Məhkəmə qərarları › İş №2-1(116)-1726/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1726/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1726/2025 30.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X5, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X11 üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə dövlət reyestrindən arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “cavabdehin üzərinə Muxax kəndində yerləşən mərhum X4 məxsus “X11” adlı qeyri-yaşayış binasına texniki pasportun hazırlanması və həmin qeyri-yaşayış binasına hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1726/2025 nömrəli qərardadı ilə Zaqatala rayon Muxax bələdiyyəsini inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək “X11 üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Muxax kənd mərkəzində yerləşən X11 Zaqatala rayon Muxax kənd X14 Komissiyasının 18 noyabr 1998-ci il tarixli qərarı ilə mərhum atası X3 mülkiyyətinə verilmişdir (satın alınmışdır). O və qardaşı Vasif atasının qanun üzrə vərəsələridir. Buna dair Zaqatala rayon 2 saylı Notariatın xüsusi notariusunun 25 oktyabr 2024-cü il tarixli V- 581/2024 saylı Qanun üzrə vərəsəlik şəhadətnaməsi də vardır. Həmin əmlakı Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmaq üçün cavabdeh orqana müraciət etmişlər, lakin cavabdeh orqan imtina bildirişi göndərərək həmin dəyirmanın yerləşdiyi torpağın hüquqi sənədləri olmadığını əsas gətirmişdir. Həmin binanın yerləşdiyi torpaq sahəsi Muxax Bələdiyyəsinin mülkiyyətinə aiddir. Mövcud qanunvericiliyə əsasən mülkiyyətdə olan daşınmaz əmlakın altındakı torpaq sahəsi başqa şəxsə satıla bilməz. Gələcəkdə həmin torpağı almaq fikrindədirlər. Hazırda isə dəyirmanın yerləşdiyi və istifadəsində olan torpağın mülkiyyətçisinin razılığı tələb olunur. Muxax bələdiyyəsi razı olduğunu bildirmişdir. Cavadeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı etibarnamə üzrə nümayəndəsi X6, İddiaçı vərəsəsi olduğu mərhum X4 məxsus olmuş ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış binasına texniki pasportun və “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayış”ın verilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Bildiririk ki, iddiaçı tərəfindən ərizəyə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici (icarə və ya mülkiyyət hüququnu təsdiq edən) sənəd, həmin torpaq sahəsinin yerini müəyyən edən özündə döngə nöqtələrinin koordinatlarını əks etdirən sənəd (kadastr planı və ya torpaq sahəsinin planı-ölçüsü yaxud ayrıc aktı ya da plan-cizgi), əmlak payına mülkiyyət hüququ haqqında Şəhadətnamə sənədi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmamışdır. Bundan əlavə, qeyri-yaşayış binasına dair ərizəyə əlavə edilmiş ünvan 1 X14 Komissiyasının xx.xx.1998-ci il tarixli, 24 nömrəli qərarının arxiv çıxarışında (arayışında) qeyri-yaşayış binasının sahəsi qeyd olunmamışdır. Buna görə də, onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2-4394/2024 (**********94) nömrəli məktub ünvanlanmışdır. Üçüncü şəxs iddia tələbinə münasibət (etiraz) bildirməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. II. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

İİİ. Məhkəmənin mövqeyi.

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İddia ərizəsinin məzmunundan və işin hallarından görünür ki, iddiaçının hüquqi marağı X11 üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə dövlət reyestrindən arayışın verilməsinə nail olmaqdır. İş materiallarında olan cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İş materiallarında olan xx.xx.1998-ci il tarixli 24 nömrəli protokolundan çıxarışdan və Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş protokoldan görünür ki, Ömərov Vaqif yoldaşın özünə və qohumlarına düşən əmlak payına X11nın verilməsi barədə olan ərizəsi nəzərə alınmış, 8361,8 min manat dəyərində olan əmlak (dəyirman) əmlakın bölüşdürülməsi qaydasının 13-cü maddəsinə uyğun əlavə olunmuş siyahılarda göstərilən subyektlərə xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- ÖMƏROV VAQİF HACİÖMƏR OĞLUNUN vərəsələri: ZAQATALA RAYONU, MUXAX Ə/D, MUXAX KƏNDİ ünvanında qeydiyyatda olan oğlu-İddiaçı (AA*******, xx.xx.2024 - Asan 4, FİN:xxxxxxx, d/t:xx.xx.1974)ZAQATALA, MUXAX K, ünvanında qeydiyyatda olan qızı-QASİMOVA AYTƏN VAQİF QİZİDİR. (AZE********, xx.xx.2018 - Zakatala, FİN:xxxxxxx, d/t:xx.xx.1979) və onların hər biri miras əmlakdan 172 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2024 tarixdə ÖMƏROV VAQİF HACİÖMƏR OĞLUNA verilmiş **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ZAQATALA RAYONU MUXAX KƏNDİ ünvanında yerləşən ümumi sahəsi 0.1161 ha torpaq sahəsindən mərhumun mülkiyyətində olan 0.032975 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan AZ-İİ 180339 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Zaqatala rayonu Muxax bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Muxax kənd sakini mərhum X1 islahat aparılan zamanı elektrik un üyüdülməsi dəyirmanı əmlak payı kimi ona və ailə üzvlərinə verilmişdir. Həmin elektrik un üyüdülməsi dəyirmanından kolxoz fəaliyyətini dayandırdıqdan sonra mərhum istifadə etmişdir, hal-hazırda həmin elektrik un üyüdülməsi dəyirmanı ailə üzvlərinin istifadəsindədir. İş materiallarında olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, arxivdə saxlanılan ünvan 1i (“Muxax” təsərrüfatı) üzrə islahat qovluğunda xx.xx.1998-ci il tarixli 24 nömrəli AİK qərarı aşkar edilməmişdir. ünvan 1i üzrə pay (ilkin, düzəliş) və həyətyanı torpaq sahələrinə dair subyektlərin siyahılarından X3 (ailə üzvləri ilə birgə) adı qeyd edilmiş hissədən çıxarışda qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi 0,17 ha qeyd edilmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan tikili naturada mövcuddur və həmin tikilinin yerləşdiyi 239 kv.m torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən Zaqatala rayonu Muxax bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarına aid Müəssisələrin, təşkilatların və idarələrin istifadəsində olan torpaqlar kimi köhnə dəyirman ərazisi kimi işlənilmişdir. Həmin tikilinin naturada yerləşmə vəziyyəti, ölçüləri ve koordinatları tərtib ediİmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan tikili köhnə tikilidir. İstehsal sahəsinin hündürlüyü 7.20 m, köməkçi tikilinin hündürlüyü isə 3.85 metrdir. Tikili köhne tikilidir və sökülərək yenidən tikilmə halı mövcud deyildir. İş materiallarında olan 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 13 saylı Ərazi Vergilər İdarəsində X7 vergi uçotuna alınmamışdır. Eyni zamanda şəxsin məktubda qeyd edilən VÖEN:510014221 eyniləşdirmə nömrəsi ilə qeydiyyatı aşkar edilməmişdir. 13 saylı Ərazi Vergilər İdarəsinin iddiaçıya ünvanladığıxx.xx.2025-ci il tarixli məktub X7 xx.xx.1999-cu il tarixdə ********* nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi orqanında vergi uçotuna alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 91 nömrəli qərarına əsasən 2005-ci ilin iyulun 1-dən etibarən 9 rəqəmli eyniləşdirmə nömrələri etibarsız hesab edilmişdir. Bundan sonra həmin şəxs tərəfindən 10 rəqəmli eyniləşdirmə nömrəsi alınması üçün müraciət edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, vergi orqanlarında vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ile bağlı hər hansı digər məlumatlar saxlanılmamışdır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada Müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar. ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. Əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası hazırlayır və Azərbaycan Respublikası Prezidenti təsdiq edir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1998-ci il tarixli 24 nömrəli protokolundan çıxarışdan və Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş protokoldan müəyyən edilir ki, Ömərov Vaqif yoldaşın özünə və qohumlarına düşən əmlak payına X11nın verilməsi barədə olan ərizəsi nəzərə alınmış, 8361,8 min manat dəyərində olan əmlak (dəyirman) əmlakın bölüşdürülməsi qaydasının 13-cü maddəsinə uyğun əlavə olunmuş siyahılarda göstərilən subyektlərə xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının tələb etdiyi tikili üzərində hüquqlarını təsdiq edən hər hansı bir hüquqmüəyyəedici və texniki sənəd mövcud deyildir. Belə olduğu təqdirdə iddiaçının mübahisələndirilən tikili üzərində mərhumun hüquqlarının qeydiyyatı qeyri-mümkündür. Daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. İddiaçı Muxax kənd YAİK-nin xx.xx.1998-ci il tarixli qərarına istinad edərək həmin tikilinin mərhum atasına məxsus olmasını bildirsə də, nəzərə alınmalıdır ki, müvafiq qərar iddia olunan tikili üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas deyildir. Belə ki, sözügedən qərarda mübahisələndirilən X11nın mərhum X7 ilə birgə qohumlarına da ayrıldığı qeyd olunmuşdur. Mübahisəli tikili üzərində mərhum X4 məxsus olması barədə arayışın verilməsi üçün hüquqmüəyyənedici sənəd qismində tikilinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici (icarə və ya mülkiyyət hüququnu təsdiq edən) sənəd, həmin torpaq sahəsinin yerini müəyyən edən özündə döngə nöqtələrinin koordinatlarını əks etdirən sənəd (kadast planı və ya torpaq sahəsinin plan-ölçüsü yaxud ayrıc aktı ya da plan cizgi), əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə sənədinin təqdim olunması tələb olunur. İddiaçı tərəfindən belə sənədlərin mövcudluğuna istinad edilməmiş, həmçinin belə hüquqmüəyyənedici sənədlər cavabdehə və məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddiaçı, tikiliyə və torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan qeyriyaşayış binası üzərində mərhuma məxsus olması barədə arayışın təqdim edilməsi üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X11 üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə dövlət reyestrindən arayışın verilməsi” barədə iddia ərizəsi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X12 Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar