Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-175/2022 02.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X9, X7, X11 və X2 adına verilmiş A seriyalı 435086 və 435087 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin, o cümlədən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X9, X7, X11 və X2 adına verilmiş A seriyalı 435086 və 435087 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin, o cümlədən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddianın əsaslarına görə, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996cı il tarixli, 38 nömrəli qərarına əsasən iddiaçıların ümumi birgə mülkiyyətlərinə Zaqatala rayonu, Bəhmətli kəndində 3,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi üzərində onların hüquqları JN seriyalı 317 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" ilə rəsmiləşdirilmişdir. X10 iddiaçıları məhkəməyə verdikdən sonra onlara məlum olmuşdur ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarına əsasən iddiaçıların ümumi birgə mülkiyyətlərinə verilmiş və üzərində hüquqları JN seriyalı 317 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" ilə rəsmiləşdirilmiş Zaqatala rayonu, Bəhmətli kəndində 3,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,81 ha hissəsi üzərində X9, X7, X11 və X2 hüquqları daşmmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş və bundan sonra həmin torpaq sahəsi X1. Halbuki, yuxarıda da qeyd edildiyi kimi tərəflərin aralarında alqı-satqı əməliyyatını həyata keçirdikləri Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 2,0 ha torpaq sahəsinin 1,81 ha hissəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarına əsasən iddiaçıların ümumi birgə mülkiyyətlərinə verilmiş və JN seriyalı 317 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" ilə rəsmiləşdirilmişdir. Həm Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarı, həm də JN seriyalı 317 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" hal-hazıradək qüvvədədir və heç bir dövlət orqanı və yaxud məhkəmə tərəfindən ləğv edilməmişdir. İddiaçılar hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onların müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********86 nömrəli imtina məktubunda qeyd etmişdir ki, müraciətin təmin olunması ərazi idarəsinin səlahiyyətləri daxilində deyil. Cavabdeh xx.xx.2021-ci il tarixli **********49 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı1 özünün mülkiyyətinə verilmiş və JN-317 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmiş 3,26 ha torpaq sahəsinin 1,81 ha üzərində digər şəxslərin adlarına dövlət reyestrində aparılmış qeydiyyatın və çıxarışların ləğv edilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətdə qeyd olunan məsələnin həlli iddiaçının ərizəsi əsasında ərazi idarəsinin sələhiyyətləri daxilində olmadığından onun ərizəsinin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2021ci il tarixli, **********86 nömrəli məktub ünvanlanmışdır. İddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, Zaqatala rayonu, Bəhmətli kəndi üzrə Ləğv edilmiş DTXK-nın Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" barədə məlumatlar ərazi idarəsinin arxiv fondunda və ərazi idarəsinin xidməti istifadəsində olan Zaqatala rayonu, Bəhmətli kəndində aparılmış torpaq islahatının nəticələri barədə xəritələrdə öz əksini tapmamış və JN-317 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın nüsxəsi 18 saylı Zaqatala Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir. Bununla belə, Zaqatala rayonu, Bəhmətli kəndi üzrə vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə dair tərtib edilmiş Dövlət Aktlarının, o cümlədən JN-317 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın qeydiyyatı barədə “Qeydiyyat kitabları” Ləğv edilmiş DTXK-nın Zaqatala rayon şöbəsi tərəfindən idarəyə təhvil verilmiş arxiv fondunda aşkar edilməmişdir. Məlumat üçün bildirilir ki, Aqrar İslahat Komissiyasının müvafiq qərarlarına əsasən Zaqatala rayonu, Bəhmətli kəndində torpaq islahatı ilə əlaqədar dürüstləşmə işləri aparılmış və həmin qərarlara əsasən vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə dair Ləğv edilmiş DTXK tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Sərəncamın 2-ci hissəsinin icrası ilə bağlı mübahisəli torpaq sahəsinə dair ətraflı arayış təqdim olunur. Belə ki, iddia ərizəsində mübahisələndirilən 1,50 ha və 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri X3 və digərlərinə Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə verilmiş və həmin qərara əsasən ləğv edilmiş DTXK tərəfindən həmin torpaq sahələrinə müvafiq X2 adına AN 435087 və AN 435086 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Həmin plan və ölçü və digər sənədlərə əsasən qeyd olunan 1,50 ha və 0,50 ha torpaq sahələri üzərində X2 və digərlərinin ümumbirgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2018-ci il tarixli, **********, ********** qeydiyyat nömrəli çıxarışlarla rəsmiləşdirilmişdir. Daha sonra, X5 və digərləri tərəfindən həmin 1,50 ha və 0,50 ha torpaq sahələri notariat qaydada təsdiq edilmiş, xx.xx.2018-ci il tarixli, 4Ə-268 və 4Ə-269 reyestr nömrəli alqı-satqı müqavilələri ilə X1. X2 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli, **********, ********** qeydiyyat nömrəli çıxarışlara əsasən mübahisəli 1,50 ha və 0,50 ha torpaq sahələrinin kateqoriyası kənd təsərrüfatı təyinatlı və məqsədli təyinatı - əkin üçün nəzərdə tutulan torpaq sahəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Cavabdeh etiraz məktubunda qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-175/2022 nömrəli qərardadı ilə X9, X7, X11, X5 və X10 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçılara xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, “Torpaq islahatı haqqında” Qanunun 20 və 22-ci maddələrinin, həmçinin İPM-in 35-ci maddəsinin tələbləri izah edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin Zaqatal rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olmadığı bildirilmişdir. Yardım məktubunda həmçinin qeyd edilmişdir ki, iddia İPM-in tələblərinə əsasən mümkün sayılmamalıdır. Qeyd edilən məsələlərlə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirmələri üçün iddiaçılara 10 gün müddətində vaxt təyin edilmişdir. Hüquqi yardım məktubu iddiaçılar tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilməsinə baxmayaraq məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İşin hallarının tədqiqi ilə müəyyən olunur ki, iddiaçılar iddia tələbində Zaqatala rayonu Bəhmətli kəndində yerləşən və iş üzrə üçüncü şəxslər X9, X7, X11 və X3 Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə verilmiş 1,50 ha və 0,50 ha torpaq sahələrinə dair dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışların ləğv olunmasını tələb etmişlər və bununla bağlı iddiaçılara yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Yəni inzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən də mümkün sayılmamalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X4 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X13 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X4 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Eyni zamanda İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İddiaçıların diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X9, X7, X11 və X2 adına verilmiş A seriyalı 435086 və 435087 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin, o cümlədən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-175/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-175/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver