Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1706/2024 04.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Regional “ASAN xidmət” X1rşı “Şəki şəhər İHB-nın Baş Layısqı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2002-ci il tarixli 325 nömrəli nikah haqqında akt qeydinin “kişi” haqqında məlumat qrafasının “evlənəndən sonra” hissəsində soyadın “Qurbanov”dan “Xalıqov”a, “qadın” haqqında məlumat qrafasında isə “Qurbanov” dan “Xalıqova”ya dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki şəhər İHB-nın Baş Layısqı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2002-ci il tarixli 325 nömrəli nikah haqqında akt qeydinin “kişi” haqqında məlumat qrafasının “evlənəndən sonra” hissəsində soyadın “Qurbanov”dan “Xalıqov”a, “qadın” haqqında məlumat qrafasında isə “Qurbanov” dan “Xalıqova”ya dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı1 xx.xx.1980-cı ildə Şəki rayonu Şin kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnamədə soyadı valideynlərinin soyadına uyğun olaraq "Qurbanov" kimi qeyd edilmişdir. xx.xx.2002-ci il tarixdə nikah bağlamaqla ailə qurmuşdur. Nikah bağlanan zaman "Xalıqov" soyadını götürmüşdür. İddiaçı2 da ata soyadında qalmışdır. Lakin nikah haqqında şəhadətnamə itmişdir və bununla bağlı mötəbər sübut qalmamışdır. Bundan sonra iddiaçılar Şəki rayon qeydiyyat şöbəsinə müraciət edərək nikah haqqında arayış almışdır. Nikah haqqında arayışda nikahdan sonra iddiaçının "Xalıqov" soyadı götürməyi, yoldaşının isə ata soyadında yəni "Xalıqov" soyadında qalması qeyd edilmişdir. Bundan sonra şəxsiyyət vəsiqəsi almış, uşaqlar doğulmuş vo onların da soyadları "Xalıqov" kimi qeyd edilmişdir. Lakin məlum olmuşdur ki, nikah haqqında akt qeydində nikah bağlandıqdan sonra Xalıqov Terymurun soyadı "Qurbanov", arvadı İddiaçı2 də "Qurbanova" soyadına keçmişdir. Ona görə nikah haqqında akt qeydində dəyişiklik edilməsi ilə bağlı Şəki regional "ASAN xidmət" X2 müraciət etmişik. Lakin nikah haqqında akt qeydində dəyişiklik edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, nikah haqqında akt qeydində Xalıqov Terymurun soyadı nikahdan sonrakı soyadı "Qurbanov” kimi qalmış, arvadı isə nikahdan sonra "Qurbanova" soyadını qəbul etmişdir. Soyadılarının Qurbanovdan (Qurbanovadan) Xalıqova (Xalıqovaya) dəyişdirilməsi ilə bağlı əsaslı sübutlar təqdim edə bilmədiyinizə görə nikah haqqında akt qeydində dəyişiklik edilməsindən imtina edilmişdir. Cavabdeh iddiaçının ərizəsinə münasibətində bildirmişdir ki, Şəki şəhər İHB-nın Baş Layısqı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2002-ci il tarixli, 325 nömrəli nikah haqqında akt qeydinin kişi haqqında məlumat qrafasında evlənənədək və evlənəndən sonrakı soyadı “Qurbanov", qadın haqqında məlumat qrafasında evlənənədək soyadı isə “Xalıqova", evlənəndən sonra soyadı “Qurbanova" yazılmışdır. Həmçinin soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinin olubolmamasının yoxlanılması məqsədi ilə Şəki rayon qeydiyyat şöbəsinə sorğu göndərilmiş, lakin soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi Şəki rayon qeydiyyat şöbəsinin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış informasiya sistemində aşkar edilməmişdir. Həmçinin Şəki şəhər-rayon Polis Şöbəsindən və Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsindən əldə edilən fərdi uçot kartoçkalarında şəxsiyyət vəsiqəsinin verilməsi (dəyişdirilməsi) üçün əsas olan sənədlər siyahısında soyadın, adın və ata adının dəyişdirilməsi barədə şəhadətnamə təqdim edilməsi haqqında heç bir qeyd yoxdur. Bildiririk ki, İddiaçı1 Şəki şəhər İHB-nın Baş Layısqı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1980-ci il tarixli, 71 nömrəli doğum haqqında akt qeydinin uşaq haqqmda məlumat qrafasında soyadı “Qurbanov” yazılmışdır. Eyn: zamanda ərizəyə əiavə edilən doğum haqqında ilkin şəhadətnamənin üzərində qaralama ediləıək İddiaçı1 soyadına "Xalıqov' kimi dəyişiklik edilsə də, lakin həmin şəhadətnamənin üzərində qeydiyyat şöbəsinin rəisi tərəfindən “soyadı “Qurbanov” oxunsun" qeydi aparılaraq möhür və imza ilə təsdiq edilmişdir. Bildiririk ki, qanunvericiliyə uyğun olaraq İddiaçı1 İddiaçı2 ilə nikaha daxil olan zaman “Xalıqov" soyadını seçmək hüququ yaransa da, soyadını "Qurbanov" kimi saxlamışdır. Eyni zamanda nikah bağlandıqdan sonra İddiaçı2 “Xalıqova” deyil, "Qurbanova soyadını qəbul etmişdir. Odur ki, İddiaçı1 soyadını “Qurbanov'’-dan "Xalıqov’-a, İddiaçı2nm İsə “Qurbanova’’dan Xalıqova"ya dəyişdirilməsi ilə bağlı əsaslı sübutlar əldə edilmədiyindən nikah haqqında akt qeydində müvafiq dəyişiklik edilməsi mümkün olmamış və qeyd edilənlərə əsasən məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş,tələbin icrasından imtina edilmişdir.
2. Şəki rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.
3. 04.06.1980-cı ildə tərtib edilmiş 71 nömrəli doğum aktı qeydinin surətindən görünür ki, İddiaçı1 adı “Teymur”, soyadı “Qurbanov”, ata adı “Sərkər”, doğum tarixi “xx.xx.1980-cı il” kimi qeyd edilmişdir
4. 11.12.1982-cı ildə tərtib edilmiş 1242 nömrəli doğum aktı qeydinin surətindən görünür ki, İddiaçı2 adı “Güldanə”, soyadı “Xalıqova”, ata adı “Nadir”, doğum tarixi “xx.xx.1982-cı il” kimi qeyd edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-18/2-98/2024 nömrəli məktubu.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-18/2-98/2024 nömrəli məktubu.
7. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1980-cı il tarixdə doğulmuşdur.
8. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1982-cı il tarixdə doğulmuşdur. Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi : Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Həmin Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İddiaçının hüquqi marağı xx.xx.2002-ci il tarixli 325 nömrəli nikah haqqında akt qeydinin “kişi” haqqında məlumat qrafasının “evlənəndən sonra” hissəsində soyadın “Qurbanov”dan “Xalıqov”a, “qadın” haqqında məlumat qrafasında isə “Qurbanov” dan “Xalıqova”ya dəyişiklik edilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı2 aid digər sənədlərdə soyadları “Qurbanov” və “Qurbanova” deyil, “Xalıqov” və “Xalıqova” olaraq qeyd edilmişdir. İddiaçılar Azərbaycan Respublikası tərəfindən İddiaçı1 və İddiaçı2 kimi qəbul edilərək, onlara həmin soyad qeyd edilməklə şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-18/2-98/2024 nömrəli məktubuna əlavə edilmiş İddiaçı2 barəsində çıxarışdan görünür ki, iddiaçının adı “Güldanə”, soyadı “Xalıqova”, ata adı “Nadir”, doğulduğu yer Şəki rayonu, doğulduğu il xx.xx.1982-cı il, ünvanı Şəki şəhəri, Əfəndiyev küçəsi, övladları Xalıqova Sabrina teymur qızı, X5 və X4 qeyd edilmişdir. Həmin məktuba əlavə edilmiş İddiaçı2 barəsində çıxarışdan görünür ki, iddiaçının adı “Güldanə”, soyadı “Xalıqova”, ata adı “Nadir”, doğulduğu yer Şəki rayonu, doğulduğu il xx.xx.1982-cı il, ünvanı Şəki şəhəri, Əfəndiyev küçəsi, övladları Xalıqova Sabrina teymur qızı, X5 və X4 qeyd edilmişdir. İddiaçıların müraciəti əsasında ilkin sənədə düzəliş edilmiş, iddiaçıların soyadı dəyişidirilərək yeni sənəd verilmişdir. Lakin, inzibati orqan tərəfindən natamam icraat aparılması nəticəsində ilkin sənəddə bu dəyişiklik öz əksini tapmamışdır. Odur ki,hazırkı mübahisənin həlli zamanı yuxarıdakı hallar nəzərə alınmaqla ilkin qeydə düzəliş edilməsinə dair iddia uğurlu hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Cavabdeh Şəki Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin üzərinə iddiaçılar İddiaçı1 ilə İddiaçı2 nikahına dair tərtib edilmiş xx.xx.2002-ci il tarixli 325 nömrəli nikah haqqında akt qeydinin “kişi” haqqında məlumat qrafasının “evlənəndən sonra” hissəsində soyadının “Qurbanov”dan “Xalıqov”a, “qadın” haqqında məlumat qrafasında isə soyadının “Qurbanov” dan “Xalıqova”ya düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə