Məhkəmə qərarları › İş №2-1(116)-1731/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1731/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1731/2024 22.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayonu, Yengicə Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 10 saylı qərarı ilə iddiaçıya satılmış Qəbələ rayonu Yengicə kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq Çıxarış və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qəbələ rayonu, Yengicə Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 10 saylı qərarı ilə iddiaçıya satılmış Qəbələ rayonu Yengicə kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq Çıxarış və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1731/2024 nömrəli qərardadı ilə Qəbələ rayonu Tüntül Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Qəbələ rayonu, Yengicə Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonu, Yengicə kəndində yerləşən Qəbələ rayon Yengicə Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 0.10 ha həyətyanı torpaq sahəsi iddiaçıya satılmışdır. Torpağın nəzərdə tutulmuş dəyəri tərəfindən bələdiyyənin bankdakı hesabına ödənilmişdir. Həmin torpaq sahəsinin satılmasına dair Qəbələ rayon, Yengicə Bələdiyyəsinin sədrinin, iddiaçının və DTXK-nin Qəbələ rayon şöbəsinin müdirinin iştirakı ilə "Torpaqarın alqı-satqısına dair Akt-ı” tərtib olunmuşdur. Həmin sənədlərə əsasən DTXK-nin Qəbələ rayaon şöbəsi tərəfindən torpağın Qəbələ rayonu Yengicə kəndinin xəritəsi üzrə cizgisi hazırlanmış və təsdiq edilmişdir. Qeyd edilən cizgiyə uyğun olaraq DTXK-nin Qəbələ rayon şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə A 344292 nömrəli “Torpaq sahəsinin Planı və ölçüsü” sənədi hazırlanmışdır. Qəbələ rayonu Yengicə Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 10 saylı qərarının qüvvədə olması dair Qəbələ rayonu, Tüntül Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 12 saylı arayış da təqdim edilmişdir. Bildirilir ki, Qəbələ rayonu, Yengicə Bələdiyyəsi ləğv olunub və Qəbələ rayonu, Tüntül Bələdiyyəsinə birləşdirilmişdir. İddiaçı qeyd edilən həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 31 yanvar 2024-cü il tarixli, 3-21-3-42/2-689/2024 nömrəli məktubla torpaq sahəsi üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli etiraz məktubunda bildirmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən aydın olur ki, Qəbələ rayonu Yengicə bələdiyyəsinin İddiaçı 0.10 ha həyətyanı həyətyanı torpaq sahəsinin aynlmasına dair xx.xx.2006-cı il tarixli 10 saylı qərarı olsada, ''Torpaqların alqı-satqısına dair akt” xx.xx.2007-ci il tarixdə tərtib edilmişdir. "Torpaqların alqı-satqısına dair akt" 'Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə "23 oktyabr 2007- cı ıl, 466- saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun. Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə "23 oktyabr 2007-ci il 466- saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il. 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxs gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Qəbələ rayonu Yengicə Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 10 saylı iclasın qərarından görünür ki, İddiaçı Qəbələ rayonu Yengicə bələdiyyəsi ərazisindən 0.10 ha torpaq sahəsi ayrılmışdır.

3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon Şöbəsinin xx.xx.2011-ci il tarixli 171 nömrəli məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir.

4. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı Qəbələ rayonu Yengicə Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 10 saylı qərarı İddiaçı Qəbələ rayonu Yengicə Bələdiyyəsi ərazisindən 0.10 ha torpaq sahəsi ayrılmışdır.

5. İddiaçının təqdim etdiyi xx.xx.2006-ci il tarixli ödəniş qəbzindən görünür ki, 1000 manat məbləğində torpağın dəyəri Qəbələ rayonu Yengicə Bələdiyyəsinin hesabına ödənilmişdir.

6. A seriyalı 044292 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı həyətyanı məqsədi ilə 1000 kv.m torpaq sahəsi ayrılmış, X4 kitabında xx.xx.2011-ci il tarixli 283 nömrə ilə uçota alınmışdır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-4793/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Qəbələ rayonu Yengicə Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 10 saylı iclasın qərarı ilə İddiaçı Qəbələ rayonu Yengicə bələdiyyəsi ərazisindən 1000 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili – alqı-satqı aktının təqdim edilməməsi ilə bağlıdır.Lakin, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Məhkəmə araşdırması zamanı iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasına dair sənədlərin yoxlanılması məqsədi ilə Qəbələ rayonu Tüntül Bələdiyyəsinə sorğu verilmişdir. Təqdim edilən sənədlərdən görünür ki, Qəbələ rayonu, Yengicə Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı Qəbələ rayonu Yengicə bələdiyyəsi ərazisindən 1000 kv.m torpaq sahəsi ayrılmış. Torpaq sahəsinin yerləşmə vəziyyətinə dair 344292 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-4793/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı 0,10 hektar torpaq sahəsi Qəbələ rayonu, Yengicə bələdiyyəsinin xx.xx.2006-ct il tarixli, 10 saylı qərarı ilə ayrılmış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ Rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, ANe344292 saylı Torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən 0,10 hektar torpaq sahəsi Qəbələ rayonu Yengicə kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Yengicə kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası örüş olmaqla Yengicə bələdiyyəsinin mülkiyyətindən ayrılmışdır. Sözügedən torpaq sahəsi X2 Uçotu informasiya Sisteminə (TEKUİS) əsasən Qəbələ rayonu Yengicə kəndi inzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələrinin torpaqları , uqodiyası Tikinti altında olan torpaqlar, AN 344292 nömrəli “Torpaq sahəsinin planı və ölçü" sənədi bələdiyyə mülkiyyətikimi göstərilmişdir. İddia olunan 0,10 hektar torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ rayonu Yengicə Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 10 saylı qərarı ilə iddiaçıya ayrılmış Qəbələ rayonu Yengicə kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq Çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar