Məhkəmə qərarları › İş №2-1(116)-176/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-176/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-176/2023 24.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə iddiaçı "xxxx" Fermer Təsərrüfatı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “********** qeydiyyat nömrəli çıxarışa əsasən "xxxx" Fermer Təsərrüfatı MMC-nin mülkiyyətində olan Ağdaş rayonu, Hacılar kəndi ərazisində yerləşən 0,36 ha torpaq sahəsində yerləşən, istifadə edilən qeyri-yaşayış sahələri, 4 ədəd tövlənin özəlləşdirilməsi, mükiyyət sənədlərinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ********** qeydiyyat nömrəli çıxarışa əsasən "xxxx" Fermer Təsərrüfatı MMC-nin mülkiyyətində olan Ağdaş rayonu, Hacılar kəndi ərazisində yerləşən 0,36 ha torpaq sahəsində yerləşən, istifadə edilən qeyri-yaşayış sahələri, 4 ədəd tövlənin özəlləşdirilməsi, mükiyyət sənədlərinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, "xxxx" X2 Məsuliyyətli Cəmiyyəti X4 tərəfindən təsis edilmiş, 20 avqust 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X5 0707-A4-275 № ilə qeydiyyata alınmışdır. "xxxx" Fermer Təsərrüfatı MMC-nin əsas fəaliyyət növü Nizamnaməyə uyğun olaraq həyata keçirilir. Yarandığı gündən etibarən fəaliyyətdədir, vergi ödəyicisidir. "xxxx" Fermer Təsərrüfatı MMC yeni ərazilər almaqla, fəaliyyyətini genişləndirir. xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın 4Ə-1043 saylı alqı-satqı müqaviləsinə əsasən Ağdaş rayonu, Hacılar kəndi ərazisində yerləşən 0,36 ha torpaq sahəsi alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı Qeydiyyat nömrəsinə əsasən "xxxx" Fermer Təsərrüfatı MMC-nin adına çıxarış alınmışdır. "xxxx" Fermer Təsərrüfatı MMC Ağdaş rayonu, Hacılar kəndi ərazisində yerləşən 0,36 ha torpaq sahəsini alan zaman torpaq sahəsində qeyri-yaşayış sahəsi, tövlələr var idi. Satıcının dediklərindən (2001-ci ildə inşa edilmişdir deməyi) və tikilinin görünüşündən məlum olur ki, həmin tikililər 20 ildən artıqdır ki, inşa edilmişdir. Cavabdeh xx.xx.2022-cü il tarixli, **********69 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının Ağdaş rayonu, Hacılar kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid mülkiyyətdə olan 0,36 ha torpaq sahəsində 2001-ci il tarixində inşa olunmuş 3 (üç) ədəd tövlələrə dair çıxarışın və texniki pasportun verilməsinə köməklik edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə daxil olmuş 21.012022-ci il tarixli, ********** qeydiyyat nömrəli məktubuna baxılmışdır. Müraciətlə bağlı təqdim eedilmiş sənədlərin ekspertizası zamanı müəyyən olunmuşdur ki, qeyri-yaşayış binalarının üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün heç bir hüquqmüəyyənedici sənəd ərizəyə əlavə edilməmişdir. Belə ki, daşınmaz əmlak (əmlak kompleksi) üzərində hüquqların qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu və 8.0.10-cu maddələrinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikiliyə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq yerli icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestr haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. İddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq, nəzərinə çatdırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş cavabdehin **********69 nömrəli imtinasından görünür ki, cavabdehin imtinası Ağdaş rayonu, Hacalı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid mülkiyyətdə olan 0,36 ha torpaq sahəsində 2001-ci ildə inşa edilmiş 3 (üç) ədəd tövləyə aid çıxarışın və texniki pasportun verilməsi ilə bağlı müraciətə baxılması ilə əlaqədar olmuşdur. Lakin hazırkı iddia tələbi ilə "xxxx" Fermer Təsərrüfatı MMC-nin mülkiyyətində olan Ağdaş rayonu, Hacılar kəndi ərazisində yerləşən 0,36 ha torpaq sahəsində yerləşən, istifadə edilən qeyri-yaşayış sahələri, 4 (dörd) ədəd tövlənin özəlləşdirilməsi, mükiyyət sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını ilə bağldır. Qeyd olunanlara əsasən iddiaçının nəzərinə çatdrılmışdır ki, hazırkı iddia tələbində göstərilən 4 ədəd tövlənin qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etməyini təsdiq edən sənədi və yaxud cavabdehin bu məsələ ilə bağlı müraciətə imtinasını məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra- “İPM”) 13-cü maddəsinə müvafiq olaraq iddia tərəfinin nəzərinə çatdırılmışdır ki, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl eyni məzmunlu tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. Lakin, müraciət iddia qaldırılan tarixə qədər edilməli, imtina cavabı da iddia ərizəsinin təqdim edildiyi xx.xx.2022-ci il tarixdən əvvələ aid olmalıdır. Qeyd olunanlara əsasən iş üzrə göstərilən çatışmazlığın aradan qaldırılması, iddia qaldırılanadək cavabdehə müraciət etməyini təsdiq edən sənədi və ya cavabdehin hazırkı iddia tələbinə dair imtinasını məhkəməyə təqdim edilməsi iddia tərəfinə təklif olunmuşdur. Məhkəmənin yuxarıda qeyd olunan yardım məktubu iddiaçı tərəfindən alınmasına baxmayaraq, məktubda göstərilənlərlə bağlı məhkəmənin hüquqi mövqeyinə yazılı münasibət bildirilməmiş, çatışmazlıqlar aradan qaldırılmamışdır. Həmçinin, xx.xx.2023-cü il tarixdə hazırlıq icraatı çərçivəsində keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 yardım məktubunda qeyd olunanlar bir daha izah edilmişdir. Nümayəndənin diqqətinə çatdırılmışdır ki, iddia tələbindəki qeyrimüəyyənlik səbəbindən müvafiq dəqiqləşmə aparılması zərurəti vardır. Belə ki, iddia ərizəsinə əsasən iddiaçı 4 ədəd tikilinin özəlləşdirilməsini tələb etdiyindən, iddiaçının hüquqi marağının imtinada göstərilən tikililərdən hansının qeydə alınmasından ibarət olduğunu müəyyən etmək mümkün deyil. M.Mirsalehli yardım məktubunda qeyd olunan nöqsanların aradan qaldırılması üçün məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmiş, məhkəmə iclası onun vəsatətinə əsasən təxirə salınsa da, hazırkı məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etməmiş, iddia tələbində müvafiq dəqiqləşmə aparılmamış və nöqsanlar aradan qaldırılmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddia tərəfi və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırkı tələblə bağlı cavabdehə heç bir müraciət edilməmiş, müraciətin təmin edilməsindən imtina olunmasına dair müvafiq məktub iş materiallarına əlavə olunmamışdır. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək, qanunveriliciyin tələbləri izah olunmuş və hazırkı iddianın mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçının hazırkı Ağdaş rayonu, Hacılar kəndi ərazisində yerləşən 0,36 ha torpaq sahəsində yerləşən, istifadə edilən qeyri-yaşayış sahələri, 4 ədəd tövlənin özəlləşdirilməsi, mükiyyət sənədlərinin verilməsi tələbi ilə məhkəmədə iddia qaldırmazdan əvvəl məhz bütün tikililərlə bağlı cavabdehə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. Aşkar edilmişdir ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdeh orqana Ağdaş rayonu, Hacılar kəndi ərazisində 0,36 ha torpaq sahəsində yerləşən, istifadə edilən qeyri-yaşayış sahələri, 3 ədəd tövlənin özəlləşdirilməsi və mükiyyət sənədlərinin verilməsi ilə bağlı müraciət etmiş, məhkəmədə isə sözügedən ərazidə yerləşən 4 ədəd tövlənin özəlləşdirilməsi və mükiyyət sənədlərinin verilməsi tələbi ilə iddia qaldırmışdır. Odur ki, iddiaçının hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı "xxxx" Fermer Təsərrüfatı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “********** qeydiyyat nömrəli çıxarışa əsasən "xxxx" Fermer Təsərrüfatı MMC-nin mülkiyyətində olan Ağdaş rayonu, Hacılar kəndi ərazisində yerləşən 0,36 ha torpaq sahəsində yerləşən, istifadə edilən qeyri-yaşayış sahələri, 4 ədəd tövlələrin özəlləşdirilməsi, mükiyyət sənədlərinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar