Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1695/2025 11.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********416500 nömrəli qərarının ləğv edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********416500 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “iddiaçının sahibkarlq fəaliyyəti göstərdiyi ünvan 1 ünvanda yerləşən “Hüsü market” adlı təsərrüfat obyektində mağazada cavabdeh vergi orqanı tərəfindən 31 may 2024-cü il tarxdə yoxlama aparılmış və yoxlamanın nəticəsi olaraq xx.xx.2024-cü il tarxli, **********416500 nömrəli qərarla 2024-cü ilin may ayı üçün analoji hesablama ilə 66433.13 manat məbləğində əlavə dəyər vergsi hesablanmışdır. Hesab edir ki, xx.xx.2024-cü il tarxli, **********416500 qərar əsassızdır və qərar ləğv edilməlidir. Belə ki, iddiaçı ünvan 1 ünvanda yerləşən “Hüsü market” adlı təsərrüfat obyektində mağazada ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışı fəaliyyəti ilə məşğul olur. Həmin “Hüsü market” adlı təsərrüfat obyekti 2023-cü il tarixdə vergi uçotuna alınmış və həmin ünvanda “Smartone Budget” markalı ********************0805 zavod nömrəli kassa aparatının xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. 31 may 2024-cü il tarixdə vergi əməkdaşları mağazaya daxil olaraq aparacaqlarını və müvafiq sənədəri təqdim etməyini bildirdilər. Lakin, vergi əməkdaşları mağazada yoxlama aparılması barədə qərar təqdim etmədilər. İddiaçı onların dövlət orqanı əməkdaşı olduqları üçün inanaraq, araşdırma aparılması üçün müvafiq məlumatları və sənədəri təqdim etdi. Bundan sonra vergi əməkdaşları iddiaçıya müəyyən sənədlərə imza etdirərək çıxıb getdilər. Bir müddət sonra iddiaçı vergi kabinetinə cavabdeh təşkilat tərəfindən göndərilən bildiriş və qərarlar əsasında məlum oldu ki, vergi əməkdaşı tərəfindən xx.xx.2024tarixdə iki akt (xx.xx.2024-cü il tarixli, DVX seriyalı 101466 nömrəli və xx.xx.2024-cü il tarixli, DVX seriyalı 034918 nömrəli) tərtib olunmuş, aktlara əsasən iddiaçının 1000 manat və 319,10 manat məbəğində vergi məsuliyyətinə cəlb edilməyi barədə iki qərar (xx.xx.2024-cü il , **********6396 nömrəli və xx.xx.2024-cü il tarixli, **********6398 nömrəli) qəbul olunmuş və xx.xx.2024-cü il tarixli, **********00 nömrəli qərarla 2024-cü ilin may ayı üçün analoji hesablama iə 66433.13 manat məbəğində əlavə dəyər vergisi balanmışdır.Bildirir ki, 2024-cü il may ayı üçün analoji hesablanmış 66433.13 manat məbəğində əlavə dəyər vergisi iə razı deyil və həmin qərarın ləğv edilməsini tələb edir. Uyğunsuzluq məktubunda göstərilmiş 454598.69 manat dəyərində malların cox hissəsi 2024-cü ilin 01 may-28 may tarixiində təqdim olunmuşdur. Həmin dövr sadələşdirilmiş vergi hesabatının təqdim olunduğu müddət olmadağı üçün hesabat xx.xx.2024-cü ildə edilmişdir. Buna baxmayaraq, dövriyyəsi 200000 manatı keçdiyi üçün xx.xx.2024-cü il tarxindən könüllü olaraq ƏDV ödəyicisi kimi dövriyyata alınmışdır. Lakin xx.xx.2024-cü il tarxdə vergi orqanının mağazada keçirdiyi OVN tədbiri zamanı malların bir əqd və ya müqavilə üzrə edilmiş hesab edilməsi düzgün deyildir. 2023-cü ilin sonuna mağazada 58306 manat dəyərində mal qalğı olmuşdur. xx.xx.2024-xx.xx.2024 tarix aralığında 449192.58 manat dəyərində mal alınmışdır. Bunlardan 2024-cü il İ rüb ərzində 48500 manat, 2024-cü il İİ rüb ərzində isə 479435.61 manat dəyərində satış olmuşdur. Satış ticarət əlavəsi 5% olmaqla həyata keşirilmişdir. Mağazada yalnız ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışı fəaliyyəti ilə məşğul olmuşdur. 2024-cü ilin may ayı də işçisinin səhlənkarlğı səbəbindən malların pərakəndə satışı zamanı müştəri tərəfindən ödəniən pul vəsaiti nəzarət-kassa aparatına mədaxil edilməmişdir. İşçi yaşlı qadın olduğu üçün nəzarətkassa aparatından istifadə etməyi bacarmamışdır. Vergi orqanı tərəfindən barəsində qəbul edilmiş 2024-cü il may ayı üçün analoji qaydada hesablanmış ƏDV məbəği iə razılaşmır. Belə ki, vergi orqanı tərəfindən göndərilmiş uyğunsuzluq məktubunda qeyd olunmuş 454598,69 manat dəyərində malların cox hissəsi 2024-cü ilin 01 may - 28 may tarixi aralğında təqdim edilmiş və həmin dövr də sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilmə müddəti olmamışdır. Buna baxmayaraq dövriyyə 200000,0 manatı keçdiyi üçün ərizə iə müracət edərək xx.xx.2024-cü il tarxindən könüllü olaraq ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Lakin vergi tərəfindən xx.xx.2024-cü il tarxdə mağazaya tez-tələsik gələrək yoxlama keçirməsini qərəzli hesab edir. Əgər iddiaçının tərəfindən hesabat dövrünün sonunda düzgün hesabat verilməsəydi, o halda müvafiq araşdırma aparıla bilərdi. Bu səbəbərə görə vergi orqanın OVN tədbiri malların bir əqd və ya müqaviə üzrə təqdim edilmiş hesab edilməsini düzğün hesab etmir. 2023-cü ilin sonuna mağazada 58306,0 at dəyərində mal qalığı olmuş, xx.xx.2024-xx.xx.2024 tarixi aralığında 449192,58 manat dəyərində mallar alınmış, həmin mallardan 2024-cü il ərzində 48500,0 manat, 2024-cü il İİ rüb ərzində isə 479435,61 manat dəyərində satış olmuşdur. Malların satışı zamanı tətbiq edilmiş ticarət əlavəsi 5 % olmuşdur. İddiaçı fəaliyyətində, yəni işçinin malların pərakəndə satışı zamanı müştəri tərəfindən ödəniən pul vəsaitini nəzarət- aparatına mədaxil etməməsini və bunun nəticəsində 1000 manat məbəğində vergi məsuliyyətinə cəlb olunmağını qəbul edir. Lakin, may ayı üçün analoji hesablanmış 66433.13 manat məbəğində əlavə dəyər vergisi isə razı deyil. Vergi orqanın bu qərarı nəinki mağazanın bağlanmasına, hətta iddiaçı barəsində gələcəkdə hüquqi məhdudiyyətər yaranmasına səbəb olacaqdır. Halbuki, tərəfindən mallar 5 ticarət əlavəsi olaraq satılmış və vergi orqanın hesabladğı 66433.13 manat məbəğində əlavə dəyər vergisi iddiaçı satışdan əldə etdiyi ətdən də xeyli çoxdur. Cavabdeh vergi orqanının xx.xx.2024-cü il tarixli, **********416500 nömrəli qərarı iə razılaşmadığı üçün yuxarı orqana şikayət etdi. Vergi orqanda da araşdırma zamanı razılaşmadığı məqamları bildirdi, lakin bir nəticəsi olmadı və Azərbaycan Respublikasının İqtisadiyyatliyi yanında Dövət Vergi Xidmətinin 01 noyabr 2024cü il tarixli, **********179500 nömrəli Qərarı iə şikayəti təmin edilməmişdir. Odur ki, hazırkı ərizə iə məhkəməyə müracət etməyə məcbur olmuşdur. Bundan əlavə, cavabdeh vergi orqanının qərəzli olaraq, hesabat dövrünün sonunu gözəmədən yoxlama keçirməsini bununla bağlı rəsmi qeydiyyatdan keçmədən yoxlamaya gəlməsi də sübut edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il tarixli, 383 nömrəli Fərmanı təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat forması və aparılması qaydaları haqqında Əsasnamə”nin 1.5.-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerərə gəlməkə sahibkarlıq sahəsində olan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçiriə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimənməsi və karların maraqlarının müdafəsi haqqında” Qanunun təəbinə görə, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada lır (maddə 3.1). Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələbərinin pozulması ilə, o cümədən yoxlamaların məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun olunmuş digər normativ hüquqi aktların pozulması faktları iə bağlı məsuliyyət tədbirəri tətbiq ediə bilməz. Sahibkarlarda imaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi iə müvafiq hakimiyyəti tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (Maddə 13.2). Yoxlayıcı orqanlar hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar idə 13.3). Göründüyü kimi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydasıyında Əsasnamə”nin yuxarıda qeyd olunan normalarının tələbləri yoxlayıcı orqan tərəfindən olduğundan, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və bu yoxlamanın gedişində qeyd edilmiş sahibkarlıq fəaliyyətinə dair qanun pozuntusu faktları ilə bağlı məsuliyyətirləri tətbiq edilə bilməz. İstinad edilən normaların tələbləri inzibati orqan tərəfindən təmin olunmadığından, iddiaçı isində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuzdu. Bu baxımdan, maddi hüquq normaları ilə bağlı məsələlərin yoxlanılmasına, nəticə etibarilə ehtiyac yoxdur.”. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “Ərizə onunla əsaslandırılmışdır ki, “31 may 2024-cü il tarixdə vergi əməkdaşları mağazaya daxil olaraq yoxlama aparacaqlarını və müvafiq sənədləri təqdim etməyini bildirdilər. Lakin, vergi əməkdaşları mağazada yoxlama aparılması barədə qərar təqdim etmədilər. O da onların dövlət orqanı əməkdaşı olduqlarına inanaraq, araşdırma aparılması üçün müvafiq məlumatları və sənədləri onlara təqdim etdi. Bundan sonra vergi əməkdaşları ona müəyyən sənədlərə imza etdirərək çıxıb getdilər. Bir müddət sonra onun vergi portalındakı kabinetinə cavabdeh təşkilat tərəfindən göndərilən bildiriş və qərarlar əsasında məlum oldu ki, vergi əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixdə iki akt (xx.xx.2024-cü il tarixli, DVX seriyalı 101466 nömrəli və xx.xx.2024- cü il tarixli, DVX seriyalı 034918 nömrəli) tərtib olunmuş, həmin aktlara əsasən onun 1000 manat və 319,10 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi barədə iki qərar (xx.xx.2024-cü il tarixli, **********6396 nömrəli və xx.xx.2024-cü il tarixli, **********6398 nömrəli) qəbul olunmuş və xx.xx.2024-cü il tarixli, **********416500 nömrəli qərarla 2024-cü ilin may ayı üçün analoji hesablama ilə 66433,13 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. O, 2024-cü il may ayı üçün analoji hesablanmış 66433.13 manat məbləğində əlavə dəyər vergisi ilə razı deyil və həmin qərarın ləğv edilməsini tələb edir. Uyğunsuzluq məktubunda göstərilmiş 454598.69 manat dəyərində malların çox hissəsi 2024-cü ilin 01 may-28 may tarixi aralığında təqdim olunmuşdur. Həmin dövr sadələşdirilmiş vergi hesabatının təqdim olunduğu müddət olmadığı üçün hesabat xx.xx.2024-cü ildə təqdim edilmişdir. Buna baxmayaraq, dövriyyəsi 200000 manatı keçdiyi üçün xx.xx.2024-cü il tarixindən könüllü olaraq ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Lakin xx.xx.2024-cü il tarixdə vergi orqanının mağazada keçirdiyi OVN tədbiri zamanı malların bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilməsi düzgün deyildir. 2023-cü ilin sonuna mağazada 58306 manat dəyərində mal qalığı olmuşdur. xx.xx.2024-xx.xx.2024 tarix aralığında 449192.58 manat dəyərində mal alınmışdır. Bunlardan 2024-cü il İ rüb ərzində 48500 manat, 2024-cü il İİ rüb ərzində isə 479435.61 manat dəyərində satış olmuşdur. Satış ticarət əlavəsi 5 % olmaqla həyata keçirilmişdir. O, mağazada yalnız ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışı fəaliyyəti ilə məşğul olmuşdur. 2024-cü ilin may ayı ərzində işçinin səhlənkarlığı səbəbindən malların pərakəndə satışı zamanı müştəri tərəfindən ödənilən pul vəsaiti nəzarət-kassa aparatına mədaxil edilməmişdir. İşçisi yaşlı qadın olduğu üçün nəzarət-kassa aparatından istifadə etməyi bacarmamışdır. Vergi orqanı tərəfindən barəsində qəbul edilmiş 2024-cü il may ayı üçün analoji qaydada hesablanmış ƏDV məbləği ilə razılaşmır. Belə ki, vergi orqanı tərəfindən göndərilmiş uyğunsuzluq məktubunda qeyd olunmuş 454598,69 manat dəyərində malların çox hissəsi 2024-cü ilin 01 may-28 may tarixi aralığında təqdim olunmuş və həmin dövr də sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilmə müddəti olmamışdır. Buna baxmayaraq dövriyyə 200000,0 manatı keçdiyi üçün o, ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixindən könüllü olaraq ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Lakin vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə mağazaya teztələsik gələrək yoxlama keçirməsini qərəzli hesab edir. Əgər onun tərəfindən hesabat dövrünün sonunda düzgün hesabat verilməsəydi, o halda müvafiq araşdırma aparıla bilərdi. Bu səbəblərə görə vergi orqanın OVN tədbiri zamanı malların bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilməsini düzgün hesab etmir. 2023-cü ilin sonuna mağazada 58306,0 manat dəyərində mal qalığı olmuş, xx.xx.2024-xx.xx.2024 tarix aralığında 449192,58 manat dəyərində mallar alınmış, həmin mallardan 2024-cü il İ rübü ərzində 48500,0 manat, 2024-cü il İİ rüb ərzində isə 479435,61 manat dəyərində satış olmuşdur. Malların satışı zamanı tətbiq edilmiş ticarət əlavəsi 5% olmuşdur. O, fəaliyyətində, yəni işçisinin malların pərakəndə satışı zamanı müştəri tərəfindən ödənilən pul vəsaitini nəzarət-kassa aparatına mədaxil etməməsini və bunun nəticəsində 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmasını qəbul edir. Lakin, 2024-cü il may ayı üçün analoji hesablanmış 66433.13 manat məbləğində əlavə dəyər vergisi ilə razı deyil. Vergi orqanının bu qərarı nəinki mağazanın bağlanmasına, hətta onun barəsində gələcəkdə hüquqi məhdudiyyətlər yaranmasına səbəb olacaqdır. Halbuki, onun tərəfindən mallar 5 % ticarət əlavəsi olaraq satılmış və vergi orqanın hesabladığı 66433.13 manat məbləğində əlavə dəyər vergisi onun satışdan əldə etdiyi mənfəətdən də xeyli çoxdur. Cavabdeh vergi orqanının xx.xx.2024-cü il tarixli, **********416500 nömrəli qərarı ilə razılaşmadığı üçün yuxarı orqana şikayət etdi. Yuxarı orqanda da araşdırma zamanı razılaşmadığı məqamları bildirdi, lakin bir nəticəsi olmadı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 01 noyabr 2024-cü il tarixli, **********179500 nömrəli Qərarı ilə şikayəti təmin edilməmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bundan əlavə, cavabdeh vergi orqanının qərəzli olaraq, hesabat dövrünün sonunu gözləmədən yoxlama keçirməsini bununla bağlı rəsmi reyestrdən qeydiyyatdan keçmədən yoxlamaya gəlməsi də sübut edir.” Hesab edirik ki, iddiaçı X4 (VÖEN: **********) iddia tələbi əsassız və qanunsuz olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. Məlumat üçün bildiririk ki, vergi ödəyicisi X2 (VÖEN: **********) 2024-cü ilin May ayı üzrə kameral vergi yoxlaması keçirilməklə 66 413,13 manat Əlavə dəyər vergisi hesablanmışdır. 4 saylı Ərazi Vergilər İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********4218 nömrəli qərar (yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə xx.xx.2024-cü il tarixdə KY242114932 nömrə ilə qeydiyyata alınmışdır) ilə X3 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanda yerləşən “Hüsü market” adlı təsərrüfat obyektində (obyektin kodu: **********-35001) malların “Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi” (Mal Qalığı), həmçinin Vergi Məcəlləsinin 50.1.3-cü maddəsinə əsasən “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” məsələlərinin yoxlanması məqsədi ilə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində olan 8128,81 manat dəyərində olan malın 4937,86 manat hissəsinin sənəd əsasında əldə edilmiş maldan, 3190,95 manat hissəsinin isə alışını təsdiq edən sənədlərin olmadığı mallardan ibarət olduğu aşkar edilərək, qeyd olunanlar xx.xx.2024-cü il tarixli DVX seriyalı, 101466 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə- faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmiş, qeyd olunan akt vergi ödəyicisinin nümayəndəsi tərəfindən imzalanmış, nəticədə 4937,86 dəyərində mal qalığının olduğu müəyyən edilmişdir. Beləliklə, operativ vergi yoxlamasının nəticələrinə əsasən vergi ödəyicisində 3190,95 manat dəyərində malların alışını təsdiq edən sənədlər olmadığından vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********6398 nömrəli qərarı ilə vergi məsuliyyətinə cəlb olunaraq 319,1 manat (3190,95 10% (təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə) = 319,1) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə, “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” məsələsi üzrə keçirilmiş nəzarət zamanı xx.xx.2024-cü il tarixdə saat 11:00-da müştəri tərəfindən 1 ədəd su alışına görə 0,6 manat pul ödənilmiş, lakin bunun müqabilində NKA çeki vurulmamış və müştəriyə təqdim edilməmişdir. Yayındırılmış məbləğ NKA-ya bərpa edilərək, aşkar edilmiş nöqsan “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2024-cü il tarixli DVX seriyalı, 034918 nömrəli Aktla rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə uyğun olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********6398 nömrəli qərarı ilə vergi məsuliyyətinə cəlb olunaraq 1000 manat (təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, operativ vergi nəzarəti vergi orqanı tərəfindən Vergi Məcəlləsinin tələblərinə uyğun keçirilərək, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********4218 nömrəli qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış, tələbnamə, yoxlamanın nəticələri üzrə tərtib edilmiş aktlar, mal qalığı üzrə malların siyahısı vergi ödəyicisinin nümayəndəsi tərəfindən imzalanmış, aktların bir nüsxəsi təhvil alınmışdır. Eyni zamanda, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********6398 nömrəli və xx.xx.2024-cü il tarixli, **********6398 nömrəli qərarlar rəsmi qaydada (həm elektron qutusuna, həm də sifarişli poçt vasitəsi ilə) vergi ödəyicisinə təqdim edilmiş, qeyd olunan inzibati qərarlar vergi ödəyicisi tərəfindən nə inzibati şikayət instansiyasında, nə də məhkəmə qaydasında mübahisələndirilmədiyindən qanuni qüvvəsini almışlar. Qeyd: Operativ vergi nəzarətinin keçirilməsi barədə tərtib olunmuş materiallar hazırki etiraza əlavə olunur. Beləliklə, X2 (VÖEN: **********) keçirilmiş operativ vergi nəzarəti üzrə tərtib edilmiş aktlar əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********6398 nömrəli və xx.xx.2024-cü il tarixli, **********6398 nömrəli qərarlar mübahisələndirilməmiş (yuxarı vergi orqanında və ya məhkəmədə), hər hansı orqan tərəfindən ləğv edilməmiş (dəyişdirilməmiş və ya qüvvədən düşürülməmişdir) həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Bu səbəbdən də iddiaçının iddia ərizəsində vergi orqanı tərəfindən keçirilmiş operativ vergi nəzarətinin qanunsuz keçirilməsi ilə bağlı qeyd etdiyi dəlillər əsassızdır. Beləliklə, yaranmış kənarlaşmalarla bağlı vergi ödəyicisinə kənarlaşmaların əsasları, yaranma səbəblərinin aydın əks olduğu xx.xx.2024-cü il tarixli, **********908900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub, eləcədə vergi ödəyicisinin müraciətlərinə əsasən xx.xx.2024-cü il tarixli, **********882300 nömrəli “Müraciətlərə baxılması haqqında” məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşmalarla bağlı müvafiq sənədlər (izahat, arayış və digər sənədlər) təqdim edilmədiyindən yoxlama başa çatdırılaraq Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin may ayı üçün 66433,13 manat (414767,81*1,05/1.18*18% = 66433,13) əlavə dəyər vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********416500 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Qeyd: Vergi ödəyicisinə göndərilmiş məktublar və KVY qərarı etiraza əlavə edilir. Beləliklə, araşdırma nəticəsində xx.xx.2024-cü il tarixə vergi ödəyicisinin sahibliyində ƏDV daxil 419705,61 manat məbləğində mal qalığının qalmalı olduğu halda, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanda yerləşən “Hüsü market” adlı təsərrüfat obyektində (obyektin kodu: **********-35001) xx.xx.2024- cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı sahibliyində 4937,90 (ƏDV-li) manat dəyərində sənəd əsasında əldə edilmiş malların aşkar olunduğunu, bunun da nəticəsində 414767,81 manat (ƏDV-daxil) (419705,61-4937,86) dəyərində malların əskik gəldiyinin müəyyən edildiyini, vergi ödəyicisi tərəfindən 2024-cü ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilərək 2024-cü ilin aprel ayı üçün 39000,0 manat və may ayı üçün 440435,61 manat dövriyyə məbləğinin bəyan edilməsinə baxmayaraq, qeyd olunan dövriyyə məbləğlərinin həmin aylar üzrə nəzarət-kassa aparatı məlumatlarına əsasən öz təsdiqini tapmadığını, qeyd olunan dövrlər ərzində elektron qaimə-fakturalarının təqdim edilmədiyini, ixrac əməliyyatlarının aparılmadığını, malların satışının Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda və 2017ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda qeyd olunanlara uyğun həyata keçirilmədiyini nəzərə alaraq cavabdeh vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********416500 nömrəli qərarı qanuni və əsaslıdır. İddia ərizəsində qeyd olunan 2024-cü ilin may ayı ərzində işçinin səhlənkarlığı səbəbindən malların pərakəndə satışı zamanı müştəri tərəfindən ödənilən pul vəsaitinin nəzarət-kassa aparatına mədaxil edilməməsi, işçinin yaşlı qadın olduğu üçün nəzarət-kassa aparatından istifadə etməyi bacarmaması dəlillərinə münasibətdə qeyd edirik ki, göstərilən bu dəlillər cavabdeh vergi orqanının Qərarının ləğvi üçün əsas təşkil etmir və onu vergiləri vaxtında, tam şəkildə ödəmək vəzifəsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı X3 (VÖEN: **********) iddia tələbinin əsasını iddiaçının subyektiv xarakterli mülahizələri təşkil edir. Hesab edirik ki, iddia tələbinin məhkəmə tərəfindən təmini üçün heç bir əsas yoxdur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş dəlillər tərəfimizdən qəbul edilmiş 16 iyul 2024-cü il tarixli, **********416500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğvi üçün əsas təşkil etmir. Bu səbəbdən iddiaçı X3 iddia tələbi rədd olunmalıdır.”. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. 3417130017179500 İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surəti.
2. **********6398 nömrəli xx.xx.2024-cü il tarixli Vergi Ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın surəti;
3. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-ci il tarixli **********416500 nömrəli qərar;
4. xx.xx.2024-cü il tarixli **********4218 nömrəli Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın surəti;
5. Cavabdehin xx.xx.2025-ci il traixli etirazı və ona əlavə edilən sənədlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Maddə 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; Maddə 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; Maddə 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Maddə 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.10. aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli, 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” 3.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir: 3.1.1. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür; 3.1.2. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDVnin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli, 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” 2.2. Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POSterminaldan çıxarış verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyətkəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə24.2.İnzibatiorqanmaraqlışəxslərinxeyrinəolanhallarınaraşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibatiorqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öztəşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki vəhüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildəəsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiqvə ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarınınvə ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan,subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktınqəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçınınhüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Əsaslandırma hissə:
Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. İddia ərizəsi Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmadan məhkəməyə göndərildiyindən mümkünlük şərtinə riayət edilmişdir. Məhkəmə yuxarıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia mümkün olsa da, əsassızdır. İddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********416500 nömrəli qərarın ləğvini onunla əsaslandırır ki, mübahisələndirilən qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, 454598.69 manat dəyərində malların çox hissəsi 2024-cü ilin 01 may-28 may tarixi aralığında təqdim olunmuşdur. Həmin dövr sadələşdirilmiş vergi hesabatının təqdim olunduğu müddət olmadığı üçün hesabat xx.xx.2024-cü ildə təqdim edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyata alınsada xx.xx.2024-cü il tarixdə vergi orqanının mağazada keçirdiyi OVN tədbiri zamanı malların bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilməsi düzgün deyildir. 2023-cü ilin sonuna mağazada 58306 manat dəyərində mal qalığı olmuşdur. xx.xx.2024-xx.xx.2024 tarix aralığında 449192.58 manat dəyərində mal alınmışdır. Bunlardan 2024-cü il İ rüb ərzində 48500 manat, 2024-cü il İİ rüb ərzində isə 479435.61 manat dəyərində satış olmuşdur. Satış ticarət əlavəsi 5 % olmaqla həyata keçirilmişdir. Məhkəmə iddiaçının dəliiləri ilə aşağıdakılara əsasən razılaşmır. İlk növbədə qeyd edilməlidir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (KonstitusiyaMəhkəməsinin“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Hazırda mübahisələndirilən qərar üzrə inzibati orqanın apardığı inzibati icraatın qanunla müəyyən olunmuş qaydada aparılıb-aparılmadığının araşdırılması mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə,inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi məsuliyyətinə cəlb etdikdən sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Odur ki, hazırkı halda qiymət verilməli olan, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi zamanı inzibati icraatın tələblərinə riayət edilib-edilməməsidir. İş üzrə müəyyən olunur ki, 4 saylı Ərazi Vergilər İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********4218 nömrəli qərara əsasən (yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə xx.xx.2024-cü il tarixdə KY242114932 nömrə ilə qeydiyyata alınmışdır) ilə X1 fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanda yerləşən “Hüsü market” adlı təsərrüfat obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində olan 8128,81 manat dəyərində olan malın 4937,86 manat hissəsinin sənəd əsasında əldə edilmiş maldan, 3190,95 manat hissəsinin isə alışını təsdiq edən sənədlərin olmadığı mallardan ibarət olduğu aşkar edilərək, qeyd olunanlar xx.xx.2024-cü il tarixli DVX seriyalı, 101466 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə- faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmiş, qeyd olunan akt vergi ödəyicisinin nümayəndəsi tərəfindən imzalanmış, nəticədə 4937,86 dəyərində mal qalığının olduğu müəyyən edilmişdir. Operativ vergi yoxlamasının nəticələrinə əsasən vergi ödəyicisində 3190,95 manat dəyərində malların alışını təsdiq edən sənədlər olmadığından vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********6398 nömrəli qərarı ilə vergi məsuliyyətinə cəlb olunaraq 319,1 manat (3190,95 * 10% (təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə) = 319,1) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir Bundan əlavə, “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” məsələsi üzrə keçirilmiş nəzarət zamanı xx.xx.2024-cü il tarixdə saat 11:00-da müştəri tərəfindən 1 ədəd su alışına görə 0,6 manat pul ödənilmiş, lakin bunun müqabilində NKA çeki vurulmamış və müştəriyə təqdim edilməmişdir. Yayındırılmış məbləğ NKA-ya bərpa edilərək, aşkar edilmiş nöqsan “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2024-cü il tarixli DVX seriyalı, 034918 nömrəli Aktla rəsmiləşdirilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********6398 nömrəli qərarı ilə vergi məsuliyyətinə cəlb olunaraq 1000 manat (təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda iddiaçının vergi orqanı tərəfindən keçirilmiş operativ vergi nəzarətinin qanunsuz keçirilməsi ilə bağlı qeyd etdiyi dəlilləri əsaslı hesab edilə bilməz. Bununla yanaşı yaranmış kənarlaşmalarla bağlı vergi ödəyicisi tərəfindən müvafiq sənədlər (izahat, arayış və digər sənədlər) təqdim edilmədiyindən yoxlama başa çatdırılaraq Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin may ayı üçün 66433,13 manat (414767,81*1,05/1.18*18% = 66433,13) əlavə dəyər vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********416500 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Göründüyü kimi araşdırma nəticəsində xx.xx.2024-cü il tarixə vergi ödəyicisinin sahibliyində ƏDV daxil 419705,61 manat məbləğində mal qalığının qalmalı olduğu halda, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanda yerləşən “Hüsü market” adlı təsərrüfat xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı sahibliyində 4937,90 (ƏDV-li) manat dəyərində sənəd əsasında əldə edilmiş malların aşkar olunduğunu, bunun da nəticəsində 414767,81 manat (ƏDV-daxil) (419705,61-4937,86) dəyərində malların əskik gəldiyinin müəyyən edildiyini, vergi ödəyicisi tərəfindən 2024-cü ilin 2ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilərək 2024-cü ilin aprel ayı üçün 39000,0 manat və may ayı üçün 440435,61 manat dövriyyə məbləğinin bəyan edilməsinə baxmayaraq, qeyd olunan dövriyyə məbləğlərinin həmin aylar üzrə nəzarət-kassa aparatı məlumatlarına əsasən öz təsdiqini tapmadığını, qeyd olunan dövrlər ərzində elektron qaiməfakturalarının təqdim edilmədiyini, ixrac əməliyyatlarının aparılmadığını, malların satışının Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda və 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda qeyd olunanlara uyğun həyata keçirilmədiyini nəzərə alaraq cavabdeh vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********416500 nömrəli qərar qəbul olunmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia növündə olan işlərdə cavabdeh faktiki şərtlərin mövcudluğunu məhkəmə prosesi zamanı təqdim edilmiş sənədlərlə sübut etməklə yanaşı və hətta daha öncə, inzibati icraatın gedişində, o cümlədən icraatın nəticəsində inzibati aktın qəbulu zamanı şəxsə faktiki şərtlərin mövcudluğunu göstərməlidir. Bu “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələbindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırkı halda “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********416500 nömrəli qərar səlahiyyətli orqan tərəfindən qəbul edilməklə yanaşı, onun qəbul edilməsinə əsas olmuş faktiki şərtlərin əksini sübut edən halların mövcudluğu iş üzrə müəyyən edilmir. Əksinə 2024-cü ilin aprel ayı üçün 39000,0 manat və may ayı üçün 440435,61 manat dövriyyə məbləğinin bəyan edilsədə, dövriyyə məbləğlərinin həmin aylar üzrə nəzarət-kassa aparatı məlumatlarına əsasən öz təsdiqini tapmadığı, qeyd olunan dövrlər ərzində elektron qaimə-fakturalarının təqdim edilmədiyini, ixrac əməliyyatlarının aparılmadığını iş üzrə sübuta yetir. Bu isə ona dəlalət edir ki, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl edilərək, düzgün inzibati icraat aparmışdır. Belə olan halda “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********416500 nömrəli qərarın ləğv edilməsi ilə bağlı iddiaçının tələbi əsaslı sayıla bilməz. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********416500 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.