Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1747/2025 28.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Günel Soltan qızının sədrliyi ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati işə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məhkəməyə müraciət edərək, ona xx.xx.2024-cü il tarixdən İİ dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən (xx.xx.2024-cü il) icraata qəbul edilmiş sayılmışdır. II. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261.0.7. İş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. III. MƏHKƏMƏNİN MÖVQEYİ: Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri iş materialları ilə birgə araşdırıb hesab edir ki, hazırkı işin icraatına xitam verilməlidir. İş materiallarında olan, Zaqatala Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Ölüm xx.xx.2025-ci ildə 55 nömrəli akt qeydi ilə Zaqatala rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İddia iddiaçıya İİ dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbindən ibarətdir. Bu münasibətlərdə hüquq varisliyinə yol verilmir. İddiaçının vəfat etməsi bu kimi hərəkətlərin edilməsini mümkünsüz edir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı vəfat etdiyindən, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən işin icraatının dayandırılmasına yol verilmir və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) apellyasiya şikayəti verilə bilər. Hakim X2.
Məhkəmə qərarları › İş №2-1(116)-1747/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1747/2025
28.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver