Məhkəmə qərarları › İş №2-1(116)-1699/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1699/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1699/2021 24.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Yevlax şəhər (rayon) Ərazi Regional İdarəsinə qarşı "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən sosial yardımın təyinatından 1 (bir) il müddətində imtina edilməsi haqqında qanunsuz qərarın ləğv edilməsi və 10.02.2020-ci il tarixdə təyin edilmiş 207,46 manat sosial yardımın 2021-ci ilin avqust ayından bərpa edilərək 2022-ci ilin fevral ayınadək verilməsi öhdəliyinin cavabdeh Nazirlik yanında DSMF-nin 17 saylı Yevlax Ərazi Regional İdarəsinin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Yevlax şəhər (rayon) Ərazi Regional İdarəsinə qarşı "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən sosial yardımın təyinatından 1 (bir) il müddətində imtina edilməsi haqqında qanunsuz qərarın ləğv edilməsi və 10.02.2020-ci il tarixdə təyin edilmiş 207,46 manat sosial yardımın 2021-ci ilin avqust ayından bərpa edilərək 2022-ci ilin fevral ayınadək verilməsi öhdəliyinin cavabdeh Nazirlik yanında DSMF-nin 17 saylı Yevlax Ərazi Regional İdarəsinin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 6-ci maddəsinə görə, sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. (6.1-ci maddə) Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (6.2-ci maddə) Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. (6.3-cü maddə) ""Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 16.11.2005-ci il tarixli 312 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci və 6.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 2.2-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciət edən şəxs "Elektron hökumət" və ya Nazirliyin "e-sosial" internet portallarında yerləşdirilmiş "ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətdən istifadə etməklə "Ərizə-bəyannamə"ni dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların 3.1-ci bəndinə görə, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Qaydaların 3.2-ci bəndinə əsasən, VEMTAS tərəfindən "Ərizəbəyannamə"də qeyd edilmiş məlumatların "Elektron hökumət" portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Qaydaların 3.3-cü bəndinə görə, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya "DOST" mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Qaydaların 3.4-cü maddəsinə əsasən, bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi "Ailənin maddi-məişət şəraitinin müayinəsi"ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların "Ərizə-bəyannamə"də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Həmin Qaydaların 4.10-cu bəndində deyilir ki, sosial yardımın təyin edilməsi və sosial yardımın təyinatından imtina edilməsi barədə qərardan "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada Nazirliyə və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan göründüyü kimi, ünvanlı dövlət sosial yardımının təyin edilməsi bilavasitə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə aiddir. Belə olan halda, hazırkı iddiaya cavab verməli olan orqan məhz həmin Nazirlikdir, iddiaçı isə cavabdeh kimi səhvən Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Yevlax şəhər (rayon) Ərazi Regional İdarəsini göstərmişdir. Bundan başqa, iddia ərizəsinin nəticəvi hissəsində sosial yardımın təyinatından 1 (bir) il müddətində imtina edilməsi haqqında qanunsuz qərarın ləğv olunması xahiş edilsə də, bu qərarın tarixi göstərilməmişdir. Sadalanan çatışmazlıqların aradan qaldırılması məhkəmənin 06.12.2021-ci il tarixli yardım məktubu ilə iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı məhkəməyə 17.12.2021-ci il tarixli təkrar iddia ərizəsi göndərərək, məhkəmənin təklifi ilə razılaşmadığını bildirmişdir. O, həmin iddia ərizəsində cavabdeh qismində ƏƏSMN tərkibində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Regional Ərazi Filialını göstərmiş və iddia tələbini "2021-ci ilin avqust ayında 207,46 manat məbləğin qanunsuz dayandırılması haqqında və aztəminatlı ailəsinin sosial yardım almaq hüququnun 1 il müddətinə qanunsuz məhdudlaşdırılması haqqında qanunsuz qərarın ləğv edilməsi və "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrində nəzərdə tutulmuş qaydada 3 nəfərdən ibarət olan aztəminatlı ailəsinə 10.02.2020-ci ildə təyin edilmiş 207,46 manat sosial yardımın 2021-ci ilin avqust ayından bərpa edilərək 2022-ci ilin fevral ayınadək verilməsi öhdəliyinin cavabdeh qismində göstərdiyi ƏƏSMN tərkibində yaradılmış Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Regional Ərazi Filialının üzərinə qoyulması" kimi ifadə etmişdir. Göründüyü kimi, iddiaçı hazırkı tələbini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı verməli olduğu halda, məhkəmənin təklifinə baxmayaraq, tələbini ona cavab verməli olmayan orqana, yəni həmin Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı regional ərazi filialına qarşı davam etdirmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Yevlax şəhər (rayon) Ərazi Regional İdarəsinə qarşı "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən sosial yardımın təyinatından 1 (bir) il müddətində imtina edilməsi haqqında qanunsuz qərarın ləğv edilməsi və 10.02.2020-ci il tarixdə təyin edilmiş 207,46 manat sosial yardımın 2021-ci ilin avqust ayından bərpa edilərək 2022-ci ilin fevral ayınadək verilməsi öhdəliyinin cavabdeh Nazirlik yanında DSMF-nin 17 saylı Yevlax Ərazi Regional İdarəsinin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar