Məhkəmə qərarları › İş №2-1(116)-1706/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1706/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1706/2022 01.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə və "xxxx" Əşya Bazarı MMC-nin təsisçilər qrupuna qarşı "110 kv yüksək gərginlik altında Sim-Sim əşya bazarına verilmiş xx.xx.2017-ci il tarixli **********52 reyestr və ********** qeydiyyat nömrəli çıxarışın saxta olduğu üçün ləğv edilməsi" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə və "xxxx" Əşya Bazarı MMC-nin təsisçilər qrupuna qarşı "110 kv yüksək gərginlik altında Sim-Sim əşya bazarına verilmiş xx.xx.2017-ci il tarixli **********52 reyestr və ********** qeydiyyat nömrəli çıxarışın saxta olduğu üçün ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsində həmin normanın tələblərinə riayət edilməmişdir. Belə ki, əvvəla, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi adlı orqan mövcud deyil. Mövcud olmayan orqana qarşı iddia isə mümkün sayıla bilməz. İddia ərizəsində iddiaçının nəzərdə tutduğu orqanın adı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsidir və iddia ərizəsində cavabdeh kimi həmin orqanın adı göstərilməlidir. Bundan başqa, iddia ərizəsində ikinci cavabdeh kimi "xxxx" Əşya Bazarı MMC-nin təsisçilər qrupu göstərilsə də, həmin cavabdehə qarşı iddia tələbi göstərilməmişdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia ərizəsində cavabdeh kimi yalnız həmin çıxarışı vermiş orqan göstərilməlidir. Adına çıxarış verilmiş şəxsin isə cavabdeh kimi göstərilməsinə zərurət yoxdur, həmin şəxs məhkəmənin qərardadı ilə üçüncü şəxs qismində cəlb ediləcək. Ona görə də hazırkı iddianın "xxxx" Əşya Bazarı MMC-nin təsisçilər qrupuna aid hissəsi mümkün sayıla bilməz. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğuna görə onun mümkünlük şərtlərindən biri bundan ibarətdir ki, iddiaçı məhkəməyə iddia ərizəsi verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etdiyini və bu müraciətin müsbət nəticə vermədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçının inzibati orqana etdiyi müraciətdə və iddia ərizəsində olan tələblər eyni olmalıdır. Lakin İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün əvvəlcədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Bu isə iddianın mümkünlüyünü istisna edir. Bundan başqa, İddiaçı iddia ərizəsində "xxxx" Əşya Bazarı MMC-nin yüksək gərginlikli elektrik xəttinin altında yerləşdiyini bildirsə də, bunun onun hansı hüquqlarını və qanunla qorunan maraqlarını pozduğunu əsaslandırmamışdır ki, bu da iddianın mümkün sayılmamasına əsas verir. Məhkəmənin xx.xx.2022-ci il tarixli yardım məktubu ilə yuxarıda sadalanan və iddianın mümkünlüyünü istisna edən hallar ətraflı şəkildə İddiaçı izah edilmiş və çatışmazlıqların aradan qaldırılması, məhkəmənin yardım məktubu ilə razılaşmadığı halda isə, fikrini əsaslandırılmış formada məhkəməyə bildirməsi üçün 20 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu xx.xx.2022-ci ildə iddiaçıya şəxsən təqdim edilmiş, lakin təyin olunmuş müddət ərzində və ondan sonra ötən günlərdə iddiaçı məhkəmənin yardım məktubuna cavab verməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddianın mümkün sayılması üçün əsas yoxdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə və "xxxx" Əşya Bazarı MMC-nin təsisçilər qrupuna qarşı "110 kv yüksək gərginlik altında Sim-Sim əşya bazarına verilmiş xx.xx.2017-ci il tarixli **********52 reyestr və ********** qeydiyyat nömrəli çıxarışın saxta olduğu üçün ləğv edilməsi" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar