Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1703/2023 05.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-Ə-73/2023 nömrəli imtinasının qanunsuz hesab edilməsi və xx.xx.1965-ci il tarixdə Qəbələ rayon Kürd kənd İ.Ə.N tərəfindən tərtib edilmiş 134 nömrəli doğum akt qeydində X6 adı qrafasına düzəliş edilməklə adının “Vəfa” kimi qeyd olunması və bu barədə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə Müəyyən etdi : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-Ə-73/2023 nömrəli imtinasının qanunsuz hesab edilməsi və xx.xx.1965-ci il tarixdə Qəbələ rayon Kürd kənd İ.Ə.N tərəfindən tərtib edilmiş 134 nömrəli doğum akt qeydində X6 adı qrafasına düzəliş edilməklə adının “Vəfa” kimi qeyd olunması və bu barədə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının bacısı X9 xx.xx.1965-ci ildə Qəbələ rayonu, Kürd kəndində anadan olmmuşdur. X6 doğumu Qəbələ rayon Kürd kənd icra nümayəndəliyi tərəfindən qeydiyyata alınaraq 134 saylı soğum aktı tərtib edilmiş və həmin akt əsasında doğum haqqında şəhadətnamə verilmişdir. X3 doğum haqqında şəhadətnaməsində adının səhvən “Vəfa” əvəzinə “Faizə” kimi qeyd edilmişdir. X6 doğum haqqında şəhadətnaməsində adının səhv qeyd edilməsi onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi alınmasında çətinliklər yaratmışdır. X6 doğum haqqında şəhadətnaməsində düzəlişin edilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Lakin oradan mənə məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Cavabdeh iddia tələbinə münasibətində bildirmişdir ki, xx.xx.1965-ci il tarxində Qəbələ rayon Kürd kənd İƏN tərəfindən tərtib edilmiş 13№ doğum haqqında akt qeydinin nəzərdən keçirərkən uşaq haqqında məlumat qrafasında adı “Faizə” yazılmışdır. Doğum haqqında akt qeydi ilkin sənəd olduğundan və ona düzəliş edilməsi üçün heç bir əsas olmadığından X5 adının “Vəfa” ya düzəliş edilməsi mümkün deyildir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Qəbələ rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X7 məxsus fərdi uçot kartoçkası Qəbələ RPŞ-nin QMQ-nun kartotekasında müəyyən edilmədiyindən təqdim edilməsi mümkün olmamışdır.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-18/2-314/2023 nömrəli məktubuna əlavə edilmiş X10 barəsində çıxarışdan görünür ki, iddiaçının adı “Faizə”, soyadı “Əmiraslanova”, ata adı “Xasəmməd”, doğulduğu yer Qəbələ rayonu Kürd kəndi, doğulduğu il xx.xx.1965-ci il, atası X8, anası X14, bacısı X11, qardaşı X12, ünvanı qeyd edilməyib.
3. 14.03.2023-ci il tarixdə verilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,vəsiqə İddiaçı verilmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-18/2-172/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X9 barədə Əhalinin Dövlət Reyestrinin X2 sistemində məlumat aşkarlanmamışdır.
5. Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Kürd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 rayonu Kürd kəndində yaşamır və Kürd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində qeydiyyatda deyil və onun haqqında heç bir məlumat yoxdur.
6. 13.06.1980-cı il tarixli Səkkizillik təhsil haqqında Şəhadətnamənin surətindən görünür ki, X1 şəhər 14 nömrəli məktəbi oxumuş və bitirmişdir.
7. xx.xx.1965-ci il tarixli 13 nömrəli doğum aktı qeydinin surətindən görünür ki, iddiaçının, adı “Faizə”, ata adı “Xasəmməd” soyadı “Əmiraslanova”, doğum tarixi “ xx.xx.1965-ci il” kimi qeyd edilmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin iddia əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Həmin Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İddiaçının hüquqi marağı bacısı X7 məxsus doğum haqqında akt qeydində “uşağın adı” qrafasına düzəliş edilməklə adının “Vəfa” kimi qeyd olunması və bu barədə doğum haqqında şəhadətnamənin verilməsi dəyişdirməkdən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 aid digər sənədlərdə adı “Faizə” olaraq deyil, “Vəfa” olaraq qeyd edilmiş,həmin adla təhsil almış,nikaha daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
Cavabdeh üzərinə X9 barəsində Qəbələ rayon Kürd kənd soveti tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli 13 nömrəli doğum akt qeydinin “uşağın adı” qrafasına düzəliş edilməklə “Faizə” adının “Vəfa” kimi qeyd olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə