Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1748/2022 19.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı "xxxx" ASC-nin hərəkətləri ilə bağlı şikayət ərizənə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı X1 xx.xx.2022-ci il tarixli ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 14 noyabr 2014-cü ildə "xxxx" ASC-nin Göyçay filialından kredit götürən Zərdab rayonu İsiqbağı kəndində qeydiyyatda olan X2 zamin olmuşdur. O, kredit borcunu vaxtında ödəmədiyi üçün "xxxx" ASC Göyçay Rayon Məhkəməsinə şikayət etmiş, 09 sentybar 2016-cı ildə Göyçay rayon məhkəməsi banka olan borcun X3 və onun tərəfindən müştərək qaydada 4345,61 (dörd mim üç yüz qırx beş dollar altımş bir sent) ABŞ dolları manat ekvivalenti ilə tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmişdir. Göyçay rayon məhkəməsinin Qətnaməsi Göyçay rayon icra və probasiya şöbəsinə və Zərdab rayon icra və probasiyasına göndərilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, hazırki mübahisə Göyçay rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(046)-112/2016 saylı icra vərəqəsinin icrası ilə əlaqədar yaranmışdır və qaldırılan məsələ icra sənədini vermiş və qətnamənin icrasına nəzarət edən ümumi rayon məhkəməsinin (Göyçay rayon Məhkəməsinin) səlahiyyətinə aiddir. Həmçinin, "xxxx" ASC inzibati orqan olmadığından onunla iddiaçı arasında yaranmış, müqavilədən irəli gələn öhdəlik münasibətləri xüsusi hüquqla tənzimlənir və inzibati hüququn tənzimetmə predmetinə daxil deyildir. İddiaçı, məhkəməyə xx.xx.2022-ci il tarixdə ərizə ünvanlayaraq iddiaya xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı "xxxx" ASC-nin hərəkətləri ilə bağlı şikayət ərizəsi geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1748/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1748/2022
19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver