Məhkəmə qərarları › İş №2-1(116)-17/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-17/2021

13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-17/2021 13.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı "19.03.2018-ci il tarixli **********144714 nömrəli qərarın ləğv edilməsi, əlavə hesablanmış verginin, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının, faizlərin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması", cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı "03.06.2019-cu il tarixli **********184368 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 61187,48 manat əsas və 30753,74 manat maliyyə sanksiyasının müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinin 03.10.2017-ci il tarixli qərarına əsasən, İddiaçındə (bundan sonra mətndə - "xxxx" MMC) may 2015-ci ildən avqust 2017-ci ilədək olan müddət üzrə növbəti səyyar vergi yoxlaması keçirilmiş və nəticədə 19.03.2018-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar" qəbul edilmişdir. Həmin qərara görə, 2015-ci il üzrə 46295,38 manat mənfəət vergisi, 2016-cı il üzrə 105253,43 manat mənfəət vergisi, 2016-cı il üzrə 2340,36 manat ödəmə mənbəyində tutulan vergi, 2017-ci il üzrə 198 manat ödəmə mənbəyində tutulan vergi, eləcə də bu məbləğin hər birinə görə 50 faiz olmaqla, cəmi 77043,59 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı "xxxx" MMC cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı "19.03.2018-ci il tarixli **********144714 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ın ləğv edilməsi, əlavə hesablanmış verginin, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının, faizlərin silinməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmçinin məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbirləri barədə ərizə verərək cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinin üzərinə işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilənə qədər iddiaçı "xxxx" MMC-nin Bank Respublika ASC-nin Zaqatala filialında olan bank hesablarına qoyulmuş sərəncamların götürülməsi və işə mahiyyəti üzrə baxılıb, qəbul edilmiş yekun qərar qüvvəyə minənədək həmin bank hesablarına özünün 19.03.2018-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarına əsasən təkrar sərəncamların qoyulmasından çəkinmək vəzifəsinin qoyulmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06.04.2018-ci il tarixli 2-1(84)-713/2018 nömrəli qərardadına əsasən, cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçının Bank Respublika ASC-nin Zaqatala filialında olan bank hesablarına qoyulmuş sərəncamların götürülməsi və 13 saylı Ərazi Vergilər İdarəsinin üzərinə işə mahiyyəti üzrə baxılıb, qəbul edilmiş yekun qərar qüvvəyə minənədək həmin bank hesablarına özünün 19.03.2018-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarına əsasən təkrar sərəncamların qoyulmasından çəkinmək vəzifəsi qoyulmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi məhkəmənin həmin qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 23.05.2018-ci il tarixli 2-1(107)-250/2018 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06.04.2018-ci il tarixli 2-1(84)-713/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra cavabdeh Şəki Apellyasiya Məhkəməsinin həmin qərardadından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.05.2019-cu il tarixli 2-1(102)-6/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 23.05.2018-ci il tarixli 2-1(107)-250/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 04.01.2019-cu il və 21.02.2019-cu il tarixli qərarlarına əsasən, "xxxx" MMC-də mart 2015-ci ildən dekabr 2017-ci ilədək olan müddət üzrə səyyar vergi yoxlaması keçirilmiş və nəticədə 03.06.2019-cu il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar" qəbul edilmişdir. Həmin qərara görə, 2017-ci il üzrə 48431,44 mənfəət vergisi, 2017-ci il üzrə 5781,04 manat əlavə dəyər vergisi, 2017-ci il üzrə 6975 manat ödəmə mənbəyində tutulan vergi, eləcə də bu məbləğin hər birinə görə 50 faiz olmaqla, cəmi 30753,74 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin 13.09.2019-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi barədə" qərarı ilə "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 19.03.2018-ci il tarixli **********144714 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. İddiaçı 22.10.2019-cu il tarixli iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 19.03.2018-ci il tarixli **********144714 nömrəli cavabdeh tərəfindən ləğv edilmiş qərarın etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 20.11.2019-cu il tarixli 2-1(84)-11/2019 nömrəli qərardadı ilə mübahisələndirilən 19.03.2018-ci il tarixli **********144714 nömrəli qərar ləğv olunduğu üçün iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin 24.12.2019-cu il tarixli qərarı ilə 13 saylı Ərazi Vergilər İdarəsinin 13.09.2019-cu il tarixli **********485700 nömrəli qərarı ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.01.2020-ci il tarixli 2- 1(107)-50/2020 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 20.11.2019-cu il tarixli 2-1(84)-11/2019 nömrəli qərardadı ləğv edilmiş və iddia mümkün sayılaraq iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı "03.06.2019-cu il tarixli **********184368 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 61187,48 manat əsas və 30753,74 manat maliyyə sanksiyasının müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə də məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi 16.12.2019-cu ildə iş üzrə icraatın dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16.12.2019-cu il tarixli 2-1(84)-1130/2019 nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir. Cavabdeh məhkəmənin həmin qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 13.02.2020-ci il tarixli 2-1(107)-126/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16.12.2019-cu il tarixli 2-1(84)-1130/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra cavabdeh Şəki Apellyasiya Məhkəməsinin həmin qərardadından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.07.2020-ci il tarixli 2-1(102)-1241/2020 nömrəli qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamışdır. Şəki İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan aşağıdakı inzibati işlər üzrə icraat bir icraatda birləşdirilmişdir: 1) İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı "19.03.2018-ci il tarixli **********144714 nömrəli qərarın ləğv edilməsi, əlavə hesablanmış verginin, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının, faizlərin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair 2-1(116)-728/2020 №-li iş, 2) İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı "03.06.2019-cu il tarixli **********184368 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 61187,48 manat əsas və 30753,74 manat maliyyə sanksiyasının müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair 2-1(116)-72/2020 №-li iş. İddiaçı "xxxx" MMC hər iki iddianı belə əsaslandırmışdır ki, vergi yoxlaması vergi qanunvericiliyinin pozulması ilə keçirilmişdir. Müəssisənin mənfəəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli "Vergi ödəyicisinin mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları"na əsasən hesablanmışdır, halbuki bu qaydalar gəliri birbaşa müəyyən etmək mümkün olmadıqda tətbiq olunur. Əgər Qaydaların tətbiqində gəlir "Mənfəət vergisi bəyannaməsi"ndən birbaşa götürülürsə, yəni gəliri birbaşa təyin etmək mümkündürsə, onda bu qaydalardan istifadə edilməməlidir. Vergi orqanı Vergi Məcəlləsinin 67.1-ci maddəsində öz əksini tapan əlaqəli məlumatlardan istifadə etməli, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə etməli idi. Cavabdehlər 13 saylı Ərazi Vergilər İdarəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi iddianı qəbul etməmiş və iddiaya qarşı etirazlarında bildirmişlər ki, müəssisə yoxlanılan dövrdə fındıq məhsulunun tədarükü, emalı və fındıq ləpəsinin ixracı ilə məşğul olmuşdur. Yoxlanılan dövrdə fındıq məhsulunun tədarükü ilə bağlı müvafiq sənədləşmələr düzgün tərtib edilməmiş, eləcə də mühasibat uçotu və vergi qanunvericiliyinin tələblərinə əməl edilməmişdir. Belə ki, yoxlanılan dövrdə fındıq məhsulu müəssisənin tədarükçüsü tərəfindən Zaqatala bazarı və ətraf kəndlərdən tədarük edilmiş, məhsul təqdim edən hər bir şəxslə ayrı-ayrılıqda müvafiq ada alış aktı əvəzinə ümumi tədarük üçün bir alış aktı tərtib edilmişdir. Vergi bəyannaməsinin düzgünlüyü yoxlanılarkən xərc sənədləri yoxlamaya təqdim edilmədiyindən mənfəəti müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadıqda, həmin mənfəətin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması" Qaydalarına müvafiq olaraq aparılmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 19.03.2018-ci il tarixli **********144714 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərardan görünür ki, "xxxx" MMC-də aparılmış yoxlama zamanı büdcəyə çatası mənfəət vergisinin 151548,81 manat (2015-ci ilin mənfəət vergisi üzrə 46295,38 manat, 2016-cı ilin mənfəət vergisi üzrə 105253,43 manat) və ödəmə mənbəyində tutulan verginin 2538,36 manat (2016-cı ilin ödəmə mənbəyində tutulan vergi üzrə 2340,36 manat, 2017-ci ilin ödəmə mənbəyində tutulan vergi üzrə 198,00 manat) məbləğində azaldılması faktı aşkar edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, maliyyə sanksiyası tətbiq edilmişdir. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin 13.09.2019-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi barədə" qərarından görünür ki, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 19.03.2018-ci il tarixli **********144714 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Vergilər Nazirliyinin auditi baş idarəsinin 24.12.2019-cu il tarixli "Vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi barədə" qərarından görünür ki, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi barədə" 13.09.2019-cu il tarixli **********485700 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. - İşdə olan, 03.06.2019-cu il tarixli **********184368 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərardan görünür ki, büdcəyə çatası mənfəət vergisinin 2015 və 2016-cı illərdə əvvəlki səyyar vergi yoxlaması ilə artıq hesablandığı, hazırkı yoxlama ilə 2017-ci ildə mənfəət vergisinin, 2017ci ilin dekabr ayı ƏDV-nin və 2017-ci ilin 4-cü rübü üzrə ödəmə mənbəyində tutulan verginin azaldıldığı müəyyən edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, maliyyə sanksiyası tətbiq edilmişdir. - İşdə olan, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 27.08.2019-cu il tarixli etiraz məktubundan görünür ki, mübahisələndirilən 03.06.2019-cu il tarixli qərar, o cümlədən qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyaları məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinin tələblərinə uyğun olmaqla bərabər hesablanılan şəxs hamı üçün aydın göstərilmişdir. Belə olan halda həmin məsuliyyət qərarı prosessual pozuntularla tərtib edilmiş və etibarsız sayıla bilməz. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı iddia mübahisələndirmə haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. İşdən göründüyü kimi, cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinin 19.03.2018-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı ilə iddiaçıya 2015-ci il üzrə 46295,38 manat mənfəət vergisi, 2016-cı il üzrə 105253,43 manat mənfəət vergisi, 2016-cı il üzrə 2340,36 manat ödəmə mənbəyində tutulan vergi, 2017-ci il üzrə 198 manat ödəmə mənbəyində tutulan vergi, eləcə də bu məbləğin hər birinə görə 50 faiz olmaqla, cəmi 77043,59 manat maliyyə sanksiyası hesablanmışdır. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 03.06.2019-cu il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı ilə isə iddiaçıya 2017-ci il üzrə 48431,44 mənfəət vergisi, 2017-ci il üzrə 5781,04 manat əlavə dəyər vergisi, 2017-ci il üzrə 6975 manat ödəmə mənbəyində tutulan vergi, eləcə də bu məbləğin hər birinə görə 50 faiz olmaqla, cəmi 30753,74 manat maliyyə sanksiyası hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 103.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə görə, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əssən, müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. Bundan başqa, həmin Məcəllənin 92-ci maddəsinə görə, bu Məcəllədə nəzərdə tutulan hallarda ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 153-cü maddəsinə görə, əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 173.1-ci maddəsinə görə, ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Bundan başqa, həmin Məcəllənin 67.1-ci maddəsində deyilir ki, bu Məcəllənin 37.4cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Həmin Məcəllənin 67.14-cü maddəsində deyilir ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Bundan başqa, həmin Məcəllənin 58.1-ci maddəsinə görə, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" MMC-nin mübahisələndirdiyi qərarların qanuniliyinə qiymət verilməsi üçün cavabdehlər tərəfindən yoxlama nəticəsində tətbiq olunan vergi məbləğləri və maliyyə sanksiyalarının düzgün hesablanıb-hesablanmadığı araşdırılmalıdır. Bu araşdırma isə maliyyə sənədləri əsasında aparılmalı olduğuna və həmin sahədə xüsusi bilik tələb etdiyinə görə məhkəmənin 06.11.2020-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) 13 saylı Ərazi Vergilər İdarəsinin 19.03.2018-ci il tarixli **********144714 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ında 2015-ci il üzrə 46295,38 manat mənfəət vergisi, 2016-cı il üzrə 105253,43 manat mənfəət vergisi, 2016-cı il üzrə 2340,36 manat ödəmə mənbəyində tutulan vergi, 2017-ci il üzrə 198 manat ödəmə mənbəyində tutulan vergi, bu məbləğlərə görə 77043,59 manat maliyyə sanksiyası düzgün hesablanmışdırmı? 2) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 03.06.2019-cu il tarixli **********184368 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ında 2017-ci il üzrə 48431,44 mənfəət vergisi, 2017-ci il üzrə 5781,04 manat əlavə dəyər vergisi, 2017-ci il üzrə 6975 manat ödəmə mənbəyində tutulan vergi, bu məbləğlərə görə 30753,74 manat maliyyə sanksiyası düzgün hesablanmışdırmı? 3) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 03.06.2019-cu il tarixli **********184368 nömrəli qərarı 13 saylı Ərazi Vergilər İdarəsinin 19.03.2018-ci il tarixli **********144714 nömrəli qərarının 2015-ci il üzrə 46295,38 manat mənfəət vergisi, 2016-cı il üzrə 105253,43 manat mənfəət vergisi, 2016-cı il üzrə 2340,36 manat ödəmə mənbəyində tutulan vergi ilə bağlı hissəsinin düzgünlüyünü istisna edirmi? 4) "xxxx" MMC-də 13 saylı Ərazi Vergilər İdarəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş yoxlamalar zamanı fərqli nəticələrin əldə edilməsinin səbəbi nə olmuşdur? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 06.04.2021-ci il tarixli 9/5265 nömrəli ekspert rəyində tədqiqat prosesinin təsviri aşağıdakı kimi verilmişdir: Birinci sual üzrə: Tədqiq olunan iş materiallarından göründüyü kimi, "xxxx" MMC-nin 01.05.2015-ci ildən 01.09.2017-ci ilədək olan fəaliyyət dövrü üzrə səyyar vergi yoxlaması aparılmış və nəticədə müəssisə tərəfindən 151.548,81 manat məbləğində mənfəət vergisinin və 2538,36 manat məbləğində ÖMV-nin az hesablanması faktı aşkar edilmişdir. Yoxlamanın nəticələri öz əksini 29.01.2018-ci il tarixli **********125189 nömrəli səyyar vergi yoxlaması aktında tapmışdır. Mənfəət vergisi üzrə: Təqdim edilən iş materiallarından göründüyü kimi, müəssisə 2015-1016-cı illər üzrə mənfəət vergisinin ödəyicisi olmuş və bu haqda vergi orqanına bəyannamələr təqdim edilmişdir. İş materiallarından göründüyü kimi, müəssisə tərəfindən əhalidən və Zaqatala bazarından toplanılan fındıq məhsulunun anbara təhvil aktları, alış aktları və sair səyyar vergi yoxlaması zamanı xərc sənədləri olaraq təqdim edilmişdir. Lakin fındıq məhsullarının anbara təhvil aktları, alış aktları və sair yoxlayıcı tərəfindən xərc sənədləri olaraq nəzərə alınmamış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 №-li qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülməklə hesablanmışdır. Qeyd edilir ki, səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad edilmədən (yəni analoji müəssisənin olub-olmaması müəyyən edilmədən və s.) mənfəət vergisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 №-li qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülməklə hesablanmışdır. Halbuki, mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini tətbiq etmək mümkün olmadıqda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 №-li qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülməklə hesablanmalı idi. Qeyd edilir ki, 16.06.2017-ci il tarixli "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın və "İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"na əsasən qəbul olunmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 04.10.2017-ci il tarixli qərarında (17.10.2017-ci ildə qüvvəyə minmişdir) yoxlama ilə vergi ödəyicisinin xərc sənədi kimi, nəzərə alınmamış alış aktlarının forması 2017-ci ilin noyabr ayında qüvvəyə minmişdir. Yəni yuxarıda göstərilən qaydalarda yoxlama ilə xərc kimi, nəzərə alınmamış anbara təhvil aktlarının alış aktlarının və s. forması 2015-2016-cı illərdə mövcud olmamışdır. Bundan başqa qeyd edilir ki, iş materiallarında 15.04.2019-cu il tarixli **********173527 nömrəli səyyar vergi yoxlaması aktı mövcuddur ki, həmin yoxlama aktında da müəssisəyə 2015-2016-cı illər üzrə mənfəət vergisi hesablanmışdır. Həmçinin qeyd edilir ki, 15.04.2019-cu il tarixli yoxlama aktında mənfəət vergisi fərqli qaydada hesablanmışdır. Həmin 15.04.2019-cu il tarixli səyyar vergi yoxlaması aktında müəssisənin mənfəət vergisi üzrə öhdəliyinin müəyyən edilməsi məqsədilə 4 istiqamətdə araşdırılma aparılması və MMC üçün 4-cü variant nəzərə alınmaqla mənfəət vergisi hesablanması göstərilmişdir. Səyyar vergi yoxlaması aktında mənfəət vergisinin hesablanması üçün istifadə edilmiş istiqamətlər aşağıdakılardan ibarət olmuşdur. 1-ci istiqamət - Vergi Məcəlləsinin 67-ci və 83-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən gəlirlərinə şərti rentabellik dərəcəsi (20 %) tətbiq edildikdə; 2-ci istiqamət - Vergi Məcəlləsinin 67.1, 67.2, 67.3 və 67.6-cı maddələrinin tələblərinə əsasən analoji fəaliyyətlə (fındıq ləpəsinin ixracı) məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatlarına əsasən müəyyən edildikdə; 3-cü istiqamət - Vergi Məcəlləsinin 45-ci və 108-ci maddələrinin tələblərinə əsasən mütəxəssisin standartlara istinad edilməklə müəyyən etdiyi xammal silgisi nəzərə alınmaqla müəyyən edildikdə; 4-cü istiqamət - Vergi Məcəlləsinin 45-ci və 108-ci maddələrinin tələblərinə əsasən mütəxəssisin MMC-nin 2015-ci ildəki məlumatlarına istinad edilməklə müəyyən etdiyi xammal silgisi nəzərə alınmaqla müəyyən edildikdə. Həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67 (vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları) və 83.9-cu maddələrində aşağıdakılar göstərilmişdir: 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 67.11. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. 67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. 67.13. Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Qeyd edilir ki, Vergi Məcəlləsinin yuxarıda göstərilən tələblərində müəssisənin mənfəət vergisi üzrə öhdəliyinin müəyyən edilməsi məqsədilə 4 istiqamətdə araşdırılma aparılaraq və MMC üçün 4-cü variant nəzərə alınmaqla mənfəət vergisinin hesablanması nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd edilir ki, 29.01.2018-ci il tarixli **********125189 nömrəli səyyar vergi yoxlaması aktında 2015-2016-cı illər üzrə əlavə olaraq hesablanmış mənfəət vergisi 15.04.2019-cu il tarixli **********173527 nömrəli səyyar vergi yoxlaması aktında həmin illər üzrə kameral bəyannamə məlumatı göstərilmişdir. Bildirilir ki, Vergi Məcəlləsində səyyar vergi yoxlaması ilə 2015-2016-cı illər üçün müəssisəyə əlavə olaraq hesablanmış mənfəət vergisinin sonrakı səyyar vergi yoxlaması aktında kameral bəyannamə kimi götürülərək hesablama aparılması nəzərdə tutulmamışdır. Bütün yuxarıda göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 151.548,81 manat məbləğində mənfəət vergisinin düzgünlüyü müəyyən edilmir. ÖMV üzrə: İş materiallarından göründüyü kimi, səyyar vergi yoxlaması zamanı "xxxx" MMC vergi ödəyicisi olmuş, lakin 2015-ci ilin İİ rübü - 2017-ci ilin İİ rübü üzrə ödəmə mənbəyində tutulan verginin bəyannaməsi təqdim edilmişdir. Səyyar vergi yoxlaması aktından göründüyü kimi, ödəmə mənbəyində tutulan verginin bəyannamələrinin düzgünlüyü yoxlanılarkən vergi ödəyicisi kimi vergi orqanında uçota alınmayan fiziki şəxslərin göstərdiyi nəqliyyat xidmətlərinə görə ödənişlərdən Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulan vergi dərəcələri ilə vergi tutulmalı olduğu halda, səhvən başqa vergi dərəcələri tətbiq edilməklə ödəmə mənbəyində vergi tutulmuşdur. Göstərilən məlumatlara əsasən, hesablanmış 11.416,22 manat məbləğində vergi nəzərə alındıqda 2.538,36 (13.954,58 - 11.416,22) manat məbləğində ödəmə mənbəyindən tutulan verginin dövlət büdcəsinə az hesablanması müəyyən olunur. Beləliklə, bütün yuxarıda göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 151.548,81 manat məbləğində mənfəət vergisinin düzgünlüyü müəyyən edilmir. Həmçinin səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan ÖMV-nin 2538,36 manat məbləğində az hesablanması müəyyən olunur. İkinci sual üzrə: Tədqiq olunan iş materiallarından göründüyü kimi, "xxxx" MMC-nin 01.03.2015-ci ildən 01.01.2018-ci ilədək olan fəaliyyət dövrü üzrə səyyar vergi yoxlaması aparılmış və nəticədə müəssisə tərəfindən 48431,44 manat məbləğində mənfəət vergisinin, 5781,04 manat məbləğində ƏDV-nin və 6975,00 manat məbləğində ÖMV-nin az hesablanması faktı aşkar edilmişdir. Yoxlamanın nəticələri öz əksini 15.04.2019-cu il tarixli səyyar vergi yoxlaması aktında tapmışdır. Mənfəət vergisi üzrə: 15.04.2019-cu il tarixli səyyar vergi yoxlaması aktında sənədlərin (2 tərəfli alış aktları, ödəniş sənədləri, fındıq satanları müəyyən etməyə imkan verən müqavilələri və s.) tam təqdim edilməməsi səbəbindən müəssisənin mənfəət vergisi üzrə öhdəliyinin müəyyən edilməsi məqsədilə 4 istiqamətdə araşdırılma aparılması və MMC üçün 4-cü variant nəzərə alınmaqla mənfəət vergisi hesablanması göstərilmişdir. Səyyar vergi yoxlaması aktında mənfəət vergisinin hesablanması üçün istifadə edilmiş istiqamətlər aşağıdakılardan ibarət olmuşdur. 1-ci istiqamət - Vergi Məcəlləsinin 67-ci və 83-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən gəlirlərinə şərti rentabellik dərəcəsi (20 %) tətbiq edildikdə; 2-ci istiqamət - Vergi Məcəlləsinin 67.1, 67.2, 67.3 və 67.6-cı maddələrinin tələblərinə əsasən analoji fəaliyyətlə (fındıq ləpəsinin ixracı) məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatlarına əsasən müəyyən edildikdə; 3-cü istiqamət - Vergi Məcəlləsinin 45-ci və 108-ci maddələrinin tələblərinə əsasən mütəxəssisin standartlara istinad edilməklə müəyyən etdiyi xammal silgisi nəzərə alınmaqla müəyyən edildikdə; 4-cü istiqamət - Vergi Məcəlləsinin 45-ci və 108-ci maddələrinin tələblərinə əsasən mütəxəssisin MMC-nin 2015-ci ildəki məlumatlarına istinad edilməklə müəyyən etdiyi xammal silgisi nəzərə alınmaqla müəyyən edildikdə; Hazırkı rəyin təsviri hissəsində qeyd edildiyi kimi, iş üzrə əlavə sənədlərin zəruriliyi ilə əlaqədar 30.11.2020-ci il tarixli vəsatət verilmiş və həmin vəsatətə əsasən əlavə sənədlər təqdim edilmişdir. Bildirlir ki, səyyar vergi yoxlaması aktında 2 tərəfli alış aktlarının və s. sənədlərin təqdim olunmaması qeyd edilsə də, iş materiallarında həmin aktlar və digər sənədlər öz əksini tapmışdır. Qeyd edilir ki, 16.06.2017-ci il tarixli "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın və "İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"na əsasən qəbul olunmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 04.10.2017-ci il tarixli qərarında (17.10.2017-ci ildə qüvvəyə minmişdir) yoxlama ilə vergi ödəyicisinin xərc sənədi kimi, nəzərə alınmamış alış aktlarının forması 2017-ci ilin noyabr ayında qüvvəyə minmişdir. Yəni yuxarıda göstərilən qaydalarda yoxlama ilə xərc kimi, nəzərə alınmamış anbara təhvil aktlarının, alış aktlarının və s. forması 2015-2016-cı illərdə mövcud olmamışdır. Həmçinin qeyd edilir ki, Vergi Məcəlləsinin 67-ci və 83.9-cu mddələrinin tələblərində sənədlərin (2 tərəfli alış aktları, ödəniş sənədləri, fındıq satanları müəyyən etməyə imkan verən müqavilələr və s.) tam təqdim edilməməsi səbəbindən müəssisənin mənfəət vergisi üzrə öhdəliyinin müəyyən edilməsi məqsədilə 4 istiqamətdə araşdırm aparılaraq və MMC üçün 4-cü variant (yəni mütəxəssisin MMC-nin 2015-ci ildəki məlumatlarına istinad edilməklə müəyyən etdiyi xammal silgisi nəzərə alınmaqla mənfəət vergisinin hesablanması) nəzərə alınmaqla mənfəət vergisinin hesablanması nəzərdə tutulmamışdır. Həmçinin qeyd edilir ki, hazırkı rəyin təsviri hissəsində qeyd edildiyi kimi, iş üzrə əlavə sənədlərin zəruriliyi ilə əlaqədar 30.11.2020-ci il tarixli vəsatət verilmiş və həmin vəsatətə əsasən əlavə sənədlər təqdim edilmişdir. Bütün yuxarıda göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 48431,44 manat məbləğində mənfəət vergisinin düzgünlüyü müəyyən edilmir. ƏDV üzrə: İş materiallarından göründüyü kimi, səyyar vergi yoxlaması ilə müəssisəyə əlavə olaraq dövlət büdcəsinə ödənilməli olan 5781,04 manat məbləğində ƏDV hesablanmışdır. Səyyar vergi yoxlaması aktında əlavə hesablamaya səbəb aşağıdakı kimi göstərilmişdir. "Faktiki yoxlama ilə 2015-2016-cı illərdə ƏDV bəyannamələri üzrə kənarlaşma aşkar edilmədi, 2017-ci ildə isə 2912 kq fındıq ləpəsinin qalıqda qalmadığı müəyyən edildi və ixracının bəyan edilmədiyi, habelə göstərilənlər izahatı ilə də təsdiq edildiyindən, tərəfimizdən Vergi Məcəlləsinin 159-cu, 161-ci və 166-cı maddələrinə əsasən MMC-nin özündə mövcud olan 2017-ci ilin orta ixrac qiyməti 11,03 manat ƏDV-siz qiymət kimi qəbul edilərək satış gəlirinin 32116,9 manat, ƏDV-nin 5781,04 manat az göstərildiyi müəyyən edildi." Bildirlir ki, 2017-ci ildə 2912 kq fındıq ləpəsinin qalıqda qalmamasının müəyyən edildiyi və ixracının bəyan edilmədiyi əsaslı hesab olunduğu təqdirdə, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 5781,04 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən olunur. ÖMV üzrə: İş materiallarından göründüyü kimi, səyyar vergi yoxlaması ilə müəssisəyə əlavə olaraq dövlət büdcəsinə ödənilməli olan 6975,00 manat məbləğində ÖMV hesablanmışdır. Səyyar vergi yoxlaması aktında əlavə hesablamaya səbəb aşağıdakı kimi göstərilmişdir. "Baza və bəyannamə məlumatları üzrə 2015-2017-ci illərdə 254245,09 manat ödənişdən 30047,9 manat ödəmə mənbəyində vergi hesablanmışdır. Bunun 136747,65 manat ödəniş və həmin ödənişdən hesablanmış 19946,68 manat ödəmə mənbəyində vergi hissəsi təkrar yoxlanılan 2015-2016-cı il və 2017-ci ilin 1-ci yarımillik dövrünə aiddir və bu dövrdə hesablanmış 19946,68 manat verginin 12763,36 manat hissəsi əvvəlki vergi yoxlamaları nəticəsində əlavə hesablanmış ödəmə mənbəyində vergidən ibarətdir. Hazırkı yoxlama ilə təkrar yoxlanılan dövr üzrə ödəmə mənbəyində verginin büdcəyə hesablanmasında kənarlaşma aşkar edilmədi. Lakin 2017-ci ilin mənfəət vergisi bəyannaməsinin əlavəsində 73800,68 manat məbləğində sərbəst mənfəətin istifadə edilmiş kimi göstərilməsi və həmin mənfəətin istifadə edilməsinə dair hər hansı sənədin yoxlamaya təqdim edilməməsi əsas götürülməklə 2017-ci ilin 4-cü rübü üzrə Vergi Məcəlləsinin 122-ci maddəsinə əsasən dividend ödənişlərindən 6975,0 manat ÖMV-nin hesablanması təklif olunur". Xalis mənfəətin dövriyyədən çıxarılması barədə hər hansı sənəd iş materiallarında öz əksini tapmadığından ödəmə mənbəyində tutulan verginin az hesablanmasının düzgünlüyü müəyyən edilmir. Beləliklə, bütün yuxarıda göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 48431,44 manat məbləğində mənfəət vergisinin, 6975,00 manat məbləğində ÖMV-nin düzgünlüyü müəyyən edilmir, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 5781,04 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən olunur. Üçüncü və dördüncü suallar üzrə: Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 03.06.2019-cu il tarixli **********184368 nömrəli qərarının 13 saylı Ərazi Vergilər İdarəsinin 19.03.2018-ci il tarixli **********144714 nömrəli qərarının 2015-ci il üzrə 46295,38 manat mənfəət vergisi, 2016-cı il üzrə 105253,43 manat mənfəət vergisi, 2016-cı il üzrə 2340,36 manat ödəmə mənbəyindən tutulan vergi ilə bağlı hissəsinin düzgünlüyünü istisna etməsinin müəyyən edilməsi və "xxxx" MMC-də 13 saylı Ərazi Vergilər İdarəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş yoxlamalar zamanı fərqli nəticələrin əldə edilməsinin səbəbinin müəyyən edilməsi məhkəmə mühasibat ekspertizasının predmetinə aid deyildir. Beləliklə, ekspert rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: Birinci sual üzrə: Rəyin tədqiqi hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 151.548,81 manat məbləğində mənfəət vergisinin düzgünlüyü müəyyən edilmir. Həmçinin səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan ÖMV-nin 2538,36 manat məbləğində az hesablanması müəyyən olunur. İkinci sual üzrə: Rəyin tədqiqi hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 48431,44 manat məbləğində mənfəət vergisinin, 6975,00 manat məbləğində ÖMV-nin düzgünlüyü müəyyən edilmir. Səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 5781,04 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən olunur. Üçüncü və dördüncü suallar üzrə: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin 03.06.2019-cu il tarixli **********184368 nömrəli qərarının 13 saylı Ərazi Vergilər İdarəsinin 19.03.2018-ci il tarixli **********144714 nömrəli qərarının 2015-ci il üzrə 46295,38 manat mənfəət vergisi, 2016-cı il üzrə 105253,43 manat mənfəət vergisi, 2016cı il üzrə 2340,36 manat ödəmə mənbəyindən tutulan vergi ilə bağlı hissəsinin düzgünlüyünü istisna etməsinin müəyyən edilməsi və "xxxx" MMC-də 13 saylı Ərazi Vergilər İdarəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş yoxlamalar zamanı fərqli nəticələrin əldə edilməsinin səbəbinin müəyyən edilməsi məhkəmə-mühasibat ekspertizasının predmetinə aid deyildir. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən olundu ki, 13 saylı Ərazi Vergilər İdarəsinin 19.03.2018-ci il tarixli qərarı 2015-ci il üzrə 46295,38 manat mənfəət vergisinə və 2016-cı il üzrə 105253,43 manat mənfəət vergisinə, eləcə də həmin məbləğlərə hesablanmış müvafiq olaraq 23147,69 manat və 52626,715 manat maliyyə sanksiyasına aid hissədə, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 03.06.2019-cu il tarixli qərarı 2017-ci il üzrə 48431,44 mənfəət vergisinə və 2017-ci il üzrə 6975 manat ödəmə mənbəyində tutulan vergiyə, eləcə də bu məbləğlərə hesablanmış müvafiq olaraq 24215,72 manat və 3487,5 manat maliyyə sanksiyasına aid hissədə qanuni deyildir. İddiaçı ekspert rəyi ilə razılaşsa da, cavabdehlər rəylə razılaşmamış və iddianın rədd olunmasını xahiş etmişlər. Lakin məhkəmə qeyd edir ki, ekspert rəyi kifayət qədər aydın, tam, əsaslıdır və Vergi Məcəlləsinin tələblərinə uyğundur. Cavabdehlər məhkəməyə ekspert rəyini təkzib edən heç bir dəlil təqdim edə bilmədilər. Ona görə də məhkəmə ekspert rəyinin sübut kimi qəbul olunmasını mümkün hesab etdi. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. (67.1-ci maddə) Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. (67.2-ci maddə) Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. (67.3-cü maddə) İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. (69.1-ci maddə) İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur. (69.2-ci maddə) Hazırkı iddiada mübahisələndirilən inzibati aktlar iddiaçıya münasibətdə əlverişsiz inzibati aktdırlar. Həmin qərarların yuxarıda göstərilən hissələri qanunsuz olduğuna görə qərarlar həmin hissələrdə ləğv edilməli, qərarların həmin hissələri ilə iddiaçıya əlavə hesablanmış verginin, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının, faizlərin silinməsi öhdəliyi cavabdehlərin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə görə, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş "Ekspertiza xərclərinə dair bildiriş"dən görünür ki, aparılmış məhkəmə-mühasibat ekspertizası tədqiqatının dəyəri 150 manat təşkil edir. İddiaçı "xxxx" MMC-nin iddia tələbi qərarların ləğv edilməsi və cəmi 323071,98 manat borcun onun hesabından silinməsindən ibarətdir ki, bu məbləğin 231130,76 manat hissəsi cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinə, qalan 91941,22 manat hissəsi cavabdeh Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə aiddir. İddia cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinə münasibətdə 227323,21 manat hissədə, cavabdeh Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə münasibətdə 83109,66 manat hissədə təmin edilir. Məhkəmə bu qənaətə gəldi ki, ödənilmiş tələblərə münasib olaraq 150 manat məbləğində prosessual xərcin 5,87 manat hissəsi iddiaçı "xxxx" MMC-yə, 105,54 manat hissəsi cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinə, qalan 38,59 manat hissəsi isə cavabdeh Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə aid edilməli və göstərilən məbləğlər onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin 19.03.2018-ci il tarixli **********144714 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı 2015-ci il üzrə 46295,38 manat mənfəət vergisinə və 2016-cı il üzrə 105253,43 manat mənfəət vergisinə, eləcə də həmin məbləğlərə hesablanmış müvafiq olaraq 23147,69 manat və 52626,715 manat maliyyə sanksiyasına aid hissədə ləğv edilsin, qərarın həmin hissəsi əsasında iddiaçı "xxxx" MMC-yə əlavə hesablanmış verginin, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının, faizlərin silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulsun. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 03.06.2019-cu il tarixli **********184368 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı 2017-ci il üzrə 48431,44 mənfəət vergisinə və 2017-ci il üzrə 6975 manat ödəmə mənbəyində tutulan vergiyə, eləcə də bu məbləğlərə hesablanmış müvafiq olaraq 24215,72 manat və 3487,5 manat maliyyə sanksiyasına aid hissədə ləğv edilsin, qərarın həmin hissəsi əsasında iddiaçı "xxxx" MMC-yə hesablanmış 55406,44 manat əsas borcun və 27703,22 manat maliyyə sanksiyasının iddiaçı "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində prosessual xərc ödənilmiş tələblərə münasib olaraq tərəflərə aid edilsin, iddiaçı "xxxx" MMC-dən 5,87 manat, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsindən 105,54 manat, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən 38,59 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar