Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-172/2021 19.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli, 73 saylı Qərarı, 03.09.2004-cü il tarixli, 730—İİQD saylı Qanunla edilmiş əlavə nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 88-ci maddəsi şamil edilməklə əlaqədar hesablanmış 4842 manat (dörd min səkkiz yüz qırx iki manat) kompensasiyanın və hesablanmış əməkhaqqı fərqinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı ilkin olaraq Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə analoji iddia tələbi ilə müraciət etmiş, məhkəmənin 02.03.2020-ci il tarixli, 2(006)-2699/2020 nömrəli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş və müvafiq inzibati məhkəməyə müraciət edilməsi iddiaçıya izah edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli, 73 saylı Qərarı, 03.09.2004-cü il tarixli, 730—İİQD saylı Qanunla edilmiş əlavə nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 88-ci maddəsi şamil edilməklə əlaqədar hesablanmış 4842 manat (dörd min səkkiz yüz qırx iki manat) kompensasiyanın və hesablanmış əməkhaqqı fərqinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2-1(112)-4323/2020 nömrəli qərardadı ilə iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş Şəki İnzibati Məhkəməsinə 21.08.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildən 03.10.2017-ci il tarixədək DİN Baş Mühafizə İdarəsinin Ağdaş rayon mühafizə bölməsinin polis nəfəri kimi xidmət etmişdir. İddiaçı ondan asılı olmayan müəyyən səbəblərdən işlədiyi müddətdə 2008-ci ilədək müxtəlif illərdə əmək məzuniyyəti hüququndan istifadə edə bilməmişdir. Bununla bağlı iddiaçıya bildirilmişdir ki, onun əmək məzuniyyəti günləri növbəti iş ilinə keçirilir. Lakin 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanından sonra 1998- 2008-ci illər üzrə əmək məzuniyyətindən istifadə etməmiş işçilərin məzuniyyət haqqının kompensasiya şəklində onlara ödənilməsinə başlanılmışdır. Həmin vaxt digər əməkdaşlar kimi iddiaçıya da kompensasiya məbləği hesablanmış, lakin bildirilmişdir ki, hesablanmış kompensasiya məbləği iddiaçıya yalnız əmək müqaviləsinə xitam verilən zaman son haqqhesabla birlikdə ödəniləcək və həmin dövrdən sonra əmək haqqı artımları nəzərə alınacaqdır. Həmin vaxtdan iddiaçı işdən çıxana kimi onun əmək haqqı məbləği bir neçə dəfə yüksəlmiş, lakin o, heç bir əmək haqqı fərqini almamışdır. İddiaçı ilə işlədiyi cavabdeh orqan arasında bağlanmış əmək müqaviləsinə 03.10.2017-ci il tarixdə xitam verilmiş, lakin son hesablaşmada ona ödənilməli olan istifadə olunmamış əmək məzuniyyətinə görə hesablanmış kompensasiya məbləği və ona verilməli olan əmək haqqı fərqi ödənilməmiş və iddiaçıya bildirilmişdir ki, hamısı hesablanıb ödəniləcək. İddiaçı bununla bağlı dəfələrlə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 18.12.2019-cu il tarixli məktubda qeyd etmişdir ki, “araşdırma zamanı müəyyən olundu ki, Baş Mühafizə İdarəsinin 05 oktyabr 2017-ci il tarixli 1249 ş/h nömrəli əmri ilə daxili işlər orqanlarından xaric olunmusunuz. Bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 nömrəli qərarına əsasən beş aylıq vəzifə və rütbə maaşları məbləğində tərxis olunmayla əlaqədar 1770,00 manat son haqq-hesab, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 88-ci maddəsinə əsasən (03.09.2004-cü il tarixli 730-İİQD nömrəli Qanunla edilmiş əlavə nəzərə alınmaqla) 6382,00 manat məzuniyyətlə əlaqədar kompensasiya və əmək haqqı fərqi hesablanmışdır. Qeyd etmək lazımdır ki, Baş Mühafizə İdarəsi və onun struktur hissələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 1994-cü il tarixli 197 nömrəli Qərarına əsasən özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir, mülkiyyətçilərlə bağlanmış müqavilələr əsasında alınan vəsaitlər hesabına saxlanılır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Daxili İşlər Nazirliyinin büdcədən maliyyələşən qurumlarının əmək haqlarının artırılmasını nəzərə alaraq göstərilən mühafizə xidmətlərinin yeni tariflərinin hazırlanaraq aidiyyəti təşkilatlara göndərilməsinə baxmayaraq Ağdaş Rayon Mühafizə Bölməsi tərəfindən mühafizə olunan bir çox təşkilatlar müqavilə qiymətlərini bu tariflərə tam uyğunlaşdırmaqdan imtina etmiş, nəticədə Bölmənin maliyyə vəziyyəti ağırlaşmış, 01.12.2019-cu il tarixə debitor və kreditor borcları qalmışdır. Bu səbəbdən də əməkdaşlara, o cümlədən Sizə qanunvericiliiklə müəyyən olunmuş qaydada hesablanmış vəsaitin birdəfəyə ödənilməsi mümkün olmamışdır. Ağdaş Rayon Mühafizə Bölməsində yaranmış maliyyə çətinliklərinə baxmayaraq hesablanmış 8152,00 manat vəsaitdən 1770.00 manat son haqq-hesab və əlavə 1380,00 manat Sizə ödənilmiş, qalan 5002,00 manatın isə hər ay hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırırıq ki, Ağdaş Rayon Mühafizə Bölməsinin maliyyə vəziyyəti sabitləşdikdən sonra hər ay ödənilən vəsaitin artırılması məsələsinə təkrar baxılacaqdır”. Cavabdeh orqan iddiaçıya ünvanladığı 28.02.2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, “müraciətinizlə bağlı xidmət etdiyiniz Ağdaş RMB-nə sorğu edilmişdir. Bölmənin təqdim etdiyi arayışda Baş Mühafizə İdarəsinin 03.10.2017-ci il tarixli 1249 ş/h nömrəli əmri ilə xidmətdə olmanın son yaş həddinə çatdığınıza görə təqaüdə çıxdığınız və bununla əlaqədar Sizə beş aylıq vəzifə və rütbə maaşı məbləğində 1770,00 manat vəsaitin ödənildiyi, həmçinin əməkhaqlarının artım fərqinə və istifadə etmədiyiniz məzuniyyət illərinin kompensasiyasına görə ümumilikdə 6382,00 manat vəsaitin hesablandığı bildirmişdir. Yaranmış maliyyə çətinlikləri ilə əlaqədar şəxsi heyətə, o cümlədən Sizə hesablanmış vəsaitlərin birdəfəyə ödənilməsi mümkün olmamışdır. Ağdaş RMB-dəki maliyyə çətinliklərinə baxmayaraq hesablanmış 6382,00 manat vəsaitin 1540,00 manatı BMİ-nin 10.09.2012-ci il tarixli 018/6-4-göst-39 nömrəli göstərişinə uyğun olaraq ödənilmiş, qalan 4842,00 manat vəsaitin ödənişi isə hər ay hissə-hissə olmaqla ödəniləcəkdir. Eyni zamanda bildiririk ki, Ağdaş RMB-nin xidmətdə olan və sabiq əməkdaşlarına ümumilikdə 83859,00 manat müxtəlif ödənişlər üzrə ödənilməmiş borcu vardır. Qeyd edilən borcun Sizə və digər əməkdaşlara illər ərzində yarandığını nəzərə alaraq hesablanmış vəsaitlərin bir dəfəyə ödənilməsi maliyyə imkanı xaricindədir”. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 11.01.2021-ci il tarixli, 038-539-1221 nömrəli etiraz məktubunda qeyd edilir ki, İddiaçı Fərrux oğlu cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «hesablanmış 4842 manat kompensasiyanın və əməkhaqqı fərqinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı bildirmişdir ki, 1992-ci ildən 2017-ci ilədək DİN-in Baş Mühafizə İdarəsinin Ağdaş rayon Mühafizə Bölməsində polis nəfəri vəzifəsində xidmət aparmışdır. Xidmət etdiyi illərdə məzuniyyət hüququndan istifadə etməmiş, hər dəfə bu ilin məzuniyyəti növbəti ilə saxlanılmışdır. Bir qayda olaraq polis əməkdaşlarının maddi və sosial bazasının gücləndirilməsi məqsədi ilə əməkdaş müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. Həmin kompensasiyanın ödənilməsi qaydası isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Polis əməkdaşınin maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə 44 nömrəli qərara əsasən həyata keçirilir. Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsi və onun struktur hissələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 1994-cü il tarixli 197 nömrəli Qərarına əsasən özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir, mülkiyyətçilərlə bağlanmış müqavilələr əsasında alınan vəsaitlər hesabına saxlanılır. Mühafizə xidmətinin spesifikliyi ondan ibarətdir ki, mühafizə olunan obyektlərdən daxil olan vəsait hesabına əmək haqları və digər müavinətlər ödənilir. Baş Mühafizə İdarəsinin və onun yerli struktur hissələrinin hesabına dövlət büdcəsindən məzuniyyətlərə görə pul kompensasiyalarının ödənilməsi nəzərdə tutulmadığından bu yük Baş mühafizə idarəsinin üzərinə düşür. Baş Mühafizə idarəsinin 01.07.2008-ci il tarixli 17/6-5 nömrəli göstərişinə əsasən istifadə edilməyən məzuniyyətə görə kompensasiyaların polis əməkdaşlarına 1998-ci ildən, mülki işçilərə isə 1999-cu il tarixdən ödənilməsi həyata keçirilir. Ağdaş RMB-nin sabiq əməkdaşı, polis baş serjantı İddiaçı Fərrux oğllu 03.10.2017-ci il tarixdə yaş həddinə görə DİO-da xidmətdən azad edilmişdir. Xidmətdən azad olunduğu zaman ona vəzifə və xüsusi rütbə maaşının 5 misli məbləğində 1770 manat 00 qepik (bir min yeddi yüz yetmiş manat 00 qəpik) ödənilmiş, keçmiş illərdə istifadə etmədiyi məzuniyyətlərə və əmək haqqı artımı fərqinə görə isə 6382 manat 00 qəpik (altı min üç yüz səksən iki manat 00 qəpik) hesablanmışdır. 2018-ci ilin yanvar ayından hər ay 80-100 manat olmaqla hissə-hissə 2420 manat (iki min dörd yüz iyirmi manat 00 qəpik) ödənilib, qalan 3962 manat 00 qapik (üç min doqquz yüz altmış iki manat 00 qəpik) pul ödənilmişdir. Cavabdeh orqan hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də təmin edilməməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 13.02.1992-ci ildən 05.10.2017-ci il tarixədək DİN Baş Mühafizə İdarəsinin Ağdaş rayon mühafizə bölməsində polis nəfəri vəzifəsində işləmişdir. İş materiallarında olan 16.08.2021-ci il tarixli arayışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Baş Mühafizə İdarəsinin 03.10.2017-ci il tarixli 1249 ş/h əmri ilə xidmətdə olmanın son yaş həddinə çatdığına görə təqaüdə çıxması ilə əlaqədar 5 aylıq- 1770 manat ödənilmiş və onun Bölmədə 6382 manat istifadə olunmayan məzuniyyət pulu və əmək haqqı artım fərqi pulu olub. Bildirilir ki, 2018-ci ilin yanvar ayından hər ay 80-100 manat olmaqla İddiaçı Fərrux oğluna 3060 manat ödənilib, qalan 3322 manat isə hissəhissə ödənilir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi qismən əsaslıdır. 16.08.2021-ci il tarixli arayışın təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya Baş Mühafizə İdarəsinin 03.10.2017-ci il tarixli 1249 ş/h əmri ilə xidmətdə olmanın son yaş həddinə çatdığına görə təqaüdə çıxması ilə əlaqədar 5 aylıq-1770 manat ödənilmiş və onun Bölmədə 6382 manat istifadə olunmayan məzuniyyət pulu və əmək haqqı artım fərqi pulu olub. 2018-ci ilin yanvar ayından hər ay 80-100 manat olmaqla iddiaçıya 3060 manat ödənilib, qalan 3322 manat isə hissə-hissə ödənilir. Azərbaycan Respublikasının X2 xidmət keçmə haqqında Əsasnamə
76. Daxili işlər orqanları əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir: hər il verilən əsas məzuniyyət (bundan sonra əsas məzuniyyət);
88. ... Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. (Bu norma 03.09.2004-cü il tarixli 730– İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 88-ci maddəyə ikinci hissə kimi əlavə edilmişdir.
97. ... Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. (Bu norma 03.09.2004-cü il tarixli, 730–İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 97-ci maddəyə ikinci hissə kimi əlavə edilmişdir). İşin hallarından göründüyü kimi cavabdeh inzibati orqan yuxarıda sadalanan normalara uyğun iddiaçıya 6382 manat istifadə olunmayan məzuniyyət pulu və əmək haqqı artım fərqi pulu hesablamış, həmin hesablanmış məbləğdən 3060 manat ödəmişdir. Odur ki, iddiaçının tələbi qismən təmin olunmalı, cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli, 73 saylı Qərarı, 03.09.2004-cü il tarixli, 730—İİQD saylı Qanunla edilmiş əlavə nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 88-ci maddəsi şamil edilməklə əlaqədar hesablanmış 3322 manat (üç min üç yüz iyirmi iki manat) kompensasiyanın və hesablanmış əmək haqqı fərqinin verilməsi öhdəliyi qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli, 73 saylı Qərarı, 03.09.2004-cü il tarixli, 730—İİQD saylı Qanunla edilmiş əlavə nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 88-ci maddəsi şamil edilməklə əlaqədar hesablanmış 3322 manat (üç min üç yüz iyirmi iki manat) kompensasiyanın və hesablanmış əmək haqqı fərqinin verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlqar Cabbarov