Məhkəmə qərarları › İş №2-1(116)-1725/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1725/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1725/2025 14.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi, Təsviri Hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cu ıltarixli 2-1(116)- 248/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasıya Məhkəməsi İnzibati Kollegiyasinin xx.xx.2023-cü il tarixli 2-1(107)-305/2023 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibatı Məhkəməsinin xx.xx.2023 cu il tarixli 2-1(116)- 248/2023 saylı qərarı qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən Şəki Apellyasia Məhkəməsi İnzibati Kollegiyasinin xx.xx.2023cü il tarixli 2-1(107)-305/2023 saylı qərarından kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 30/2024 saylı qəti qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023-cü tarixli 2- 1(107)-305/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddia tələbinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi qoyulmuşdur. İddia ərizəsinə əsasən, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. 29 05.1981-ci il tarixdən xx.xx.2024-cü il tarixədək X6 Dispanserində və Şəki rayonlararası Psixiatriya xəstəxanasında tibb qardaşı vəzifəsində işləmişdir. Zərərli işə görə əтəк haqqına 20 faiz əlavə almışdır. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işdə işlədiyi üçün xx.xx.2016-cı il tarixdə ona güzəştli şərtlərlə yaşa qörə əmək pensiyası təyin olunmuşdur. Lakin 2022-ci ilin iyul ayında ona əmək pensiyasının ödənişi dayandırıldı. XŞT üzrə Mərxəzi Filial tərəfindən ünvanına məKtub göndərilərək əmək pensiyasının ləğv edildiyi bildirilmişdir. Ləğvin əsas səbəbi kimi onun işlədiyi psixiatriya xəstəxanasının Azərbaycan Respublikası NK-nın 23 01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və qöstəricilərinin siyahısında öz əksini tapmaması göstərilmişdir. Bundan sonra o, 2022-ci ilin iyul ayından ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin bərpa olunması tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Мəһкəmə tərəfindən inzibatı icraat tədbirləri həyata keçirilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cu ıltarixli 2-1(116)- 248/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və 2022-ci ilin iyul ayından ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin bərpa olunması öhdəliyi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Bundan sonra cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasıə Məhkəməsi İnzibati Kollegiyasinin xx.xx.2023-cü il tarixli 2-1(107)-305/2023 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibatı Məhkəməsinin xx.xx.2023 cu il tarixli 2-1(116)-248/2023 saylı qərarı qüvvədə saxlanılmışdır. Sonra cavabdeh tərəfindən Şəki Apellyasia Məhkəməsi İnzibati Kollegiyasinin xx.xx.2023-cü il tarixli 2-1(107)-305/2023 saylı qərarından kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublixası Ali Məhkəməsi inzibati Kollegiyasının xx.xx.2024-cu il tarixli 2-1(102)-30/2024 saylı qəti qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023-cü tarixli 2- 1(107)- 305/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmişdir. Bu qərardan sonra 2024-cü ilin iyul ayında pensiya ödənişi bərpa olundu. Bu barədə Filialın direktoru Şahin Əliyevin və Filialın direktor müavini Kərim Sarıyevın imzasıyla Şəki İnzibati Məhkəməsinə və Filialın direktor müavini Kərim Sarıyevın imzasıyla ona məktub göndərərək bildirilmişdir ki, Ali Məhkəməmin qərarı icra edilmiş, pensiya ödənişi bərpa olunmuş və keçmiş dovr məbləği ödəniləcəkdir. Bundan sonra 2024-cü ilin iyul-avqust aylarında ona aylıq pensiya və keçmiş dövr məbləği ödənilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini Kərim Sarıyevın imzasıyla xx.xx.2024-cu ıl 209850/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-17-1/2- R-224870/2024 saylı məktublar ünvanına göndərilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılması barədə qərar qəbul edildiyi bildirilmişdir. Lakin bu qanunsuz qərarın tarixi və nömrəsi barədə məlumat verilməmişdir. Necə ola bilər kı, eyni məsələ barəsində ikinci dəfə qərar qəbul edilə bilər? Həm də kı, pensiya ödənişinin bərpa olunması bərədə Məhkəməyə rəsmi məlumat verilməsinə baxmayaraq yenidən pensiya ödənişi dayandırılır. Eləcə də, pensiyamın dayandırılmasına əsas olmuş hallar barədə mötəbər əsaslar aşkar edilməmiş, pensiyanın dayandırılmasının əsaslı olmasına dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh orqan iddiaya münasibət bildirmişdir ki, İddiaçı xx.xx.202024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01,03.2024-cü il tarixli 2- 1(102)-30/2024 saylı qəti qərarının icra edilməsinin davam etdirilməsini xahiş etmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra-Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, X1 vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Belə ki, Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnm səhiyyə və sosial təminat idarələri bölməsinin (19) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələrində və bölmələrində (c) orta və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Araşdırma zamanı, vaxtilə İddiaçı pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən, xx.xx.1981-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Şəki Rayonlararası Psixiatriya” Xəstəxanasında tibb qardaşı vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi “Şəki Rayonlararası Psixiatriya” Xəstəxanası müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələri və bölmələrinə sahəsinə aid deyildir. Bu səbəbdən də, adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, İddiaçı xx.xx.2016-cı il tarixdən Fondun Şəki rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Bu səbəbdən də, onun pensiya ödənişi xx.xx.2022- ci il tarixindən dayandırılmışdır. Daha sonra İddiaçı pensiya ödənişinin bərpa edilməsi edilməsi tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(116)-248/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2-1 (107)-305/2023 nömrəli qərarı ilə ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, sözügedən qərar dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1 (102)- 30/2024 nörməli qərarı ilə kassasiya şikayətimiz qismən təmin edilmiş, müvafiq qərar ləğv edilmiş və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə baxılması öhdəliyi Mərkəzi Filialın üzərinə qoyulmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1 (102)-30/2024 nörməli qərarında qeyd olunmuşdur kı\ iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa haqlıdır. Lakin, bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm ‘‘Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan olan cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Həmçinin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Bu baxımdan, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan hazırkı qərarın 23-cü bəndində qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Nəzərinizə çatdırırıq ki, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə əlaqədar “İnzibati icraat haqqında” Qanunun 28.1.2- ci maddəsinə əsasən inzibati icraata başlanılmışdır, həmçinin nəzərdə tutulan tədbirlər haqqında sözügedən şəxsin mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona 26 iyul 2024-cü il tarixdə məktub göndərilməklə 9 avqust 2024-cü il tarixədək Mərkəzi Filiala gəlməsi xahiş edilmişdir. Lakin göstərilən müddət ərzində adıçəkilən şəxs Mərkəzi Filiala gəlməmişdir. Eyni zamanda bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/3-13291/2024 nömrəli qərarı ilə İddiaçı əmək pensiyası təyin edilməsi barədə qərar Qanunun 21.2-ci, 67.1-ci və 67.78-ci maddələrinin tələblərinə uyğun olaraq ləğv edilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli iş stajı mövcud olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qanunvericiliyin tələbləri baxımından olmamışdır Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan cavabdehin xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli məktublarına istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı cavabdeh orqan tərəfindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin bərpa olunması məsələsinə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-30/2024 saylı qəti qərarına əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla baxılmasına nail olmaqdan ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçının mübahisələndiridiyi hallar əvvəllər məhkəmə predmeti olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-30/2024 saylı qəti qərarı ilə iş üzrə yeni qərar qəbul edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddia tələbinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi qoyulmuşdur. İddia ərizəsindən və iddiaçının izahatından müəyyən edilir ki,hazırkı tələbi həmin qərarın icrası ilə bağlıdır. Məhkəmə qeyd edir ki,qərarın icrası ilə bağlı yaranmış mübahisə yeni məhkəmə predmeti deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı : İPM-in 3.1 və 3.2-ci maddələrinə görə inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 116.2 və 118.2-ci maddələrində isə təsbit edilmişdir ki, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Sözügedən normaların mənasına əsasən məhkəmə qərarlarının icrası məhz birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr tərəfindən təmin edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə məhkəmə qərarının icrası həmin məhkəmələr tərəfindən təmin olunmalıdır. İnzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir. Müvafiq olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi və ya icraat materiallarının (apellyasiya və kassasiya şikayəti verilmiş işlər üzrə) məhkəməyə daxil olduğu gündən sonra birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr təxirə salınmadan məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş vəzifələrini həyata keçirməlidirlər. Bu, həmin məhkəmələrin xidməti vəzifəsinə görə (ex officio) yerinə yetirməli olduğu borcunu təşkil edir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə araşdrıması zamanı məlum olmuşdur ki, eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Belə ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cu il tarixli 2-1(116)- 248/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasıə Məhkəməsi İnzibati Kollegiyasinin xx.xx.2023-cü il tarixli 2-1(107)-305/2023 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibatı Məhkəməsinin xx.xx.2023 cu il tarixli 2-1(116)- 248/2023 saylı qərarı qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən Şəki Apellyasia Məhkəməsi İnzibati Kollegiyasinin xx.xx.2023cü il tarixli 2-1(107)-305/2023 saylı qərarından kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 30/2024 saylı qəti qərarı ilə kassasiyə şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023-cü tarixli 2- 1(107)-305/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddia tələbinə məhkəmənin huquqı mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. "C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Yuxarıda qeyd olunanlardan göründüyü ki, hazırkı iddia ilə eynilik təşkil edən əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunanlara əsasən, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair hissəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar