Məhkəmə qərarları › İş №2-1(116)-1752/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1752/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1752/2025 11.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "X1" MMC-ə qarşı " cavabdehin xx/xx/2024 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 42155.10 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 50877.5 manat məbləğində siyahıya alınmış əmlakının (Ağsu rayonu Qaravəlli kəndində yerləşən, hər sotunun qiyməti 25 manat olmaqla, ümumi dəyəri 13864.75 manat olan, 5.5459 ha, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, hər sotunun qiyməti 25 manat olmaqla, ümumi dəyəri 22891.75 manat olan, 9.1567 ha, xx.xx.2022- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, hər sotunun qiyməti 25 manat olmaqla, ümumi dəyəri 2850.75 manat olan, 1.1403 ha, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, hər sotunun qiyməti 25 manat olmaqla, ümumi dəyəri 11270.60 manat olan, 4.508238 ha, xx.xx.2021-ci il qeydiyyat tarixli,********** qeydiyyat nömrəli, ümumi dəyəri 50877.85 manat olmaqla, 20.351,39 ha torpaq sahələri) satılması” tələbinə dair işə məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı “cavabdehin xx/xx/2024 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 42155.10 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 50877.5 manat məbləğində siyahıya alınmış əmlakının (Ağsu rayonu Qaravəlli kəndində yerləşən, hər sotunun qiyməti 25 manat olmaqla, ümumi dəyəri 13864.75 manat olan, 5.5459 ha, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, hər sotunun qiyməti 25 manat olmaqla, ümumi dəyəri 22891.75 manat olan, 9.1567 ha, xx.xx.2022- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, hər sotunun qiyməti 25 manat olmaqla, ümumi dəyəri 2850.75 manat olan, 1.1403 ha, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, hər sotunun qiyməti 25 manat olmaqla, ümumi dəyəri 11270.60 manat olan, 4.508238 ha, xx.xx.2021ci il qeydiyyat tarixli,********** qeydiyyat nömrəli, ümumi dəyəri 50877.85 manat olmaqla, 20.351,39 ha torpaq sahələri) satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16, 55, 80ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "X1" MMC-ə qarşı " cavabdehin xx/xx/2024 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 42155.10 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 50877.5 manat məbləğində siyahıya alınmış əmlakının (Ağsu rayonu Qaravəlli kəndində yerləşən, hər sotunun qiyməti 25 manat olmaqla, ümumi dəyəri 13864.75 manat olan, 5.5459 ha, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, hər sotunun qiyməti 25 manat olmaqla, ümumi dəyəri 22891.75 manat olan, 9.1567 ha, xx.xx.2022- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, hər sotunun qiyməti 25 manat olmaqla, ümumi dəyəri 2850.75 manat olan, 1.1403 ha, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, hər sotunun qiyməti 25 manat olmaqla, ümumi dəyəri 11270.60 manat olan, 4.508238 ha, xx.xx.2021-ci il qeydiyyat tarixli,********** qeydiyyat nömrəli, ümumi dəyəri 50877.85 manat olmaqla, 20.351,39 ha torpaq sahələri) satılması” tələbinə dair iş üzrə iddiası geri götürülmüş sayılır və inzibati iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar