Məhkəmə qərarları › İş №2-1(116)-175/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-175/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-175/2024 11.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Rasimə Telman qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, iddiaçının vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Ağdaş Bələdiyyəsinə qarşı “Ağdaş Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 204 nömrəli qərarının etibarsız hesab edilməsi barədə qəbul edilməsi” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ağdaş Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 204 nömrəli qərarının etibarsız hesab edilməsi barədə qəbul edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-1713/2023 nömrəli qərardadı ilə X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinə əsasən iddiaçı bildirir ki, Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 saylı qərarına əsasən İddiaçı Ağdaş şəhəri 42 №-li məhəllədəki torpaq sahəsindən yaşayış evi tikdirmək üçün 25 metr uzunluqda, 20 metr enində olmaqla 54 nömrəli yerdə 500 kv.m torpaq sahəsi verilmişdir. 17 fevral 1992-ci il tarixində Ağdaş Rayon İcra Hakimiyyətinin baş memarı və baş mühəndisinin iştirakı ilə Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 nömrəli qərarının icra olunması ilə əlaqədar akt tərtib edilmişdir. 18 fevral 1992-ci il tarixində isə həmin torpaq sahəsinə dair müqavilə imzalanmış və bununla bağlı rüsum ödənilmişdir. Qeyd edilir ki, səlahiyyətli qurum tərəfindən xx.xx.1992-ci il tarixində ayrılmış torpağın üzərində evin tikintisini aparılması üçün müəyyən işlər görmüşdür. xx.xx.1992-ci il tarixli sxematik planına uyğun olaraq bir mərtəbəli evin tikintisinə başlamışdır. Lakin iddiaçı 1996-cı ildə zərurət səbəbindən ölkənin hüdudlarını tərk etmiş, Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində yaşamışdır. İddiaçı həmin torpaq sahəsi mülkiyyət qeydiyyatına alınaraq çıxarışın alınması üçün qızına- Nümayəndə1 etibarnamə əsasında səlahiyyətlərini vermişdir. Ağdaş Bələdiyyəsi həmin müraciətə xx.xx.2018-ci il tarixli 244 saylı məktub cavabında bildirmişdir ki, 2000-ci ildə Bələdiyyənin baş kitabında İddiaçı adımı 0,05 ha torpaq sahəsi qeydə alınmış, lakin heç bir torpaq vergisi ödənilmədiyindən sözügedən torpaq sahəsi X2 01 iyul 2006-cı ıl tarixli 204 nömrəli qərarı ilə Ağdam Rayon Qiyaslı kənd sakini X1 verilmişdir. Qeyd edilir ki, bələdiyyənin qeyd olunan qərarı tamamilə əsassızdır. Yəni, vətəndaşın zəruri səbəblərdən ölkənin hüdudlarını tərk etməsindən sui-istifadə edilərək iddiaçı mülkiyyətindən məhrum edilmişdir. Göründüyü kimi Ağdaş Bələdiyyəsi tərəfindən iddiaçı tamamilə qanunsuz və əsassız səbəbdən- torpaq vergisinin ödənilməməsi səbəbindən mülkiyyətdən məhrum edilmişdir. Bundan əlavə olaraq qeyd edilir ki, faktiki olaraq Bələdiyyənin balansında olmayan torpaq sahəsi X1 verilmişdir. Belə ki, İddiaçı tərəfindən qeyd olunan torpaq sahəsi xx.xx.1990-cı il tarixində Ağdaş Şəhər Xalq Deputatlar Sovetliyin İcraiyyə Komitəsinin 12 saylı qərarı ilə iddiaçıya ayrılmışdır. Beləliklə artıq 1990-cı il tarixində sözügedən torpaq sahəsi terayya Komitəsinin balansından çıxmışdır və bununla bağlıda iddiaçı dövlət rüsumu ödəmişdir. Faktiki olaraq cavabdehin balansında olmayan torpaq sahəsini X1 verilmişdir. Qeyd edilir ki, X2 01 iyul 2006-cı il tarixli 204 nömrəli qərarında qeyd edildiyi kimi, qərar “Torpaq alqı-satqısı qaydalarının 9-cu bəndinə AR Nazirlər Kabinetinin 20 iyun 2000-ci il tarixli 106 saylı qərarına əsasladınlmışdır, lakin qeyd olunan normativ hüququ aktları kobud surətdə pozmuşdur. Belə ki, X2 01 iyul 2006-cı il tarixli 204 nömrəli qərarı qəbul edildiyi anda qüvvədə olan "Torpaq alqı-satqısı qaydalarf'nın 9-cu bəndinə əsasən “Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin hüdudları daxilində həyətyanı sahə, yaşayış evi, fərdi qaraj tikintisi, sahibkarlıq fəaliyyəti ilə əlaqədar, ənənəvi xalq sənətləri və s. ilə məşğul olmaq üçün torpaq almaq istəyən Azərbaycan Respublikasının fiziki və ya hüquqi şəxsləri müvafiq bələdiyyə orqanına ərizə ilə müraciət edir. Cavabdeh orqan iddiaya münasibət bildirmişdir ki, iddiaç İddiaçı cavabdeh Ağdaş rayonu Ağdaş Bələdiyyəsinə qarşı “Ağdaş rayonu Ağdaş Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 204 saylı qərarın etibarsız hesab edilməsi barədə qəbul edilməsi ” tələbi Ağdaş Bələdiyyəsinin 19 may 2023- cü il tarixdə Ağdaş Bələdiyyəsi üzüvlərinin 09 saylı protokolunun 7-ci bəndində geniş müzakirə olunmuş, X2 204 nömrəli Qərarına əsasən 01 iyun 2006-ci il tarixdə Ağdaş şəhəri 42-ci məhəllədə məskunlaşmış, Ağdam rayon Qiyaslı kənd köçkünü X4ma həyətynaı məqsədilə verilmiş 500 kv metr torpaq sahəsinin qərarı ləğv edilmədən qüvvədə qalması barədə Qərar qəbul olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir.

1. Cavabdehin qeydiyyata alınması ilə bağlı vergi orqanın internet seyfəsindən çıxarış;

2. Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinin 18 fevral 1992-ci il tarixli müqaviləsin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş surəti;

3. Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixli baş memarı və baş mühandisi tərəfindən təsdiq edilmiş aktın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş surəti;

4. Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 Ns-li qərarın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş surəti;

5. Evin tikilməsi ilə bağlı sxematik planın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş surəti;

6. AR Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivin xx.xx.2022-ci il tarixli məktubun surəti;

7. Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinə ödənilmiş dövlət rüsumun surəti;

8. Ağdaş Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 244 saylı məktubun surəti;

9. Ağdaş Bələdiyyəsinin 01 iyun 2006-cı il tarixli 204 nömrəli qərarın surəti;

10. Ağdaş Bələdiyyəsinin 19 may 2023-cü il tarixli 09 nömrəli qərarın surəti;

11. Ağdaş Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 nömrəli protokolunun surəti;

12. Ağdaş Bələdiyyəsinin torpaq ayırılması ilə bağlı aktın surəti;

13. Ağdaş Bələdiyyəsinin torpaq cizgisin planın surəti

14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı Ağdaş XDS-in xx.xx.1990-cı il tarixli qərarına əsasən ayrılmış torpaq sahəsinin yerini müəyyənləşdirmək mümkün deyil. Elektron məlumat bazasında mövcud olan Ağdaş bələdiyyəsinin ilkin aqrar islahat xəritəsinə əsasən mübahisəli torpaq sahəsi Ağdaş Bələdiyyəsinin mülkiyyətindədir. Ağdaş Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 204 nömrəli qərarın ilə X4ma ayrılmış torpaq sahəsinin, həmçinin Ağdaş XDS-in xx.xx.1990-cı il tarixli qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinin sxemində (ilkin torpaqayırma sənədləri) ayrılmış torpaq sahələrinin koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından torpaq sahələrinin eyni olubolmamasını və üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı.

Əsaslandırma hissəsi:

Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya və onun vəkilinə şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçının nümayəndəsi məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddainın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçı iddia tələbində həmin qərarın etibarsız hesab edilməsini xahiş etsə də, onun hüquqi marağı və məqsədi Ağdaş Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 204 nömrəli qərarının ləğv edilməsinə yönəlmişdir. İddia ərizəsində qeyd edilir ki, “iddiaçının nümayəndəsi Nümayəndə1 etibarnamə əsasında Ağdaş Bələdiyyəsinə müraciət etmiş, həmin müraciətə xx.xx.2018-ci il tarixli 244 saylı məktub cavabında bildirmişdir ki, 2000-ci ildə Bələdiyyənin baş kitabında İddiaçı adına 0,05 ha torpaq sahəsi qeydə alınmış, lakin heç bir torpaq vergisi ödənilmədiyindən sözügedən torpaq sahəsi X2 01 iyul 2006-cı ıl tarixli 204 nömrəli qərarı ilə Ağdam Rayon Qiyaslı kənd sakini X1 verilmişdir.”Göründüyü kimi iddia tərəfinin həmin qərardan ən azı 2018-ci ildə məlumatı olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Məhkəmə xüsusi ilə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı sözügedən qərarın mübahisələndirilməsi imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir.Oxşar işlərlə bağlı hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra Qərarlarında təsbit edilmişdir (2-1(102)-2102/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2958/2024 saylı,xx.xx.2024-cü il tarixli, 2-1(102)- 770/2024 saylı, xx.xx.2024-cü il tarixli və s) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı cavabdeh Ağdaş Bələdiyyəsinə qarşı “Ağdaş Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 204 nömrəli qərarın etibarsız hesab edilməsi barədə qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar