Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1718/2022 18.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "xx.xx.N0NNci il tarixli 4/3-7119 nömrəli imtinanın qanunsuz hesab edilməsi, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1993-ci ildə Ağsu rayonu Çiyni kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, xx.xx.N0N0-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi tərəfindən qismən səfərbərliyə cəlb edilmişdir. O, xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilədək N nömrəli hərbi hissədə, xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilədək isə N84 nömrəli hərbi hissədə xidmət etmiş, N84 nömrəli hərbi hissənin tərkibində Zəngilan rayonunun müdafiə və mühafizəsində iştirak etmişdir. Həmin məlumatlar onun AO seriyalı ******* nömrəli hərbi biletində göstərilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.N0NN-ci il tarixli 4/3-7199 nömrəli cavab məktubunda bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N1-ci il tarixli əmrində N nömrəli hərbi hissə xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə, eyni zamanda, iddiaçının N84 nömrəli hərbi hissədə xx.xx.N0N0xx.xx.N0N1-ci il tarixlərdə xidmət etdiyi müddət döyüş əməliyyatlarının dayandırılmasına təsadüf etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Ona görə də iddiaçı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsindən verilmiş xx.xx.N0NN-ci il tarixli 3N1 nömrəli arayışla təsdiq edilir ki, o, xx.xx.N0N0-ci ildən qismən səfərbərliyə cəlb edilmiş və həmin tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. Həmin tarixdən xx.xx.N0N0-ci ilədək xidmət etmiş, Zəngilan rayonunun müdafiə və mühafizəsində iştirak etmişdir. Lakin cavabdeh öz imtinasında qeyd etdiyi məlumatları saxtalaşdırmışdır. Cavabdeh iddiaya qarşı xx.xx.N0NN-ci il tarixli 11/3564 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin xx.xx.N0NN-ci il tarixli 3N1 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.N0N0-ci ildə qismən səfərbərliyə cəlb edilmiş, həmin tarixdə müvafiq hərbi hissəyə təhvil verilmiş, həmin tarixdən xx.xx.N0N0-ci ilədək xidmət etmiş, Zəngilan rayonunun müdafiə və mühafizəsində iştirak etmişdir. - İşdə olan, AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilədək N nömrəli hərbi hissənin, xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilədək N84 nömrəli hərbi hissənin tərkibində xidmət etmiş, xx.xx.N0N0-ci il tarixli 91 nömrəli əmrlə hərbi xidmətdən tərxis edilmişdir. O, Zəngilan rayonunun müdafiə və mühafizəsində iştirak etmişdir. - İşdə olan, cavabdehin xx.xx.N0NN-ci il tarixli 4/3-7199 nömrəli imtina məktubundan görünür ki, Müdafiə nazirinin xx.xx.N0N1-ci il tarixli əmrində N nömrəli hərbi hissə xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə, eyni zamanda, iddiaçının N84 nömrəli hərbi hissədə xx.xx.N0N0-xx.xx.N0N1-ci il tarixlərdə xidmət etdiyi müddət döyüş əməliyyatlarının dayandırılmasına təsadüf etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etmədi. Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin 1-ci hissəsinin ikinci bəndinin dördüncü yarımbəndində isə deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji XN Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Göründüyü kimi, qanunvericilikdə müharibə veteranı adının heç də səfərbərliyə cəlb edilmiş bütün hərbi qulluqçulara verilməsi nəzərdə tutulmamışdır. Müharibə veteranı adının verilməsi üçün şərtlərdən biri hərbi qulluqçunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməsi, eləcə də bu əməliyyatların N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək baş vermiş olmasıdır. Lakin müəyyən edildi ki, İddiaçı xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilədək hərbi xidmətdə olduğu N nömrəli hərbi hissə ümumiyyətlə döyüşlərdə iştirak edən hərbi hissə olmamış, xx.xx.N0N0-ci ildən xx.xx.N0N1-ci ilədək N84 nömrəli hərbi hissə tərkibində xidmət etdiyi müddət isə "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinin təsiri altına düşmür. İddiaçının hərbi biletində N84 nömrəli hərbi hissənin möhürü ilə təsdiq edilmiş, onun Zəngilan rayonunun müdafiə və mühafizəsində iştirak etməsi barədə olan qeydlə bağlı isə məhkəmə bildirir ki, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Zəngilan rayonunun ərazisində yalnız N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək aparılmış döyüş əməliyyatlarını əhatə etdiyinə, hərbi biletdəki qeydiyyat isə həmin dövrdən sonraya aid olduğuna görə göstərilən qeyd iddiaçıya müharibə veteranı adının verilməsinə əsas verə bilməz. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "xx.xx.N0NN-ci il tarixli 4/3-7119 nömrəli imtinanın qanunsuz hesab edilməsi, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1718/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1718/2022
18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver