Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1700/2023 18.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu 02 fevral 2020-ci il tarixindən təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair müəyyən olunmuş formada hazırlanmış arayışın ona təqdim edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə “hüquqi yardım” məktubu ünvanlanaraq iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşının tamam olduğu 02 fevral 2020-ci il tarixdən təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1700/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçının diplomuna və əmək kitabçasına o, 01 sentyabr 1977-ci ¡1 tarixindən 22 iyun 1984-cü il tarixinədək (06 il 09 ay 21 gün) Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almış, 10 avqust 1984-cü il tarixdən 30 iyun 1985-ci il (10 ay 20 gün) tarixədək (10 ay 20 gün) Mingəçevir şəhər xəstəxanasında internatura keçmiş, 05 avqust tarixdən 01 sentyabr 1988-ci tarixədək (03 il 26 gün) Mingəçevir şəhər xəstəxanasında fiziki idman həkimi. 01 sentyabr 1988-ci il tarixdən 18 avqust 1999-cu il tarixədək (10 il 11 ay 13 gün) Qəbələ Rayon Mərkəzi Xəstəxanasında həkim-fizioterapevt (UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddindən artıq yüksək tezi iki i) şüalanma mənblərində işlə daim məşğul olan mütəxəssis) vəzifəsində işləmiş, 07 aprel 2010-cu il tarixdən bu günə kimi (02 fevral 2020-ci il tarixədək 09 il 09 ay 25 gün) Bakı şəhər X3 Travmotologİya və İdman Hakimliyi və Fizioterapiya şöbəsində həkim-fizioterapevt (UQD (ultra qısa dalğalar), UY İ (ultra yüksək tezlikli), HAYT (həddindən artıq yüksək tezlikli) şüalanma mənblərində işlə daim məşğul olan mütəxəssis) vəzifəsində işləmişdir. Həm Qəbələ Rayon Mərkəzi Xəstəxanasında, həm də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə həkim-fizioterapevt vəzifəsində çalışarkən şüalanma mənbələri hesab edilən ultra yüksək tezlikli (tezliyi 27,12 MHz olan PAGANİ DX500 markalı qısa dalğalı şüalanma) cihazları tətbiq etməklə işləmişdir. İşlədiyi peşənin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüquq verən peşələrə aid olması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin “Siyahısı"nın 35-ci "Ümumi peşələr” paraqrafında UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddindən artıq yüksək tezlikli) şüalanma mənblərində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər kimi qeyd edilmişdir. Beləliklə, 60 yaşı tamam olduğu 02 fevral 2020-ci il tarixə kimi ümumi iş stajı 31 il 06 ay 24 gün (25 ildən artıq) təşkil etmiş, həmin staj illərinin 20 il 09 ay 08 gün (12 il 6 aydan artıq) müddətini 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti (Nazirlər Kabinetinin 12 №-li 23 yanvar 2007-ci il tarixli qərarı) tərəfindən təsdiq olunan siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da o, həmin Qanunun tələblərinə cavab verən iş stajı toplamış, bu səbəbdən də 60 yaşına çatdığı 02 fevral 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısı üzrə çalışan sığortaolunanların: kişilər- 60 yaşma çatdıqda və azı 25 İl sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciətinə pensiya təyin olunmasından imtina olunaraq bildirilmişdir ki, pensiya təyin edilməsi üçün digər sənədlərlə yanaşı, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin müəyyən olunmuş formada hazırlanmış arayışı tələb olunur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1 -ci yarımbəndinə və 4.1.20-ci bəndinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala işəgötürən tərəfindən verilmiş arayışın təqdim edilməsi zəruridir. Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair müəyyən olunmuş formada hazırlanmış arayışın ona təqdim olunması barədə işəgötürən "xxxx" Məhdud Məsuliyyəli Cəmiyyətinə 09 fevral 2023-cii il tarixli müraciətinə işlədiyi peşənin və mövcud iş şəraitinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin “Siyahısın”da nəzərdə tutulmaması bəhanəsi ilə arayşın verilməsindən imtina edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı 09.01,2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir, iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda güzəştli iş stajı barədə arayış təqdim edilmədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmamışdır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini iddia etdiyi 60 yaşının tamam olduğu 02 fevral 2020-ci il tarixdə qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş üç şərt ödənilməlidir: 1) ümumi iş stajının 25 il olması, pensiya kapitalının olması 2) güzəştli iş stajının 12 il 6 av olması: 3) Qanunvericiliklə tələb olunan pensiya kapitalının olması. Eyni zamanda bildirilmişdir ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, Fondun idarə Heyətinin qərarlarını, Fondun idarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Bildirilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 2.2.1-ci yarımbəndinə və 4.1- ci bəndinə əsəsən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir:
1. şəxsiyyət vəsiqəsinin surəti;
2. ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.);
3. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışı;
4. pensiya təyin edilməsi ilə bağlı ərizə. Göründüyü kimi qanunvericilklə birbaşa olaraq şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan güzəştli stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin xüsusi formada hazırlanmış arayışına əsasən müəvvsn edilir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iş ərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluqunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloii məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibat məhkəmələrə ünvanlanmış icma) məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-ln 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma apanlmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il, 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Göründüyü kimi şəxsin güzəştli işdə çalışmasına dair arayışı olamadan onun güzəştli iş stajını müəyyən etmək mümkün deyildir. İddiaçının iddia ərizəsinə özünün də qeyd etdiyi kimi əvvəlcə cavabdeh qismində qoyduğu müəssisənin güzəştli iş stajı barədə arayışı verməkdən imtina etməsinə səbəb onun işlədiyi vəzifənin güzəştli iş stajı verən sahələrə aid olmaması olmuşdur. Belə ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanan güzəştli arayışın verilməsinə dair xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq müvafiq müəssisə tərəfindən xx.xx.2023-cü il tarixli 42960 nömrəli imtina məktubu ilə (müvafiq imtina məktubu inzibati icraat materiallarına əlavə edilir) bildirilmişdir ki, iddiaçının çalışdığı həkim-fizioterapevt vəzifəsi və mövcud is şəraiti güzəştli şərtlərlə pensiya hüququ verən sahələrə aid olmadığından və Nazirlər kabinetinin müvafiq qərarında nəzərdə tutulmadığından güzəştli şərtlərlə pensiya hüququ verən arayışın verilməsi hüquqi baxımdan mümkün deyildir. Belə olan halda İddiaçı işlədiyi tibb müəssisəsi şəxsin işlədiyi sahənin güzəştli olmadığı səbəbindən müvafiq arayışı verməkdən imtina edirsə, hazırki tələblə bağlı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçının güzəştli iş stajının müəyyən edilərək ona əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - ЛВ 011376 nömrəli Diplomdan görünür ki, iddiaçı xx.xx.1977 - xx.xx.1984-cü illərdə ali təhsil almışdır. - ИT-İ ******* №-li əmək kitabçasından əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1984 - xx.xx.1985, xx.xx.1985 - xx.xx.1988, xx.xx.1988 - xx.xx.1999, xx.xx.2010 – hazırda əmək fəaliyyəti davam edir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 42960 nömrəli məktubundan görünür ki, iddiaçının əmək fəaliyyəti göstərdiyi həkim-fizioterapevt vəzifəsi və mövcud iş şəraiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçıya "Şəxsin güzəştli şərtlə əmək pensiyası huququ verən işdə çalışmasına dair Arayış" verilməsi hüquqi baxımdan mümkün olmamışdır. - Mərkəzi Klinikanın xx.xx.2023-cü il tarixli 43838 nömrəli məktubundan görünür ki, X1 Fizioterapiya şöbəsində aşağıda qeyd olunan texniki göstəricilərə malik tibbi cihazlar istifadə edilir: - Elettronica Pagani CMP2 Plus cihazı, işləmə tezliyi 10-200 Hs, yəni aşağı tezlikli dalğa kateqoriyası; - Elettonica Pagani DX500 cihazı işləmə tezliyi 27.12 MHs, yəni yüksək tezlikli dalğa kateqoriyası; Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35, Ümumi peşələr başlıqlı hissənin müvafiq abzasında qeyd edilən UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) dalğalar 30 MHs tezlikdən yuxarı dalğalardır. Göründüyü kimi, X2 şöbəsində istifadə otunan tibbi cihazların işləmə tezlikləri aşağıdır. Eyni zamanda müvafiq Qərarın 19. Tibb və sosial təminat müəssisələri başlıqlı hissəsində həkim- fizioterapevt vəzifəsi qeyd olunmamışdır. Beləliklə, yuxarıdakıları nəzərə alaraq, həkim-fizioterapevt T. Rəsulovun hazırda əmək fəaliyyəti göstərdiyi vəzifənin və iş şəraitinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cİ il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş vəzifələr və iş şəraitlərinə uyğunluğu yoxdur. - “Qəbələ rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Fizioterapiya ağrıların və ya fiziki amillərin tətbiqiylə yaranan zədələrin, xəstəliklərin müalicəsi ilə məşğul olur. Fizioterapiyanın əsas məqsədi xəstənin patologiyasına əsaslanaraq fiziki sağlamlığının və normal həyat fəaliyyətinin bərpasını təmin etməkdir. Fizioterapiya tibbi müalicə metodlardan biridir. Bu müalicə metodu tibbi avadanlıqlarla və ya manual yolla xəstəyə tətbiq edilməsindən ibarətdir. Fizioterapevtlər anatomiya, nevrologiya və fiziologiya, profilaktika, diaqnostika üzrə tibbi biliklərə yiyələnirlər. həkim-fizioterapevtlər əmək funksiyalarını yerinə yetirərkən şüalanma mənbələrində işlə daimi məşğul olan mütəxəssislər hesab edilirlər. Məhz buna görə də həkim-fizioterapevtlərə əmək haqqından əlavələr (zərərliyə görə), xüsusi qoruyucu vasitə və geyimlər tətbiq edilir. Sözü gedən fizioterapiya avadanlıqları yalnız tibb müəssisələrində deyil müxtəlif təyinatlı (idman zalları, tibbi məsaj xidmətləri və s.) yerlərdə də mövcud olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının ümumi peşələr bəndinə (yarımbəndinə) və (və ya) paraqraf 35-ə salınmışdır. Həkim fizioterapevtlər işlədikləri dövrdə qoruyucu vasitələr və 15% zərərliyə görə əlavə ödənişlə təmin edilirlər. - Qəbələ rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Qəbələ RMX-da həkim-fizioterapevt kimi işlədiyi zaman Qəbələ RMXnın Fizioterapiya şöbəsində UVEÇE-66 markalı tibbi avadanlıqdan istifadə etməklə xəstələri müalicə etmişdir. UVEÇE-66 adlı avadanlıq ultra yüksək tezlikli tibbi qurğudur. Qurğunun şüalanma göstəricisi 2550 +/- 50 MHZ (mega herz) dir. Qeyd: Avadanlıq amortizasiya müddətini başa vurduğu üçün 2006-cı il tarixində istifadədən çıxarılmışdır. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş yüksək tezlikli (ultra qısa) və ifrat tezlikli dalğaların insan orqanizminə təsiri ilə bağlı cədvəldə aşağıdakılar qeyd olunmuşdur: Elektromaqnit dalğaların tezliyi Dalğanın adı Dalğanın enerjisi
300 Hs-3000 kHs Alçaq tezlikli dalğalar 1.24x103 eV
3000 kHs- 3 MHs Orta tezlikli dalğalar (1.24- 12.4) 103 eV
(3 -30) MHs Radio verilişləri və radiorabitə (12.4-124) 103 eV
(30-300) MHs Yüksək tezlikli televiziya verlişləri (124-1240) 10J eV
(300-3000) MHs Ultra yüksək tezlikli televiziya verlişləri (1.24-12.4) 106 eV (3-30) QHs ifrat yüksək tezlikli radiolokasiya (12.4-124) 10° eV
30-300) QHs Yüksək tezlikli radioastronomiya tədqiqatları 1.24 xl0y eV
300-3000) QHs Hiper yüksək tezlikli dalğalar (1.24-12.4) 10y eV
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçının 60 yaşının tamam olduğu 02 fevral 2020-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyası: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu 02 fevral 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1960-cı ildə doğulub). İddiaçının 60 yaşının tamam olduğu 02 fevral 2020-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən iddiaçıya 2 saylı Siyahı üzrə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı mövcud olmalıdır. 2) 12 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır. 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İş materiallarından görünür ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə onun təhsil (6 il, 9 ay, 21 gün) və əmək fəaliyyəti (24 il, 9 ay, 2 gün) müddətinin cəmi 25 ildən artıq olmaqla 31 il, 6 ay, 23 günə bərabərdir. 2-ci şərtə münasibətdə isə iddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması müəyyən edilmir. Belə ki, iddiaçı, xx.xx.1988-xx.xx.1999-cu illərdə (10 il, 11 ay, 17 gün) Qəbələ rayon Mərkəzi xəstəxanasında həkim-fizioterapevt vəzifəsində, xx.xx.2010-cu ildən 60 yaşının tamam olduğu 02 fevral 2020-ci il tarixədək "xxxx" MMC-də həkim-fizioterapevt vəzifəsində işləmişdir. İddiaçı, işlədiyi həkim-fizioterapevt vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35-ci bəndində ümumi peşələr başlıqlı hissənin müvafiq abzasında qeyd edilən UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan mütəxəssislərə aid olmasını bildirir. “Qəbələ rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının işlədiyi həkim-fizioterapevt vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının ümumi peşələr (35) bəndinə nəzərdə tutulmasını, "xxxx" MMC isə xx.xx.2023-cü il tarixli 43838 nömrəli məktubunda həkim-fizioterapevt T. Rəsulovun hazırda əmək fəaliyyəti göstərdiyi vəzifənin və iş şəraitinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cİ il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş vəzifələr və iş şəraitlərinə uyğun olmamasını bildirmiş və bunu X2 şöbəsində istifadə otunan tibbi cihazların işləmə tezliklərinin aşağı olması, habelə müvafiq Qərarın 19. Tibb və sosial təminat müəssisələri başlıqlı hissəsində həkim-fizioterapevt vəzifəsinin qeyd olunmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında 35-ci bəndin (ümumi peşələr) 54-cü yarımbəndində UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislərin (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olması təsbit edilmişdir. Məhkəmə tərəfindən iddiaçının işlədiyi həkim-fizioterapevt vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid olub-olmamasını müəyyən edilməsi məqsədilə işlədiyi tibbi cihazların işləmə tezliklərinin UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrinə aid olub-olmaması yoxlanılmışdır. Nəzərə alınmalıdır ki, Ultra qısa dalğalar (UQD) - metrlik (tezlik diapazonu – 30-300 MHs), desimetrlik (300-3000 MHs) , santimetrlik (3—30 QHs), millimetrlik (30-300 QHs) və desimillimetrlik (300-3000 QHs) dalğalardan ibarətdir. Göründüyü kimi ultra qısa dalğaların ən aşağı tezliyi 30-300 MHZ aralığında olmaqla metrlik ultra qısa dalğa sayılır. İddiaçının "xxxx" MMC-də işlədiyi “Elettronica Pagani CMP2 Plus” cihazının, işləmə tezliyi 10-200 Hs, yəni aşağı tezlikli dalğa kateqoriyasına və “Elettonica Pagani DX500” cihazının işləmə tezliyi 27.12 MHs olmaqla yüksək tezlikli dalğa kateqoriyasına aiddir. Hər iki cihazın işləmə tezliyi 30-300 MHZ-dən aşağı olduğu üçün onların dalğa diapazonu ultra qısa dalğalara aid edilə bilməz. Ultra yüksək tezlikli (UYT) dalğalar isə ***-**** MHs aralığında olan dalğalar hesab edilir. İddiaçının Qəbələ RMX-da həkim-fizioterapevt kimi işlədiyi zaman Fizioterapiya şöbəsində işlədiyi UVEÇE-66 markalı tibbi avadanlığın şüalanma göstəricisi 2550 +/- 50 MHZ olduğundan sözügedən tibbi qurğu ultra yüksək tezlikli dalğalara aid edilir. Həddən artıq yüksək tezlikli (HAYT) dalğalara isə 30-300 QHs aralığında olan dalğalar aid edilir ki, iddiaçının işlədiyi tibbi qurğuların heç birinin işləmə tezliyi qeyd olunan intervalda olmamışdır. İddiaçının "xxxx" MMC-də işlədiyi “Elettonica Pagani DX500” cihazı yüksək tezlikli dekametrlik qısa dalğalara, “Elettronica Pagani CMP2 Plus” cihazı isə aşağı tezlikli dalğalara aid olmaqla heç biri ultra qısa dalğalara aid deyil. Beləliklə, yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, iddiaçının ancaq Qəbələ RMX-da həkim-fizioterapevt işlədiyi zaman istifadə etdiyi tibbi qurğu ultra yüksək tezlikli dalğalara aid edildiyindən, sözügedən müddət güzəştli iş stajı olaraq qəbul edilə bilər. Lakin, həmin müddət (10 il, 11 ay, 17 gün) tələb olunan 12 il 6 aydan azdır. Odur ki, iddiaçıya 2 saylı Siyahı üzrə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin olunması üçün tələb olunan - 12 il 6 ay güzəştli iş stajının mövcud olması ilə bağlı şərt yerinə yetirilmir. Qeyd olunan hal hazırkı iddia tələbinin əsassız olması qənaətinə gəlmək üçün yetərli olduğundan iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-verməməsinin əlavə olaraq araşdırılmasına lüzum yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu 02 fevral 2020-ci il tarixindən təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.