Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1696/2025 25.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil2 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “reyestr məlumatlarında düzəliş edilməsi və Qəbələ şəhəri, H.Əliyev prospekti 80 ünvanında yerləşən qeydi-yaşayış binası üzərində ləğv prosesində olan İddiaçı ASC-nin mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “reyestr məlumatlarında düzəliş edilməsi və Qəbələ şəhəri, H.Əliyev prospekti 80 ünvanında yerləşən qeydi-yaşayış binası üzərində ləğv prosesində olan İddiaçı ASC-nin mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1696/2025 nömrəli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1696/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddia mümkün sayılmamışdır.İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-466/2025 saylı xx.xx.2025-ci il tarixli Qərardadı ilə qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli 2-1(116)- 1696/2025 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Qəbələ şəhəri, Heydər Əliyev pr. 84 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışdan müəyyən edilmişdir ki, qeyd olunan qeyri-yaşayış binası üzərində mülkiyyətçi kimi ləğv prosesində olan İddiaçı ASC deyil, yanlışlıqla onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qeyd edilmişdir. Qeyd olunan yanlışığın aradan qaldırılması üçün reyestr məlumatlarında düzəliş edilməsi və həmin əmlak üzərində ləğv prosesində olan İddiaçı ASC-nin mülkiyyət hüquqlarının qeydə alınması barədə tərəfimizdən məktubla 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin müraciətə 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2024cü il tarixli məktubla cavab verilərək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 Ərazi İdarələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatının qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparıldığı və araşdırmalar zamanıƏrazi İdarəsinə xx.xx.2024-cü il tarixində qeydiyyat üçün təqdim olunan xx.xx.2024-cü il tarixli qeyri-yaşayış təyinatlı binaların istismarına icazə sənədində Tikinti obyektinin sifarişçisinin (sahibi) Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun qeyd edildiyini bildirilmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, həmin qeyri-yaşayış binası İddiaçı ASC-nin “Qəbələ” filialı kimi fəaliyyət göstərmiş və hazırda balans məlumatlarına əsasən bankın aktivləri siyahısındadır. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı ASC-nin adından Əmanətlərin Sığortalanması Fondu Qəbələ şəhəri, Heydər Əliyev prospektində yerləşən 0.03 ha torpaq sahəsində AtraBank ASC tərəfindən inşa edilmiş qeyri yaşayış binasını AtraBank ASC-nin adına vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 Ərazi İdarələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır. Araşdırmalar zamanı məlum olmuşdur ki, Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixdə qeydiyyat üçün təqdim olunan xx.xx.2024-cü il tarixli qeyri -yaşayış təyinatlı binaların istismarına icazə sənədində Tikinti obyektinin sifarişçisi (sahibi): Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu qeyd edilmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Üçüncü şəxs Azərbaycan Əmanətlərin Sığortalanması Fondu iddia ilə bağlı münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh orqan məhkəmə baxışı iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. ********** nömrəli Çıxarışdan görünür ki, Qəbələ şəhəri, Heydər Əliyev prospekti, 84 ünvanında yerləşən qeyri-yaşayış binası “Əmanətlərin Sığortalanması Fondu” adına rəsmiləşdirilmişdir.
2. X1 ilə “ATRA” SKB arasında bağlanmış 20 iyul 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 0,03 ha torpaq sahəsi alıcının mülkiyyətinə verilmişdir.
3. JN-0680 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 0,03 ha torpaq sahəsi üzərində “ATRA” SKB-nin mülkiyyət hüququ qeydə alınmışdır.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddiaçı cavabdehə ilkin müraciətində və məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini “reyestr məlumatlarında düzəliş edilməsi və Qəbələ şəhəri Heydər Əliyev prospekti 80 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində ləğv prosesində olan İddiaçı ASC-nin mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi ifadə etmişdir. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı Qəbələ şəhəri Heydər Əliyev prospekti 84 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınmasına nail olmaqdır.İddia ərizəsinin məzmunundan və aparılmış qeydiyyatdan görünür ki,qeyri-yaşayış binası Qəbələ şəhəri Heydər Əliyev prospekti 84 ünvanında yerləşir. Odur ki,məhkəmə iddia ərizəsinin “xahiş etdim” hissəsində “Qəbələ şəhəri Heydər Əliyev prospekti 80” ifadəsini texniki yanlışlıq kimi qiymətləndirir və İPM-in 52-ci maddəsinin tələbləri və prosessual qənaət prinsipini nəzərə alınaraq iddiaçının hüquqi marağına uyğun iddiaya mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə qeyd edir ki,üzərində mülkiyyət hüququnun qeydə alınması iddia olunan Qəbələ şəhəri Heydər Əliyev prospekti 84 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində “Əmanətlərin Sığortalanması Fondu”nun mülkiyyət hüququ qeydə alınmışdır.Bu barədə sonuncunun mülkiyyət hüququna dair 29 avqust 2024-cü il tarixli qeydiyyat aparılmış və ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 avqust 2016-cı il tarixli, 2-1(102)- 147/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. Məhkəmə hesab edir ki,qeyri-yaşayış binasının mülkiyyətçisi İddiaçı ASC olduğu halda cavabdeh inzibati orqan hüquq subyektini düzgün müəyyən etməmişdir.Odur ki,aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. “Banklar haqqında” Azərbaycan Respublikası qanununun 71.1-ci maddələrinə əsasən məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği Mərkəzi Bank ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən Mərkəzi Bank tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. 71.7. Bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir: 71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; 71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; 71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; 71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; 71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür; 71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; 71.7.7. bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür; 71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir; 71.7.9. bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; 71.7.10. bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunu : Müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması; Borclu müəssisə – Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən və ya fəaliyyəti dayandırılmış və borcu olan hüquqi şəxs; Borclunun əmlakı – iflas prosesinə başlanma məqamı dövründə borclunun mülkiyyətində olan və ya onun sahibliyinə verilmiş bütün əmlak və iflas prosesinə başlanma məqamından ona xitam verilənədək əmlak inzibatçısının və (və ya) müvəqqəti əmlak inzibatçısının, habelə borclunun əldə etdiyi bütün əmlakdır. (Fərdi borcluya aid halda qüvvədə olan qanunvericiliyə müvafiq surətdə tələb yönəldilə bilməyən əmlak istisna təşkil edir); “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun: Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir.Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməsinin əsasları təsbit olunmuşdur.İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qeyd olunanlara yekun vuraraq məhkəmə hesab edir ki, Qəbələ şəhəri, Heydər Əliyev prospekti, 84 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyətçi kimi “Əmanətlərin Sığortalanması Fondu”nun adına aparılmış 29 avqust 2024-cü il tarixli qeydiyyat ləğv edilməli, həmin əmlak üzərində Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququ qeydə alınaraq Çıxarış verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilir. Qəbələ şəhəri Heydər Əliyev prospekti, 84 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyətçi kimi “Əmanətlərin Sığortalanması Fondu” nun adına aparılmış 29 avqust 2024-cü il tarixli qeydiyyatın ləğv edilməsi, həmin qeyri-yaşayış binası üzərində Ləğv prosesində olan İddiaçıAçıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnu qeydə alaraq Çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə