Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-171/2020 07.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x4 Nazirliyi yanında Dövlət x5 Yevlax rayon şöbəsinə qarşı "01.09.1972-ci ildən 15.06.1977-ci ilədək təhsil aldığı, 17.01.1978-ci ildən 09.06.1980-ci ilədək x1 Quraşdırma İdarəsində, 04.07.1980-ci ildən 24.07.1981-ci ilədək 23 nömrəli x2, 25.03.1995-ci ildən 28.12.1999-cu ilədək x3 işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona 22.05.2017-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x4 Nazirliyi yanında Dövlət x5 Yevlax rayon şöbəsinə qarşı "01.09.1972-ci ildən 15.06.1977-ci ilədək təhsil aldığı, 17.01.1978-ci ildən 09.06.1980-ci ilədək x1 Quraşdırma İdarəsində, 04.07.1980-ci ildən 24.07.1981-ci ilədək 23 nömrəli x2, 25.03.1995-ci ildən 28.12.1999-cu ilədək x3 işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona 22.05.2017-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, 1972-1977-ci illərdə Azərbaycan Politexnik İnstitutunda əyani təhsil almışdır. Həmin təhsil illərini təsdiq edən B-1 seriyalı 002643 nömrəli diplomu cavabdehə təqdim etsə də, sonuncu əyani təhsil illərini onun sosial sığorta stajına daxil etməmişdir. Eyni zamanda, 17.01.1978-ci ildən 09.06.1980-cı ilədək x1 Quraşdırma İdarəsində, 04.07.1980-cı ildən 24.07.1981-ci ilədək 23 nömrəli x2, 25.03.1995-ci ildən 28.12.1999-cu ilədək x3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi barədə cavabdehə müraciət etsə də, qeyd olunan müəssisələrin fəaliyyətləri Dövlət Arxivində qeydə alınmadığı üçün sonuncu bundan imtina etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş, Azərbaycan Respublikası Əmək və x4 Nazirliyi yanında Dövlət x5 Yevlax rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 02.04.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı 22.05.2017-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda, cavabdeh məhkəməyə göndərdiyi 29.06.2020-ci il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və x4 Nazirliyinin 02.03.2020-ci il tarixli **********4 nömrəli sərəncamında 2006-cı il 1 yanvar tarixinədək bitmiş əyani təhsil müddətinin iki instansiya məhkəmə qərarından sonra nəzərə alınması haqqında tapşırıq qüvvədən düşdüyünə və həmin illərlə vətəndaşın əmək pensiyası almaq hüququ olduğuna görə İddiaçı əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş və bununla da tərəflər arasında inzibati mübahisə aradan qalxmışdır. Belə olan halda, iddianın mümkün sayılması üçün əsas qalmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsidə deyilir ki, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x4 Nazirliyi yanında Dövlət x5 Yevlax rayon şöbəsinə qarşı "01.09.1972-ci ildən 15.06.1977-ci ilədək təhsil aldığı, 17.01.1978-ci ildən 09.06.1980-ci ilədək x1 Quraşdırma İdarəsində, 04.07.1980-ci ildən 24.07.1981-ci ilədək 23 nömrəli x2, 25.03.1995-ci ildən 28.12.1999-cu ilədək x3 işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona 22.05.2017-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-171/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-171/2020
07.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver