Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1707/2022 30.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı MMC-nin direktoru X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********447200 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərarın ləğv edilməsi və hesablanmış 9810,33 manat borcun şəxsi hesab vərəqindən silinməsinə ” dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********447200 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərarının ləğv edilməsi və hesablanmış 9810,33 manat borcun şəxsi hesab vərəqindən silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********447200 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərarına əsasən İddiaçı MMC-dən 6763,17 manat əsas, 2867,16 manat faiz,180 manat maliyyə sanskiyası olmaqla,cəmi 9810,33 vergi borcu tutulmalıdır.İddiaçı xx.xx.2017-ci il tarixdən fəaliyyətini dayandırdığını bildirərək,borcun İddiaçı MMC-dən tələb olunmasını qanunsuz hesab edir. İddiaçı hazırda 10 saylı Ərazi Vergilər İdarəsinin “tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********447200 nömrəli qərarını məhkəmə qaydasında mübahisələndirir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. Cavabdeh iddiaya münasibət bildirməmiş, məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçıya xx.xx.2022-ci il tarixdə, 2-1(116)-1707/2022 saylı yardım məktubu göndərilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının hüquqi marağı, barəsində hesablanmış 9810,33 manat borcun şəxsi hesab vərəqindən silinməsi ilə bağlıdır. Odur ki, iddiaçı 10 saylı Ərazi Vergilər İdarəsinin “tələbin icraya yönəldilməsi haqqında” müvafiq qərarını deyil, borcun hesablanması barədə ilkin inzibati qərarı mübahisələndirməlidir Mübahisələndirilən, 10 saylı Ərazi Vergilər İdarəsinin “tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********447200 qərarı 9810,33 manat borcun hesablanması barədə deyil, əvvəllər hesablanmış, lakin iddiaçı tərəfindən ödənilməmiş həmin pul məbləğinin məcburi qaydada tutulması məqsədilə tələbin icraya (Qəbələ rayon icra və probasiya şöbəsinə) yönəldilməsi ilə bağlıdır. Məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış hüquqi yardım məktubu iddiaçı tərəfindən poçt vasitəsilə qəbul olunmuş, lakin iddiaçı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir.İddiaçıya yardım məktubunun surəti məhkəmə zalında təkrar təqdim edilmişdir. Cavabdeh tərəfindən “tələbin icraya yönəldilməsi haqqında” qərarın qəbul edilməsi onu göstərir ki, iddiaçı barəsində daha əvvəl 9810,33 manat borcun ödənilməsini nəzərdə tutan qərar (inzibati akt) qəbul edilmişdir. Odur ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün cavabdeh tərəfindən qəbul edilmiş, 9810,33 manat borcun ödənilməsini nəzərdə tutan qərarı (inzibati akt) İPM-nin 38.1-ci maddəsinə uyğun olaraq ona təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində mübahisələndirə, eyni zamanda şikayətin verilmə müddəti buraxıldıqda isə buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. 82.3. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən,bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı MMC-nin cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, **********447200 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərarının ləğv edilməsi və hesablanmış 9810,33 manat borcun şəxsi hesab vərəqindən silinməsinə ” dair tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1707/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1707/2022
30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver