Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1749/2022 23.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, üçüncü şəxsin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 3.19 ha pay torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməklə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 3.19 ha pay torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməklə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1749/2022 nömrəli qərardadı ilə Yevlax rayonu Tanrıqulular bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 30 saylı qərarı ilə iddiaçının mərhum anası X2 Yevlax rayonu Tanrıqullar kəndi ərazisindən 3.19 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və “torpağın mülkiyyətə verilməsinə”dair JN 0038 kod 90110018 saylı dövlət aktı ilə adına rəsmiləşdirilmişdir. İddiaçı, valideynindən ona miras qalmış həmin miras əmlaka xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. İddiaçı həmin şəhadətnamələr əsasında 2.92 ha və 0.27 ha torpaq sahələrinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, naturada yerləşən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə idarənin elektron xəritə bazasında (DWJ) göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluq vardır. Belə ki, sənədləşdirmək istənilən torpaq sahəsinə dair DT və XK tərəfindən verilmiş “Dövlət Akt’ında qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları başqa mülkiyyətçiyə məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu müvafiq torpaq sahəsinin Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 30 saylı qərarı ilə ayrılması və ayrılmış torpaq sahəsinə dair Dövlət aktının tərtib edilməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, naturada yerləşən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə idarənin elektron xəritə bazasında (DWJ) göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluq vardır. Belə ki, torpaq sahəsinə dair DT və XK tərəfindən verilmiş “Dövlət Akt’ında qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları başqa mülkiyyətçiyə məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Belə olan halda torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə ziddiyyət təşkil etdiyindən ərizənin icrası mümkün olmamışdır. Bildiririk ki, elektron xəritə baza məlumatlarına istinadən vətəndaşın mülkiyyətinə verilmiş torpaq sahəsinin korrdinatları bələdiyyə fondunun mülkiyyətinə verilmiş torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür. Üçüncü şəxs iddia tələbinə münasibətində qeyd etmişdir ki, Yevlax rayonu Tanrıqulular bələdiyyəsinin xəritə materiallarına (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerqruluşu layihəsi) əsasən sözü gedən 3.19 ha torpaq sahəsi Yevlax rayonu, Tanrıqulular kənd sakini X2 JN-0038 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə mülkiyyətinə verilmiş torpaq sahəsidir. Həmin torpaq sahəsinə üst-üstə yenidən JN-7960 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Yevlax rayonu Tanrıqulular kənd sakini X3 Yevlax rayonu Tanrıqulular bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı əsasında 15 il müddətinə icarəyə verilmişdir. Mülkiyyətə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında izahat verərək iddianın qanunamüvafiq qaydada həll edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - JN-0038 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 30 saylı qərarı ilə X1 təsərrüfatı məhsulları istehsalı üçün 3.19 ha torpaq sahəsi verilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Yevlax rayonu Tanrıqullar kəndində yerləşən 0.2737 ha torpaq sahəsi üzərində X4 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Yevlax rayonu Tanrıqullar kəndində yerləşən 2.9187 ha torpaq sahəsi üzərində X4 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrdən görünür ki, X4 vərəsəsi İddiaçıdur və o miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, Seriya RX ******* nömrəli çıxarışa və ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, Seriya RX ******* nömrəli çıxarış əsasən Yevlax rayonu Tanrıqullar kəndində yerləşən 0.2737 ha və 2.9187 ha torpaq sahələridir. - AZ-İ 837712 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. - JN-7960 KOD 90110018 nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədən görünür ki, X3 Yevlax rayonu Tanrıqullar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 16 №-li qərarı və xx.xx.2005-ci il tarixli 13 nömrəli icarə müqaviləsi ilə bələdiyyənin “Karçovka yeri” adlı sahədən 15 il müddətinə 2.3 ha torpaq sahəsi kənd təsərrüfatını inkişaf etdirmək şərti ilə verilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.3-cü maddəsinə əsasən ... vərəsəlik hüququ haqqında ... şəhadətnamələr ... daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin hallarında göründüyü istinad olunan qanunun tələblərinə uyğun olaraq X2 Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 30 saylı qərarı ilə 3.19 ha torpaq sahəsi ayrılmış, ayrılmış torpaq sahəsi əvəzsiz olaraq onun mülkiyyətinə verilməklə bərabər, həmin torpaq sahələrinin onun mülkiyyətinə hansı ölçüdə verilməsi məsələsi də tərtib edilmiş JN-0038 nömrəli Dövlət Aktında öz əksini tapmışdır. Cavabdeh orqan sözügedən Dövlət Aktı əsasında ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışlarla Yevlax rayonu Tanrıqullar kəndində yerləşən 2.9187 ha və 0.2737 ha torpaq sahələri üzərində X4 tam xüsusi mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. İddiaçı, xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrə istinad edərək həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmiş, cavabdeh orqan Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.3-cü maddəsinin tələblərini pozaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr iddia olunan torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olduğundan iddiaçı haqlı olaraq cavabdeh orqana qarşı hazırkı tələblə müraciət etmişdir. Cavabdeh orqanın ilkin imtina cavabından və iddia tələbinə etirazdan görünür ki, iddia olunan torpaq sahəsinin başqa mülkiyyətçi ilə, həmçinin bələdiyyə mülkiyyəti ilə üstüstə düşdüyü bildirilir. Belə olan halda cavabdeh orqanın ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışları üstüstə düşmə olduğu halda hansı qaydada tərtib etməsi aydın deyil. İddiaçının cavabdeh orqana qarşı tələbi də hər hansı digər torpaq sahəsi üzərində deyil, məhz həmin çıxarışlarda qeyd edilmiş torpaq sahələri üzərində mülkiyyət hüquqlarının JN-0038 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş koordinatlara uyğun qeydiyyatı ilə bağlıdır. Digər tərəfdən üçüncü şəxsin təqdim etdiyi JN-7960 KOD 90110018 nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə ilə müəyyən edilir ki, həmin torpaq sahəsi X3 Yevlax rayonu Tanrıqullar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 16 №-li qərarı ilə 15 il müddətinə verilsə də, artıq müddət bitmişdir və həmin torpaq sahəsi üzərində hər hansı digər şəxsin hüquqlarının mövcudluğundan söhbət gedə bilməz (müddət bitdiyinə görə İbrahim Allahverdiyev üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməmişdir). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə:
3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: (-); 3.0.23. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; (-). Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi:
3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: (-); 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; (-); 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; (-). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (GashiXorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” İddiaçının mülkiyyət hüququnun qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi cavabdeh inzibati orqanda onun mərhum anasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmadığından, cavabdeh orqan yuxarıda sadalanan Əsasnamələrin tələbinə görə torpaq sahəsinin planı və ölçüsü sənədi sənədini tərtib etmək vəzifəsi daşıyır. Buna görə də iddiaçı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 3.19 ha pay torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsini cavabdeh orqandan tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2020ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23- cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək xidmətin vəzifələrinə aid edilmişdir (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-84/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe). “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə JN-0038 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 3.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilməklə həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.