Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-174/2023 27.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X15, üçüncü şəxsin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 16 saylı ünvan 1 ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsinə X10 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli çıxarışın 235 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsindən 235 kv.m torpaq sahəsinin X10 adına aparılmış torpaq sahəsinin qeydiyyatının ləğvi və həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən verilmiş A seriyalı 285741 nömrəli xx.xx.2017-ci il tarixli **********05-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-382/2022 saylı qərardadı ilə X18 və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-382/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(107)-151/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-382/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsinə X10 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli çıxarışın 235 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X33 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının atasının nənəsi X12 xx.xx.1991-ci ildə Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən evi və həyətyanı torpaq sahəsini iddiaçıya vəsiyyət etmişdir. Vəsiyyətnamə əsasında xx.xx.2006-cı ildə iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və iddiaçının bildirdiyinə görə həmin şəhadətnamə əsasında cavabdeh tərəfindən çıxarış tərtib edilmişdir. X30 tərəfindən iddiaçıya vəsiyyət edilmiş ev 1 mərtəbəli və 1 otaqlıdır, həyətyanı torpaq sahəsinin ölçüsü 855 kv.mdir. Lakin həmin torpaq sahəsinin 235 kv.m hissəsinə qonşuluqda yaşayan X10 adına çıxarış verilmişdir. Hər iki torpaq sahəsinin ölçüsü birlikdə 1455 kv.m-dir. Rəfael Yəhyazadə 235 kv.m torpaq sahəsinə öz adına çıxarış alarkən sənəd kimi X4 mülkünün və torpaq sahəsinin pasportunu cavabdeh orqana təqdim etmişdir. Elə bütün qanunsuzluqlar da bundan sonra baş vermişdir. Əslində xx.xx.2014-cü ildən atasının adına olan 600 kv.m torpaq sahəsi X10 adına keçmişdir. 235 kv.m torpaq sahəsi daxil olmaqla 0,0832 ha torpaq sahəsinə çıxarış isə xx.xx.1999-cu il tarixində verilmişdir İddiaçı cavabdeh orqana müraciət edərək, Rəfael Yəhyazadənin adına tərtib edilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdeh xx.xx.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, X10 832,48 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 50 saylı qərarı və həmin qərar əsasında verilmiş A seriyalı 285741 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında aprılmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(046)-50/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X13 qarşı ünvan 3 ünvanda yerləşən 855 kv.m torpaq sahəsindən 235 kv.m torpaq sahəsinin X10 adına verilmiş hissəsinin qeydiyyatının ləğvi və həmin torpaq sahəsinə dair **********05- 10301 saylı çıxarışın etibarsız hesab edilməsi tələbi təmin edilməmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(046)-50/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(107)-679/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(107)-679/2021 saylı qətnaməsinin əsaslandırıcı hissəsində İddiaçı istinad etdiyi texniki pasporta münasibət bildirilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(107)-679/2021 saylı qətnaməsinin preyudisial əhəmiyyətli olmasını nəzərə alaraq, cavabdeh hesab edir ki, X10 hüquqlarının qeydiyyatı qanunamüvafiq olaraq aparılmışdır. Cavabdeh orqan etiraz məktubunda iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxs X19 xx.xx.2021-ci il tarixli iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçı həmin mülkiyyət üzrə tam mülkiyyətçi olmadığından belə bir iddia tələbi etmək huququna malik deyildir. Belə ki, həmin mülkiyyət paylı mülkiyyətdir. Bu mülkiyyət natura şəklində tam bölünməmiş və həmin mülkiyyət üzrə 1/2 hissədə mülkiyyətçi vərəsə qoyandır. Vərəsə qoyanın hal-hazırda 6 nəfər vərəsəsi vardır. Bu mülkiyyətlə bağlı uzun illərdir ki, məhkəmə çəkişmələri olmuşdur. Bu səbəbdən Rəfael Yəhyazadə və o biri vərəsələr vərəsəlik payının müəyyən edilməsi ilə bağlı məhkəməyə bu yaxın günlərdə müraciət etmişlər. Rəfael Yəhyazadə həmin mübahisələndirilən ümumi torpaq və bir otaqlı fərdi yaşayış evində vərəsə qoyanın əmlakını idarə etmiş və qorumuşdur. Bir sözlə həmin vərəsəliyi Rəfael Yəhyazadə faktiki yaşamaqla qəbul etmişdir. Rəfael Yəhyazadənin bacısı və qardaşları da bu mülkiyyətlə sıx əlaqədə olaraq, həmin mirasın qorunub saxlanmasında vəsait xərcləmişlər. Miras qoyanı Rəfael Yəhyazadənin, onun bacısının və qardaşlarının vəsaiti hesabına dəfn etmişlər. Bütün yas mərasiminin xərclərini onlar çəkmişlər. Vəsiyyətnamə ilə bu gün həmin mirasa yiyənlənməmiş X35 oglu, miras qoyanın yas mərasimində bir manat belə xərc çəkməmişdir. Miras qoyan Rəfael Yəhyazadə, onun bacısı və qardaşlarının nənəsidir. Anaları isə nənələrinin yeganə vərəsəsi olmuşdur. Üçüncü şəxs Rəfael Yəhyazadə etiraz məktubunda iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - A 285741 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Göyçay rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarına istinad olunmaqla Göyçay şəhərində yerləşən 832.48 kv.m torpaq sahəsi ilə bağlı X5 adına tərtib edilmişdir. - 508 inventar nömrəli texniki pasportdan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 597,5 kv.m qeyd edilmişdir. - 2967 inventar nömrəli texniki pasportdan görünür ki, Mələksuma Bədirova adına verilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 855,8 kv.m qeyd edilmişdir. - xx.xx.2018-ci il tarixli 408-1/2304 nömrəli inventar nömrəli **********53-10301 reyestr nömrəli Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 69A ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda hüquq subyekti İddiaçı və X12, evin tikildiyi tarix 1962ci il, ümumi sahəsi 32,4 kv.m, sənəd üzrə torpaq sahəsi 0.08558 ha, faktiki sahə 0.0671 ha qeyd edilmişdir. - xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən 0,0617 ha torpaq sahəsi və 32,4 kv.m fərdi yaşayış evi İddiaçı və X4 hər birinin ½ hissə olmaqla paylı mülkiyyətindədir. - MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Göyçay şəhəri, X34 küçəsində istifadəsində olan 0,0075 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20,08 kv.m yaşayış, 11,6 kv.m köməkçi sahədən ibarət 47A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır. - xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanda yerləşən 0,083248 ha torpaq sahəsi və 69,2 kv.m fərdi yaşayış evi X19, X18 və X1 paylı mülkiyyətindədir. - xx.xx.2017-ci il tarixli **********05-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 69 ünvanında sənəd üzrə 0.083248 ha torpaq sahəsi, faktiki 0,1449 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti X14r. - cavabdehin xx.xx.2022-ci il tarixli **********66 nömrəli məktubundan görünür ki, X6 adına tərtib edilmiş 508 inventar nömrəli texniki pasportda ərazinin baş planı təsvir edilmədiyi üçün sualı cavablandırmaq mümkün olmadı, A285741 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 832.48 kv.m torpaq sahəsinin X4 adına 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsi ilə 194 kv.m hissədə üst-üstə düşmə halı mövcuddur X7 adına tərtib edilmiş 508 inventar nömrəli texniki pasportda ərazinin baş planı təsvir edilmədiyi üçün suallın bu hissəsini cavablandırmaq mümkün olmadı, Seriya RX ******* nömrəli çıxarışda qeyd edilmiş 0.083248 ha torpaq sahəsi ilə A285741 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 832.48 kv.m torpaq sahəsinin eyni ərazidə yerləşir. A285741 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 832.48 kv.m torpaq sahəsinin 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsi ilə 194 kv.m hissədə üst-üstə düşmə halı mövcuddur. Seriya RX, ******* nömrəli çıxarışda qeyd edilmiş 0.083248 ha torpaq sahəsi ilə 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsi 130.0 kv.m hissədə üst-üstə düşmə halı mövcuddur. X7 adına tərtib edilmiş 508 inventar nömrəli texniki pasportda ərazinin baş planı təsvir edilmədiyi üçün sualın bu hissəsini cavablandırmaq mümkün olmadı, X4 adına 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsinin Baş Planı natura vəziyyətini əks etdirmir. - Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli iclas protokolundan görünür ki, Göyçay şəhər sakinlərinin qanuni istifadəsində olan həyətyanı sahələr onların mülkiyyətinə verilmiş, Göyçay şəhəri üzrə xüsusi və dövlət mülkiyyətindən kənarda olan torpaq sahələri bələdiyyə mülkiyyətinə verilmişdir. - Göyçay şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, 1977 sıra nömrəsinin qarşısında X16, X20 və X2 adları qeyd edilmiş, torpağın sahəsi 0.06 ha qeyd edilmiş, daha sonra “6” rəqəminə düzəliş edilərək “8” qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs X3 şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxs X1 iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia qismən əsaslıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materialları ilə müəyyən edilir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə Göyçay şəhər sakinlərinin qanuni istifadəsində olan həyətyanı sahələr onların mülkiyyətinə verilmiş, həmin cədvəldə 1977 sıra nömrəsinin qarşısında X16, X20 və X2 adları qeyd edilmiş, torpağın sahəsi 0.06 ha qeyd edilmiş, daha sonra “6” rəqəminə düzəliş edilərək “8” qeyd edilmişdir. Məhkəmə tərəfindən müvafiq düzəlişin edilməsinə əsas olmuş sənədlər "xxxx" MMC-dən sorğu edilmiş, sonuncu tərəfindən subyektlər siyahısına düzəliş edilməsinə əsas olmuş sənədlərin aşkar edilmədiyi bildirilmişdir. X8 adına tərtib edilmiş 508 inventar nömrəli texniki pasportdan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 597,5 kv.m qeyd edilmişdir. Yəni, faktiki olaraq torpaq sahəsinin ölçüsü 597.5 kv.m olmuş, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə qanuni istifadədə olan həyətyanı sahə olaraq məhz həmin torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. Sonradan subyektlər siyahısına heç bir hüquqi əsas olmadan düzəliş edilməklə torpaq sahəsinin ölçüsü artırılmış və 832 kv.m torpaq sahəsinin qeyd olunduğu A 285741 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, həmin plan ölçü sənədi əsasında da hazırda mübahisələndirilən çıxarışda qeyd edilmiş torpaq sahəsinin ölçüsü 0.083248 ha qeyd edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş subyektlər siyahısında qeyd edilmiş 0.06 ha torpaq sahəsindən artıq olan hissənin plan-ölçü sənədinə və mübahisələndirilən çıxarışa daxil edilməsi əsassız olmuşdur. İddiaçı, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı mübahisələndirərək bildirir ki, Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsinin 235 kv.m hissəsi RX seriyalı ******* nömrəli çıxarışa işlənmişdir. Məhkəmə tərəfindən X9 adına tərtib edilmiş 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsinin mübahisələndirilən çıxarışda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi yoxlanılmış, müəyyən edilmişdir ki, A285741 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 832.48 kv.m torpaq sahəsinin 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsi ilə 194 kv.m hissədə, Seriya RX, ******* nömrəli çıxarışda qeyd edilmiş 0.083248 ha torpaq sahəsi ilə 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsi isə 130.0 kv.m hissədə üst-üstə düşür. Yəni, faktiki olaraq A285741 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 832.48 kv.m torpaq sahəsi ilə Seriya RX, ******* nömrəli çıxarışda qeyd edilmiş 0.083248 ha torpaq sahəsi tam üst-üstə düşmür və hazırda mübahisələndirilən çıxarışdakı torpaq sahəsi X9 adına tərtib edilmiş 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsi ilə 130.0 kv.m hissədə üst-üstə düşür. “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Lakin, A285741 nömrəli plan-ölçü sənədi və Seriya RX, ******* nömrəli çıxarış tərtib edilərkən qanunvericiliyin həmin tələbi tam nəzərə alınmamış və 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş, Mələsuma Bədirovanın qanuni istifadəsində olmuş torpaq sahəsinin 130 kv.m hissəsi mübahisələndirilən çıxarışa daxil edilərək iddiaçının hüquqları pozulmuşdur. Odur ki, iddiaçı Seriya RX, ******* nömrəli çıxarışın 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı üst-üstə düşən torpaq sahəsinin ölçüsü 130 kv.m müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi 130 kv.m-dən artıq hissədən artıq hissədə əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. xx.xx.2017-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 130 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilir. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.