Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1739/2023 30.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı ünvan 1i ünvanda yerləşən 2,0320 ha torpaq sahəsi üzərində X9 adına DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yevlax rayonu Ərəş kəndi ünvanda yerləşən 2,0320 ha torpaq sahəsi üzərində X9 adına DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1739/2023 nömrəli qərardadı ilə iş üzrə X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçılara X18 Komissiyasının qərarı ilə Kod 90113018, JN 113. JN 114. JN 115, JN 116 saylı dövlət aktları əsasında 2.0320 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən 15 ildir ki, istifadə edirlər. Torpaq sahəsi əkinə yarasız olduğundan öz maddi vəsaitlərinin hesabına xərc çəkərək torpağı münbit hala gətirərək əkinə yararlı vəziyyətə salmışlar. uzun illər torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmi qeydə aldırmağa zərurət olmamışdır. Bu günlərdə torpaq sahəsində əkinlə məşğul olan zaman Yevlax Rayon Polis şöbəsinin əməkdaşları onları polis şöbəsinə dəvət etmiş, orada nə üçün çağrıldıqlarını soruşduqda isə məlum olmuşdur ki, hazırki iş üzrə üçüncü şəxs X1 torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmış və buna dair ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixdə Çıxarış verilmişdir. X16 Bakı şəhərində yaşayır və ötən 15 il ərzində ona qarşı hər-hansı bir tələb irəli sürməmişdir. X16 nəinki mübahisəli torpaq sahəsinin ölçülərini, hətta torpaq sahəsinin harada yerləşməsini, onun koordinatlarını da bilmir. Hansısa qanunusuz və saxta yollarla ona məxsus torpaq sahəsini özününküləşdirmişdir. Yevlax rayonu Ərəş Bələdiyyəsinin 4 nömrəli 19 yanvar 2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, Yevlax rayonu Ərəş kəndi ərazisində yerləşən kod 90113018 JN113, JN 114, JN115 və JN116 nömrəli dövlət aktlarında göstərilmiş torpaq sahələri vətəndaş X5 15 ildir ki, istifadəsindədir. Həmin şəxslərin adları islahat aparılan zaman kənd icra nümayəndəliyində olan adlı siyahıda adları belə olmamışdır. Ancaq necə torpaq əldə etmələrindən heç kimin guya ki məlumatı olmamışdır. Bu işlərlə bağlı Respublika Baş Prokurorluğuna, Yevlax rayon prokuorluğuna və Yevlax rayon polis şöbəsinə ərizə və şikayətlərlə müraciət edilmişdir. Hazırda şikayət ərizələri ilə bağlı həmin orqanlarda müvafiq araşdırmalar aparılır. Bununla bağlı cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2022-ci il **********80 reyestr nömrəli çıxarışdan görünür ki, Yevlax rayonu Ərəş kəndində yerləşən 2,032 ha torpaq sahəsi üzərində X9 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. - 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X12 1,016 ha, X6 0,508 ha, X8 0,508 ha torpaq sahəsini X3. - xx.xx.2022-ci il **********80 reyestr nömrəli çıxarışdan görünür ki, Yevlax rayonu Ərəş kəndində yerləşən 2,032 ha torpaq sahəsi üzərində X6 (1/4 hissə), X8 (1/4 hissə) və X7 (2/4 hissə) paylı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya xx.xx.2023-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq izah edilmişdir ki, 2,032 ha torpaq sahəsi üzərində X9 mülkiyyət hüququ, ləğvi tələb edilən xx.xx.2022-ci il tarixli **********80 qeydiyyat nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. Həmin qeydiyyatın aparılmasına əsas xx.xx.2022ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi olmuşdur. Belə ki, sözügedən müqaviləyə əsasən X12, X6 və X4 rayonu Ərəş kəndi ünvanında yerləşən 2,032 ha torpaq sahəsini X2. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il № 4 –li qərarının 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********80 qeydiyyat nömrəli çıxarış mülki-hüquqi əqdin (alqı-satqı) əsasında verildiyindən ilk növbədə həmin alqı-satqı müqaviləsi mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməli və mübahisəyə ümumi rayon məhkəməsində baxılmalıdır. Məhkəmənin hüquqi yardım məktubu xx.xx.2022-ci il tarixdə İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil elektron kabinetinə yerləşdirilmiş, həmçinin poçt vasitəsilə iddiaçılara göndərilmişdir. İddiaçılara məhkəmənin hüquqi mövqeyinə 5 gün müddətində münasibət bildirmələri təklif edilmişdir. İddiaçılar hüquqi yardım məktubunu xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə qəbul etmələrinə baxmayaraq, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişlər. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı ünvan 1i ünvanda yerləşən 2,0320 ha torpaq sahəsi üzərində X9 adına DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1739/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1739/2023
30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver