Məhkəmə qərarları › İş №2-1(116)-1746/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1746/2022

29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1746/2022 29.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X12, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “A 460901 nömrəli torpaq sahəsinin “plan və ölçüsü” sənədinin xx.xx.2007-ci il tarixli 508 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, Zaqatala rayonu AİK-in xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsinə dair tərtib edilmiş A127434 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə, yəni 508 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsinin cizgilərinə uyğun dəyişdirilərək həmin 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “A 460901 nömrəli torpaq sahəsinin “plan və ölçüsü” üstüstə düşən hissədə 603.02 kv.m torpaq sahəsinin “plan və ölçüsü” ləğv edilməsi, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsinin kordinatlarının faktiki istifadə vəziyyətinə, 508 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsinin cizgilərinə uyğun dəyişdirilərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1746/2022 nömrəli qərardadı ilə X4, X5, X2, X6 və X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “A 460901 nömrəli torpaq sahəsinin “plan və ölçüsü” sənədinin xx.xx.2007-ci il tarixli 508 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0,06 ha torpaq sahəsinə üst-üstə düşən hissədə ləğv edilməsi, Zaqatala rayonu AİK-in xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsinə dair tərtib edilmiş A127434 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə, yəni 508 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsinin cizgilərinə uyğun dəyişdirilərək həmin 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə iddiaçıya Zaqatala rayonu Mazıx kəndində qanuni istifadəsində olan 0.06 ha həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçının adına tərtib edilmiş A seriyalı 127434 nömrəli torpaq sahəsinin plan-ölçü sənədi hazırlanarkən texniki səhvə yol verilərək faktiki olaraq iddiaçıya heç bir aidiyyəti olmayan Balakən-Zaqatala şosse yolunun cənub-qərb hissəsində yerləşən torpaq sahəsinin koordinatları işlənmişdir. Həmçinin iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə isə X7 adına 1161 kv.m torpaq sahəsinə dair A 460901 nömrəli plan-ölçü sənədi tərtib edilmiş, torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilməsi qeyd edilmişdir. İddiaçı, X7 adına tərtib edilmiş A 460901 nömrəli plan-ölçü sənədinin 0.06 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını, tələbdə qeyd edilmiş məsələlərin həll edilməsi ilə bağlı səlahiyyətinin olmaması ilə əsaslandırmışdır. Üçüncü şəxs iddia tələbinə etirazında qeyd etmişdir ki, iddia olunan torpaq sahəsi ata yurdudur. Belə ki, keçmiş “Şəfəq” kolxozunun yerli islahat komissiyasının xx.xx.1995-ci il tarixli 4 saylı təsdiq edilmiş qərarına əsasən “Şəfəq” kolxozunun həmişəlik istifadəsində olan torpağından 0,68 ha torpaq sahəsi ayrılaraq fermer təsərrüfatı yaratmaq üçün atası X9 verilmişdir. Bu barədə dövlət qeydiyyat kitabında 45 nömrə ilə qeydə alınmış şəhadətnamə verilmişdir. Ona görə də iddia olunan torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Mübahisələndirilən torpaq sahəsi kolxozdan atası İ.Abdullayevə verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının hazırda naturada istifadə etdiyi torpaq sahəsi Zaqatala rayonu Mazıx kəndinin kompleks yerquruluşu layihəsində 0.12 ha pay torpağı kimi (JN290F) iddiaçının atası X7 adına işlənmişdir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə etdiyi Zaqatala rayonu Mazıx kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəldən görünür ki, X7 adı qarşısında 0.20 ha, İddiaçı adının qarşısında 0.06 ha qeyd edilməklə qanuni istifadədə olan həyətyanı torpaq sahəsi ilə bağlı məlumatlar qeyd olunmuşdur. - Zaqatala RİH Mazıx kənd İƏD-nin xx.xx.2021-ci il tarixli 484 saylı arayışından görünür ki, iddiaçının adına 06 №-li təsərrüfatbaşına kitabın 170-ci səhifəsində 1988-ci ildə tikilmiş, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin və 0.06 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. - A 127434 nömrəli, Torpaq Kadastrı kitabında xx.xx.2009-cu ildə 132 nömrə ilə uçota alınmış DT və XK tərəfindən tərtib edilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə verilmiş 603.02 kv.m həyətyanı torpaq sahəsinə dair plan-ölçü sənədi iddiaçının adına tərtib edilmişdir. - xx.xx.2007-ci il tarixli 508 inventar nömrəli texniki pasportdan görünür ki, Zaqatala rayonu Mazıx kəndində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti İddiaçıdır. Fərdi yaşayış evi 1988-ci ildə tikilmişdir. - Zaqatala rayonu Mazıx kəndini üzrə torpaq payı almaq hüququ olan subyektlər siyahısından görünür ki, İddiaçı adının qarşısında qanuni istifadədə olan həyətyanı torpaq sahəsi qrafasında 0.06 qeydi icra edilmişdir. - A 460901 nömrəli, DT və XK tərəfindən tərtib edilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə verilmiş 1161 kv.m kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş torpaq sahəsinə X7 adına plan-ölçü sənədi tərtib edilmişdir. - A 115990 nömrəli, DT və XK tərəfindən tərtib edilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə verilmiş 2016.66 kv.m həyətyanı torpaq sahəsinə X7 adına plan-ölçü sənədi tərtib edilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu Mazıx kəndində yerləşən 0.2016 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi Elektron məlumat bazasına əsasən Zaqatala rayonu Mazıx kəndi ərazisində yerləşən X7 adına işlənmiş 290F/0 12 ha yaşayış məntəqələri torpaqlarına aid kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş pay torpaq sahəsi və 290A/0.20 ha yaşayış məntəqələri torpaqlarına aid həyətyanı torpaq sahələrinin cizgiləri daxilində yerləşir. A seriyalı, 127434 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsinin koordinatlarına əsasən həmin 603 02 kv.m torpaq sahəsi Zaqatala şəhərinin hüdudları daxilində yerləşən X11 adına DƏDRX-nin tərtib etdiyi reyestr nömrəsi **********90 olan Çıxarışın cizgiləri daxilində yerləşir. İddiaçı məxsus 24 05.2007-ci il tarixdə tərtib edılmtş Zaqatala rayonu Mazıx kəndində yerləşən fərdi yaşayış evinin Texniki pasportunda qeyd olunan torpaq sahəsi ilə A senyalı, 127434 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsi üst-üstə düşmür. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilə A seriyalı, 127434 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan torpaq sahəsi üst-üstə düşmür. - İşdə olan, AZ-İ 286757 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, 1927ci il təvəllüdlü X13 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. - İşdə olan xx.xx.2022-ci il tarixli yerli baxışın nəticələrinə dair protokoldan və ona əlavə edilmiş cavabdeh orqanın iddia olunan torpaq sahəsinə dair TEKUİS və AzCad məlumatlarından çıxarışdan görünür ki, torpaq sahəsində köhnə tikili mövcuddur və yaşayış evi kimi istifadə olunur. Kəndin əsas yolundan iddia olunan torpaq sahəsinə girişi istiqamətində torpaq sahəsinin sol tərəfi və yuxarı hissəsi daş hasarla hörülmüşdür. Həmçinin qeyd olunan hissələrdə gediş-gəliş yolları mövcuddur. Torpaq sahəsinin girişində sağ tərəf hissə metal torla çəpərlənmişdir. Torpaq sahəsinin giriş hissəsində (A 127434 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan) hər hansı çəpər və mərz nişanı yoxdur. Mütəxəssis tərəfindən işdə olan yerquruluşu planında göstərilən döngə nöqtələrinin koordinatları yerində yoxlanılmış və düzgünlüyü müəyyən edilmişdir. Bundan sonra baxış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 18 saylı Zaqatala Ərazi İdarəsində davam etdirilmişdir. Elektron baza məlumatlarına baxış keçirilərkən müəyyən olundu ki, iddia olunan, həmçinin onun üst-üstə düşdüyü bildirilən A 127434 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsi elektron kadastr məlumatlarında yaşayış məntəqələrinin torpaqları, həyətyanı torpaq sahəsi kimi qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Ramazan Abdullayevdən başqa digər üçüncü şəxslər şifahi məhkəmə baxışı iclasında iştirak etməmilər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Zaqatala RİH Mazıx kənd İƏD-si üzrə 06 №-li təsərrüfatbaşına kitabın 170-ci səhifəsində iddiaçının adına 1988-ci ildə tikilmiş, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və 0.06 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə iddiaçının qanuni istifadəsində olan 0.06 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməsi nəzərdə tutulmuş və tərtib edilmiş subyektlər siyahısında verilməli olan torpaq sahəsi 0.06 ha qeyd edilmişdir. Buna baxmayaraq, texniki səhv nəticəsində iddiaçının adına tərtib edilmiş A127434 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsinin koordinatları Zaqatala şəhərinin hüdudları daxilində yerləşən X11 adına reyestr nömrəsi **********90 olan Çıxarışın cizgiləri daxilinə, iddiaçının faktiki istifadəsində olan və torpaq islahatı zamanı ona verilməsi nəzərdə tutulan torpaq sahəsi isə 1161 kv.m kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş torpaq sahəsinə dair X7 adına tərtib edilmiş A 460901 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinə işlənmişdir. İddia olunan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması Zaqatala RİH Mazıx kənd İƏD-nin xx.xx.2021-ci il tarixli 484 saylı arayışında qeyd edilmiş 06 №-li təsərrüfatbaşına kitabın 170-ci səhifəsində qeyd edilmiş məlumatlarla sübut olunur. Nəzərə alınmalıdır ki, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə cavabdeh orqan iddiaçının adını hüquq subyekti qeyd etməklə xx.xx.2007-ci il tarixdə texniki pasport tərtib etmişdir. Sözügedən texniki pasporta topraq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikildiyi il 1988-ci il qeyd olunub. Odur ki, iddia olunan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan və torpaq islahatı zamanı ona verilməsi nəzərdə tutulan torpaq sahəsi olması mübahisəsizdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə X9 verilməsi nəzərdə tutulmuş 0.20 ha torpaq sahəsinə dair A 115990 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş, həmin sənəddə torpaq sahəsinin ölçüsü 0.2016 qeyd edilmiş və ********** qeydiyyat nömrəli çıxarışla X7 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Odur ki, iddia olunan torpaq sahəsinin torpaq islahatı zamanı İsmayıl Abdullayevə verilmiş torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Həmçinin cavabdeh orqan iddia olunan torpaq sahəsinin X7 adına işlənmiş 290F/0 12 ha yaşayış məntəqələri torpaqlarına aid kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş pay torpaq sahəsinin cizgisi daxilində yerləşməsini qeyd etsə də, həmin torpaq sahəsinin yaşayış məntəqələrinin həyətyanı torpaqlarına aid olması iş materialları ilə sübut olunur. İddiaçının adına tərtib edilmiş plan-ölçü sənədinin üst-üstə düşdüyü torpaq sahəsi isə digər subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşməklə bərabər, ümumiyyətlə iddiaçının istifadəsində olan torpaq sahəsi olmamış və həmin plan-ölçü sənədinin koordinatlarının texniki səhv nəticəsində digər əraziyə işlənməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) hüququn qeydə alınması üçün zəruri sənəd olaraq qeyd edilmişdir. Hazırki iş üzrə iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evi 1988-ci ildə inşa edildiyindən, həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsinə dair Zaqatala RİH Mazıx kənd İƏD-nin 06 №-li təsərrüfatbaşına kitabın 170-ci səhifəsində qeyd edilmiş məlumatlar sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün birbaşa əsasdır. Həmçinin faktiki olaraq Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə 0.06 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı məsələ öz həllini tapmış, lakin cavabdeh orqanın hüquq varisi olduğu DT və XK-nin Zaqatala rayon şöbəsi tərəfindən A127434 nömrəli və A 460901 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin tərtibində səhvə yol vermişdir. Odur ki, iddiaçı A 460901 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin 0,06 ha torpaq sahəsinə üst-üstə düşən hissədə ləğv edilməsi, A127434 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğun dəyişdirilərək, 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə A 460901 nömrəli torpaq sahəsinin “plan və ölçüsü” sənədinin xx.xx.2007-ci il tarixli 508 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0,06 ha torpaq sahəsinə üst-üstə düşən hissədə ləğv edilməsi, Zaqatala rayonu AİK-in xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsinə dair tərtib edilmiş A127434 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə, yəni 508 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsinin cizgilərinə uyğun dəyişdirilərək həmin 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar