Məhkəmə qərarları › İş №2-1(116)-169/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-169/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-169/2024 09.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Kürd kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə dair mərhum atası X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Kürd kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə dair mərhum atası X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-169/2024 nömrəli qərardadı ilə Göyçay rayon Potu Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçının atası X9 ilə anası X7 14 sentyabr 1985-ci il tarixdə Göyçay rayon VVAQ şöbəsində 231 saylı akt qeydi ilə nikah bağlayaraq ailə qurmuşlar. X5 nikah bağlanandan sonra Ağayeva soyadı verilmişdir. İddiaçı 14 avqust 1986-cı il tarixdə Göyçay rayonunda doğulmuşdur. Göyçay rayon Aqrar islahat Komissiyasının 21 iyul 1998-cı il tarixli 39 saylı qərarı ilə Göyçay rayonu Kürd kəndi ərazisindən mərhum X6 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmış, bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 112A saylı, 40812048 Kodlu şəhadətnamə verilmişdir. İddiaçı cavabdehə müraciət edərək, Göyçay rayonu Kürd kəndində yerləşən, atasına verilmiş 0.06 ha həyətyanı torpaq sahəsi üzərində əvvəllər yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi 29 sentyabr 2022-cı il tarixli **********58 saylı məktubla cavab verərək, daşınmaz əmlak üzərində mülkiyyət huququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, Göyçay rayonu. Kürd kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin baza məlumatlarına əsasən yoxlanılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki,0.06 ha həyətyanı torpaq sahəsi elektron kadastr baza məlumatlarında istifadədə olan torpaq sahəsinin əsas döngə nöqtlərinin koordinatları başqa şəxsə məxsus **********12 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Əlavə olaraq bildiririk ki, Göyçay rayonu AİK-nın 21.07. 1998-ci il tarixli, 39 saylı qərarı ilə verilmiş JN 112A saylı şəhadətnaməsinə əsasən 0.06 ha sözüqedən torpaq sahəsi başqa yerdə yerləşir. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək mütəxəssis rəyi zamanl naturada göstərilən torpaq sahəsinin atasına məxsus olduğunu və həmin torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Torpağın mülkiyyətə verilməsinə dair JN-112A saylı (kod ********) şəhadətnamədən görünür ki, 0.06 ha torpaq sahəsi Göyçay rayon Aqrar islahat Komissiyasının 21 iyul 1998-cı il tarixli 39 saylı qərarı ilə X4 mülkiyyətinə verilmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Göyçay rayonu Kürd kəndi üzrə pay torpaq sahələrinə dair subyektlərin siyahısında X4 adı qeyd edilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə etdiyi Göyçay rayon Aqrar islahat Komissiyasının 21 iyul 1998-cı il tarixli 39 saylı qərarından görünür ki, X4 mülkiyyətinə 0.06 ha torpaq sahəsi verilmişdir.

5. AN-İ 075442 seriya nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X12 özünə məxsus 0.11 ha torpaq sahəsini X1.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-4294/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Elektron baza məlumatlarında mövcud olan, Göyçay rayonu G Əsədov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahatına layihəsində göstərilən JN-112 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.06 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi 0 10 ha torpaq sahəsi arasında uyğunsuzluq konfiqurasiya bucaq yerləşmə və ölçü fərqlən mövcud olduğu üçün 0.06 ha torpaq sahəsi haqqında məlumatları təqdim etmək mümkün olmadı. İddiaçının naturada göstərdiyi, üzərində fərdi yaşayış evi mövcud olan 0.10 ha torpaq sahəsi elektron bazada mövcud olan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına (TEKUİS), həmçinin AzCad məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları təyinatlı, tikinti altında olan torpaqlar uqodiyalı (həyətyanı sahələrin altında olan torpaqlar) bələdiyyə mülkiyyətinə aid torpaqlar kimi göstərilmişdir. Torpaq sahəsinə baxış zamanı iddiaçının naturada göstərdiyi, üzərində fərdi yaşayış evi mövcud olan. X2 faktiki istifadəsində olduğu bildirilən 0.10 ha torpaq sahəsi **********12 reyestr nömrəli çıxarışla X8 mülkiyyətinə verilmiş 0.064 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-4164/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Elektron baza məlumatlarında mövcud olan, Göyçay rayonu G.Əsədov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahatına layihəsində göstərilən JN-112A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.06 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi 0.10 ha torpaq sahəsi arasında uyğunsuzluq, konfiqurasiya, bucaq, yerləşmə və ölçü fərqləri mövcud olduğu üçün 0.06 ha torpaq sahəsinin yerləşmə məkanı mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən naturada göstərilən 0.10 ha torpaq sahəsi qapalı həyət daxilində olmaqla, üzərində fərdi yaşayış evi mövcuddur. İddiaçının naturada göstərdiyi, üzərində fərdi yaşayış evi mövcud olan 0 10 ha torpaq sahəsi elektron bazada mövcud olan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına (TEKUİS), həmçinin AzCad məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları təyinatlı, tikinti altında olan torpaqlar uqodiyalı (həyətyanı sahələrin altında olan torpaqlar) Göyçay rayonu Potu bələdiyyəsinin mülkiyyətinə aid torpaqlar kimi göstərilmişdir. İddiaçı tərəfindən naturada göstərilən 0 10 ha torpaq sahəsinin idarənin elektron baza məlumatlarında başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi aşkar olunmamışdır. Baxış zamanı 0.10 ha torpaq sahəsinin X2 faktiki istifadəsində olduğu və sözügedən şəxsin fərdi yaşayış evində məskunlaşdığı müəyyən edilmişdir.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki,iddia əsassızdır. Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin 2-ci yarımbəndinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 14-cü maddəsinin birinci abzasına əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Sadalanan maddi hüquq normalarının tələblərindən görünür ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərin tərkibinə daxil edilmişdir. Həmçinin qanunverici orqan müəyyən etmişdir ki, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir və torpaq torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ifadə tərzindən asılı olmayaraq hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı Göyçay rayonu Kürd kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin mərhum atası X6 məxsus olmasına dair elektron arayışın verilməsinə nail olmaqdır. İddiaçı, JN-112A saylı (kod ********) şəhadətnaməyə əsasən 0.06 hektar torpaq sahəsi verildiyini bildirir. Cavabdeh naturada göstərilən torpaq sahəsi ilə Şəhadətnamədə qeyd olunan torpaq sahəsinin eyni olmaması əsası ilə ilkin müraciətin icrasından imtina etmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2- 4294/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Elektron baza məlumatlarında mövcud olan, Göyçay rayonu Əsədov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahatına layihəsində göstərilən JN- 112 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.06 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi 0 10 ha torpaq sahəsi arasında uyğunsuzluq konfiqurasiya bucaq yerləşmə və ölçü fərqlən mövcud olduğu üçün 0.06 ha torpaq sahəsi haqqında məlumatları təqdim etmək mümkün olmadı. İddiaçının naturada göstərdiyi, üzərində fərdi yaşayış evi mövcud olan 0.10 ha torpaq sahəsi elektron bazada mövcud olan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına (TEKUİS), həmçinin AzCad məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları təyinatlı, tikinti altında olan torpaqlar uqodiyalı (həyətyanı sahələrin altında olan torpaqlar) bələdiyyə mülkiyyətinə aid torpaqlar kimi göstərilmişdir. Torpaq sahəsinə baxış zamanı iddiaçının naturada göstərdiyi, üzərində fərdi yaşayış evi mövcud olan X2 faktiki istifadəsində olduğu bildirilən 0.10 ha torpaq sahəsi **********12 reyestr nömrəli çıxarışla X8 mülkiyyətinə verilmiş 0.064 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür. JN-112A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.06 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi 0.10 ha torpaq sahəsi arasında uyğunsuzluq, konfiqurasiya, bucaq, yerləşmə və ölçü fərqləri mövcud olduğu üçün 0.06 ha torpaq sahəsinin yerləşmə məkanı mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən naturada göstərilən 0.10 ha torpaq sahəsi qapalı həyət daxilində olmaqla, üzərində fərdi yaşayış evi mövcuddur. İddiaçının naturada göstərdiyi, üzərində fərdi yaşayış evi mövcud olan 0 10 ha torpaq sahəsi elektron bazada mövcud olan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına (TEKUİS), həmçinin AzCad məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları təyinatlı, tikinti altında olan torpaqlar uqodiyalı (həyətyanı sahələrin altında olan torpaqlar) Göyçay rayonu Potu bələdiyyəsinin mülkiyyətinə aid torpaqlar kimi göstərilmişdir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. Göründüyü kimi JN-112 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X6 0,06 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. İddia olunan torpaq sahəsi üzərində fərdi yaşayış evi olmamışdır.İddiaçının nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi ilə Şəhadətnaməyə əsasən verilən torpaq səhəsi eyni deyildir.İddiaçının iddia etdiyi torpaq sahəsi ayrılan torpaq sahəsi ilə eyni deyildir və iddiaçının istifadəsində torpaq sahəsi yoxdur. İddia olunan torpaq sahəsi isə elektron baza məlumatlarında Göyçay rayonu Potu bələdiyyəsinin mülkiyyətinə aid torpaqlar kimi göstərilmişdir Bu da torpaq sahəsi üzərində hüququn yaranmasına əsas vermir. Yuxarıda qeyd olunan hallara əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun yarandığına dair əsaslar mövcud olmadığından iddia təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir . 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında”Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Kürd kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə dair mərhum atası X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar