Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1691/2022 24.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs Dərişova (Mustafayeva) Güldənə Musa qızının iştirakı ilə, İddiaçı cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinə qarşı “üçüncü şəxs Dərişova (Mustafayeva) Güldənə Musa qızının Şəki rayonu, 1-ci Biləcik kəndində yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, üçüncü şəxs Dərişova (Mustafayeva) Güldənə Musa qızının Şəki rayonu, 1-ci Biləcik kəndində yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Şəki rayonu Birinci Biləcik kəndində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Dərişova (Mustafayeva) Güldənə Musa qızı hazırda iddiaçıya məxsus mənzildə qeydiyyatındadır. İddiaçı Dərişova (Mustafayeva) Güldənə Musa qızının mənzildən qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, Dərişova (Mustafayeva) Güldənə Musa qızının qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət edilməlidir. İddiaçı,cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. Cavabdehin səlahiyyətli nümayəndəsi xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edimişdir. İş materiallarında olan məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -İş materiallarında olan Şəki RİHB-nın İ Biləcik KİƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, (Mustafayeva) Güldənə Musa qızı iddiaçının Şəki rayonu Birinci Biləcik kəndində yerləşən Təsərrüfat kitabında 260 nömrə ilə qeydiyyata alınan təsərrüfatında qeydiyyata alınmışdır. -İş materiallarında olan Şəki RİHB-nın İ Biləcik KİƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 270 saylı çıxarışından görünür ki, İddiaçı 260 saylı təsərrüfat sahibi olmaqla (Mustafayeva) Güldənə Musa qızı iddiaçının Şəki rayonu, 1-ci Biləcik kəndində yerləşən Təsərrüfat kitabında 260 nömrə ilə qeydiyyata alınan təsərrüfatında qeydiyyatdadır. -İş materiallarında olan Şəki RİHB-nın İ Biləcik KİƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X1 2019-cu ildən Şəki rayonu 1-ci Biləcik kəndində yaşamır. -İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına Şəki rayonu, 1-ci Biləcik kəndində fərdi yaşayış evi qeydiyyata alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X1 izahat verərək hazırda Şəki rayonu 1-ci Biləcik kəndində yaşamadığını bildirdi. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Göstərilən Plenum qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan bəlli olur ki, qeydiyyatdan çıxarılmasını arzulanan Dərişova (Mustafayeva) Güldənə Musa qızı iddiaçının keçmiş gəlinidir.İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Dərişova (Mustafayeva) X3 rayonu İ Biləcik kəndində iddiaçı ilə birgə yaşamış,Şəki RİHB-nın İ Biləcik KİƏD üzrə nümayəndəliyi tərəfindən 260 saylı təsərrüfatda qeydiyyata alınmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iddia üzrə tələb əslində Dərişova (Mustafayeva) Güldənə Musa qızının birgə təsərrüfatdan çıxarılmasıdır.Həmin vəzifənin həyata keçirilməsi üzrə cavabdeh Şəki rayon Polis şöbəsi deyil, Şəki RİHB-nın İ Biləcik KİƏD üzrə nümayəndəliyi olduğundan müvafiq inzibati orqana müraciət edilməlidir. İş materiallarından görünür ki, İddiaçı adına Şəki rayonu, 1-ci Biləcik kəndində fərdi yaşayış evi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına” dair göstərişə əsasən təsərrüfatbaşına uçotun ilkin sənədləri şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri tərəfindən aparılır. Həmin qərara əsasən ev təsərrüfatı – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər; Qaydaların 11-ci bəndində göstərilir : “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə təsərrüfat üzvünün təsərrüfatdan çıxıb getdiyi və ya çıxarıldığı ay, il yazılır. Bu zaman çıxıb gedənlər haqqındakı qeydlərdə həmin şəxslərin inzibati ərazi dairəsi daxilində başqa təsərrüfata, yaxud inzibati ərazi dairəsindən kənara daimi yaşamağa getdiyi göstərilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinə qarşı “üçüncü şəxs Dərişova (Mustafayeva) Güldənə Musa qızının Şəki rayonu, İ Biləcik kəndində yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1691/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1691/2022
24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver