Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-169/2025 22.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “28 iyul 1978-ci ildən 23 dekabr 1980-cı il tarixə kimi (2 il 4 ay 25 gün) islah əmək düşərgəsində olduğun illərin ümumi iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən İddiaçı xx xxxx 1960-cı ildə Mingəçevir şəhərində doğulmuşdur. Orta məktəbi bitiridikdən sonra əmək fəaliyyətimə başlamışdır. Belə ki, 1977-ci ildə Mingəçevir şəhəri Yol maşınları avadanlıqları istismarı zavoduna işə qəbul olunmuşdur. 1978-ci ildə həmin işdən çıxmışdır. 1978-ci ilin mart ayının 14-də Mingəçevir şəhəri “Şüşə" zavoduna işə qəbul olunub 28 iyul 1978-ci ilə kimi həmin zavodda işləmişdir. Eyni zamanda 1981-ci ilin yanvar-fevral aylarında Rusiya Federasiyası, Rostov vilayəti, Volqadonsk şəhərində 1 il 7 ay müddətində hündürlük rəngsazı işləmişdir. 26 yanvar 1983cü ildən 11 avqust 1984-cü ilə kimi Rusiya Federasiyasının Rostov vilayəti, Volqadonsk şəhərində rəngsaz işləmişdir. 01 oktyabr 1984-cü ildə Mingəçevir balıq zavoduna işə qəbul olunub 22 iyun 1985-ci ilin iyun ayına kimi orada işləmişdir. 08 oktyabr 1985-ci ildən 1986cı ilin sentyabr ayının 8-nə kimi Mingəçevir çınqıl-beton zavodunda işləmişdir. 1986-cı ilin sentyabr ayının 17-də Mingəçevir balıq zavoduna işə qəbul olunmuşdur və 17 avqust 1990-cı ilə kimi orada işləmişdir. 17 avqust 1990-cı ildə X7na balıqçı kimi işə qəbul olunub 15 may 1991-ci ilə kimi orada işləmişdir. 17 avqust 1991-ci ildən 15 may 1995-ci ilə kimi Mingəçevir balıq zavodunda balıq kimi işləmişdir. 13 sentyabr 1995-ci ildə X7nda balıqçı kimi işə qəbul olunmuş və 16 may 1997-ci ilə kimi orada işləmişdir. 01 sentyabr 1998-ci ildə Goran balıq vətəgəsinə işə qəbul olunmuş və 16 aprel 2000-ci ilə kimi orada işləmişdir. 01 oktyabr 2000-ci ildə X7na işə qəbul olunmuş və 15 aprel 2001 -ci ilə kimi orada işləmişdir. 09 sentyabr 2001-ci ildə Azərbaycan DRES-də istilik ölçü cihazları avtomatikası sexinə 4-cü dərəcəli çilingər kimi işə qəbul olunmuş və 10 yanvar 2002-ci ilə kimi orada işləmişdir. 22 fevral 2003-cü ildə “Şahmar" MMC-də balıqçı vəzifəsinə işə qəbul olunmuş və 31 dekabr 2004-cü ilə kimi orada işləmişdir. 01 fevral 2005-ci ildə "xxxx" MMCdə balıqçı vəzifəsinə işə qəbul olunmuş və 01 aprel 2006-cı ilə kimi orada işləmişdir. 21 sentyabr 2007-ci ildə X7na balıqçı kimi işə qəbul olunmuş və 03 yanvar 2011-ci ilə kimi orada işləmişdir. 01 sentyabr 2011-ci ildə Ruslan MMC-də balıqçı vəzifəsinə işə qəbul olunmuş və 31 mart 2022-ci ilə kimi orada işləmişdir. Bundan başqa onu da qeyd edir ki, iddiaçı 28 iyul 1978-ci ildən 23 dekabr 1980-ci il tarixə kimi (2 il 4 ay 25 gün) islah əmək düşərgəsində olmuşdur. İslah əmək düşərgəsində Özümü nümunəvi apardığı üçün, nümunəvi davranışına və tərifnamələr aldığına görə Nərimanov Rayon Məhkəməsinin 23 iyul 1980-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. “Vətəndaşlarm pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədəw Əsasnamə haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarının İİ maddəsinin 15-ci bəndinin tələbinə görə azadlıqdan məhrumedilmə müddətində iş dövrünün ümumi iş stajına daxil edilməsi müddəti islah əmək müəssisələrinin müdiriyyətinin təqdimatı üzrə məhbusların nümunəvi davranışı nəzərə alınmaqla məhkəmənin qərarı ilə müəyyən olunur. Bir daha bildirir ki, iddiaçı 28 iyul 1978-ci ildən 23 dekabr 1980-ci il tarixə kimi (2 il 4 ay 25 gün) islah əmək düşərgəsində olduğu illərdə nümunəvi davranışına və tərifnamələr aldığına görə Nərimanov Rayon Məhkəməsinin 23 iyul 1980-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş iddia tələbinə etirazı: Hesab edirik ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdə ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajı 25 ildən az təşkil etmişdir. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, həmin dövrdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40200,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14172,15 manat təşkil etmişdir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ganunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdehin mövgeyindən narazı galan iddiaçı ona “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavadehin üzərinə goyulması" tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2-1(112)-3369/2021 nömrəli qərarı ilə iddiaçının ümumi sosial sığorta stajının 25 ildən az (23 il 8 gün) olduğu müəyyən edilərək iddia tələbi rədd edilmişdir. İş materiallarına əlavə olunmuş AZE0******* seriyalı şəxsiyyət vəsiqəsindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, 60 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-6519/2024 nömrəli xidməti məktubuna əsasən İddiaçı mübahisələndirilməyən 18 il 2 ay 8 gün (xx.xx.2006-cı il tarixədək 13 il 4 ay 8 gün, xx.xx.2006-cı il tarixdən sonra 4 il 10 ay gün ümumi sosial sığorta stajına aşağıdakı dövrlər daxil edilmişdir: 12.08.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək; 14.03.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək; 26.01.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək; 01.10.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək; 18.02.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək; 08.10.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək; 17.09.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək; 01.08.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək; 02.08.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək; 14.08.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək; xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək; 17.08.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək; 19.09.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək; 15.08.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək; xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək; 04.09.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək; xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək; 09.09.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlər. Mərkəzi Filial tərəfindən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" MMC-də, xx.xx.2005-ci il tarixdən 2022-ci ilin mart ayına qədər "xxxx" MMC-də, xx.xx.1998-ci il tarixdən xx.xx.1999cu il tarixədək X2 (həmin dövrlərə aid qeydlər əmək kitabçasında kiril qrafikalı əlifba ilə qeyd ediliyi üçün), həmçinin xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri (həmin dövrlərə aid qeydlərdə əmək kitabçasında iddiaçının işdən çıxma əmri qeyd edilmədiyi üçün) onun sosial sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq bildirmək istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 3-cü maddəsinə uyqun olaraq xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamışdır. Belə ki, həmin dövrlərə aid qeydlər əmək kitabçasında kiril qrafikalı əlifba ilə qeyd edilmişdir. Diqqətinizə çatdırmaq istərdik ki, "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991 -ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul edildi. Həmin vaxtdan etibarən Azərbaycanda latın qrafikalı əlifba tətbiq edilməyə başladı. İddiaçının əmək kitabçasının Azərbaycanda latın qrafikalı əlifbanın rəsmi olaraq tətbiq edildiyi dövrdə “kiril qrafikalı” əlifba ilə yazılması sözügedən əmək kitabçasının sonradan doldurulmasına dəlalət edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sosial sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu;
2. 082966 nömrəli arayışın surəti.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3369/2021 nömrəli qərarının surəti.
4. İddiaçıya məxsus ИT ******* nömrəli əmək kitabçasının surəti.
5. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçası
6. İddiaçıya məxsus AT ******* nömrəli əmək kitabçası.
7. 2107196001397 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surəti.
8. Azərbaycan Respublikası Şəmkir rayonu "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 10 nömrəli güzəştli arayış.
9. xx.xx.2020-ci il tarixli 01 nömrəli güzəştli arayışın surəti.
10. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 01 nömrəli arayışın surəti.
11. “X7” MMC-nin xx.xx.2020-ci il tarixli güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış.
12. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2-1(112)- 3369/2021 nömrəli qərarı ilə iddiaçının ümumi sosial sığorta stajının 25 ildən az (23 il 8 gün) olduğu müəyyən edilərək iddia tələbi rədd edilmişdir.İddiaçı həmin işə baxılarkən təqdim edilməyən və araşdırma predmeti olmayan yeni sənəd təqdim etmişdir.Belə ki, 24 dekabr 1980-ci il tarixli arayışdan görünür ki,iddiaçı 28 iyul 1978-ci ildən 23 dekabr 1980-ci il tarixə kimi (2 il 4 ay 25 gün) islah əmək düşərgəsində cəza çəkmiş, nümunəvi davranışına görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 1980-ci il tarixli qərarı ilə vaxtından əvvəl azad olunmuşdur. İslah-əmək müəssisələrində cəza çəkən şəxslərin əmək fəaliyyətinə cəlb olunması məcburi xarakter daşıyır və məhkumların ictimai faydalı əməkdən yayınmasına yol verilmirdi. Əksinə, ictimai faydalı əmək məhkumların islah və yenidən tərbiyə olunmasının vacib vasitələrindən hesab olunurdu. Məhkəmənin qənaətinə görə həmin tələblər iddiaçıya münasibətdə də keçərli sayılmalıdır. Sözügedən dövrə münasibətdə oxşar halla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-829/2023 saylı,xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilir ki,SSRİ Ali Soveti tərəfindən qəbul edilmiş 1969-cu il tarixli 4074 saylı Qanunla təsdiq edilmiş “SSR İttifaqı və müttəfiq respublikalarda islah-əmək qanunvericiliyinin Əsasları”nın, habelə onun əsasında Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş və 1971-ci il iyunun 1-dən qüvvəyə minmiş “Azərbaycan SSR İslah Əmək Məcəlləsi”nin müvafiq olaraq 1-ci maddələrinə əsasən islah-əmək qanunvericiliyinin vəzifəsi cinayət cəzasının icrası zamanı həm də məhkumların islah olunmasına və əməyə vicdanlı münasibət, qanunlara dürüst əməl etmək və sosialist birgəyaşayış qaydalarına hörmət etmək ruhunda yenidən tərbiyələndirilməsinə nail olmaqdan ibarətdir. İstinad olunan həmin qanunvericiliyin normaları ilə islah-əmək müəssisələrində və həbsxanalarda cəza çəkən şəxslər üçün 8 saatlıq iş günü müəyyən edilmişdir. Həmçinin həmin qanunvericiliyin tələblərinə görə azadlıqdan məhrum edilmiş şəxslərin əməyi onun kəmiyyət və keyfiyyətindən asılı olaraq xalq təsərrüfatında qüvvədə olan normalar üzrə ödənilirdi (“SSR İttifaqı və müttəfiq respublikalarda islah-əmək qanunvericiliyinin əsasları”nın 7 və 28-29-cu maddələri). Odur ki,məhkəmə iddiaçının 28 iyul 1978-ci ildən 23 dekabr 1980-ci il tarixə kimi (2 il 4 ay 25 gün) islah əmək düşərgəsində cəza çəkdiyi dövrü nəzərə almaqla iddiaçının ümumi sosial sığorta stajının 25 il 5 ay 3 gün olduğunu müəyyən edir. İş materiallarından görünür ki,iddiaçı xx.xx.1990-xx.xx.1991,xx.xx.1995-xx.xx.1997, xx.xx.2000-xx.xx.2001 X3 balıqçı vəzifəsində çalışmışdır.Bu barədə həmin müəssisə tıərəfindən xx.xx.2020-ci il tarixli güzəştli arayış təqdim edilmişdir. İddiaçının 1984-cü ildən 2006-cı ilədək müxtəlif müəssislərdə “balıqçı” peşəsində işlədiyi ona məxsus əmək kitabçalıra əsasən sübut olunur.Yuxarıda qeyd olunan dövrlərə əsasən iddiaçının güzəştli iş stajı dövrü 12 il 6 aydan artıqdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X4 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığortastajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğiildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:
1. iddiaçı 60 yaşına çatmalıdır.
2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur. Cavabdeh tərəfindən də bu hal mübahisələndilməmişdir. Həmin dövrlər məhkəmə tərəfindən qəbul edilməklə aşağıdakılar qeyd edilir. İddiaçının işlədiyi balıqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 22417000 kodu 17. Balıq istehsalı və emalı ********* sahiləyaxın yerlərdə balıq ovu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 27.17-ci Balıq istehsalı və emalı bölməsinin 27.17.1-ci Sahilə yaxın yerlərdə balıq ovu” bəndində “sahilə yaxın yerlərdə balıqçı briqadirləri” peşəsi nəzərdə tutulur.Həmin peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2021-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1960-cı ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən yuxarıda qeyd olunan dövr üçün pensiya kapitalı tələbi yoxdur. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan iddia tələbi əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibatiicraathaqqında”AzərbaycanRespublikasıQanununun19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə, qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.