxslərin adlarına daşınmaz əmlakın dövlət reyestrdində qeydiyyata alınmışdır. Torpaq sahəsi mübahisəli olduğuna görə, İddiaçı ərizəsinin icrası mümkün olmamışdır. İddiaçı Ağsu rayon DNK-da bağlanmış 21,06.2007-ci il tarixli 4ə-/01-289 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Lakin, mübahisələndirilən 5.03 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşnınmaz əmlakın dövlət reyetrində qeydiyyata aldırmamışdır. İddiaçı torpaq sahəsinin üzərində hüquqlarını qeydiyyata aldırmadığına görə, torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilməsi barədə Ərazi İdarəsində məlumat olmamışdır. Bundan suistifadə edərək, torpaq sahəsinin satıcısı mərhum X2 vərəsələri, sözügedən torpaq sahələrini öz adlarına keçirmişlər. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə ü cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İşdə olan, cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İşdə olan, Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli 05/01-K-23/13 nömrəli məktubundan görünür ki, Ağsu rayon dövlət notariat ofisində 21 iyun 2007-ci il tarixdə 4Ə/01-289 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması barədə arxivə məlumat daxil olmamışdır. İşdə olan, JN-0059 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Ağsu rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə 5.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11, X12, X6, X13 və X8 verilmişdir. Sənəd dövlət aktı qeydiyyat kitabında xx.xx.1999-cu il tarixdə 10252 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan, xx.xx.2007-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, X1 adından çıxış edən X9 Azərbaycan Respublikası DTK-sı tərəfindən verilmiş J№ 0059 KOD 40912018 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X10 məxsus olan Ağsu rayon Növcü kəndində yerləşən 39 ballı İV keyfiyyət qurupu əkinə aid olmaqla, ailə üzvlərinin razılığına əsasən 5,03 hektar torpaq sahəsini İddiaçı satmışdır. İşdə olan, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Ağsu rayonu Növcu kəndində yerləşən 3.6248 ha torpaq sahəsi üzərində X18, X14, X15, X16 və X3 ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İşdə olan, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Ağsu rayonu Növcu kəndində yerləşən 1.4011 ha torpaq sahəsi üzərində X14, X15, X16 və X3 ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xx.xx.2007-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə əldə etdiyi J№ 0059 KOD 40912018 torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilmiş, Ağsu rayon Növcü kəndində yerləşən 5,03 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına və çıxarışın verilməsinə nail olmaqdır. İddiaçı, tələb hüququnu həmin torpaq sahəsinin xx.xx.2007-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə əsaslandırır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi üzərində artıq ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışlarla X18, X14, X15, X16 və X3 ümüumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Belə olan halda iddiaçı, hüquqi marağına uyğun olaraq ilk növbədə hüquqlarının dövlət qeydiyyatına alınmasını arzuladığı torpaq sahəsinə dair tərtib edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışları mübahisələndirməli, müvafiq çıxarışın ləğvinə nail olduqdan sonra isə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməlidir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçıya izah edilərək, onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Ağsu rayon Növcü kəndində yerləşən 5.03 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar