Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1760/2022 24.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “toplanmış ümumi iş stajı müddəti, FHN poliklinikasından xəstəlik tarixçəsi, əşya geyim təminatı sənədlərinin, istifadə edilməmiş məzuniyyət günləri sayı barədə məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Cavabdeh pensiyada olan keçmiş əməkdaşı xx.xx.1980-ci il təvəllüdlü İddiaçı işlədiyi dövr ərzində toplanmış ümumi iş stajı müddəti, FHN poliklinikasından xəstəlik tarixçəsi, əşya geyim təminatı sənədlərinin, istifadə edilməmiş məzuniyyət günləri sayı barədə məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1997-ci ildən Azərbaycan Respublikası DİN BYTM Yanğından Mühafizə orqanlarında xidmətə başlamışdır. 31 may 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1182 saylı sərəncanmına müvafiq olaraq Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Azərbaycan Respublikası Cavabdeh sərəncamına verilmiş, həmin Nazirliyin Kadr Siyasəti Baş İdarəsinin 19 avqust 2019-cu il tarixli 1819/Ş nömrəli əmri ilə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun yaşa görə pensiyaya çıxmağı ilə bağlı ərizəsinə əsasən xidmətkeçməyinə xitam verilmişdir. Sonradan Azərbaycan Respublikası Cavabdehnə müraciət edərək, qanunla müəyyən edilmiş bir sıra ödənişlərin alınması məqsədilə xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli ərizələr ünvanlanmış, ümumi iş stajı müddəti, FHN poliklinikasından xəstəlik tarixçəsini, əşya-geyim təminatı sənədlərinin, istifadə edilməmiş məzuniyyət günlərinin sayı barədə məlumat verilməsini xahiş etmişdir. Lakin qeyd edilən ərizələr hələ də cavablandırılmamış, nazirlik tərəfindən hərəkətsizlik nümayiş etdirilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Cavabdeh hərəkətsizliyi qanunsuzdur və Azərbaycan Respublikası Cavabdeh üzərinə nazirliyin keçmiş əməkdaşı olmuş xx.xx.1980-ci il təvəllüdlü İddiaçı ümumi iş stajı müddəti, FHN poliklinikasıbdan xəstəlik tarixçəsi, əşya-geyim təminatı sənədləri, istifadə edilməmiş məzuniyyət günlərinin sayı barədə məlumatın verilməsi vəzifəsi qoyulmalıdır. Cavabdeh iddiaya münasibət bildirməmiş,etiraz təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İş materiallarında olan xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ərizələrdən görünür ki, iddiaçı qeyd olunan sənədlərin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.Cavabdeh tərəfindən məktublar cavablandırılmamış,həmin sənədlərin təsdiq olunmuş nüsxəsi iddiaçıya təqdim edilməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia mahiyyət etibari ilə də əsaslıdır. Məhkəmə aşağıdakı əsaslarla iddianı əsaslı hesab edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə görə hər kəsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmayıbsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. «Vətəndaşların müraciəti haqqında» Azərbaycan Respublikası Qanunu ; 1.1-ci maddə Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. 7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. 10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. 10.2. Bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir. İş materiallarının araşdırılması və iş üzrə sübutlardan görünür ki,iddiaçı iddia tələbində göstərilən sənədlərin təqdim olunması məqsədilə cavabdehə müraciət etmiş,tələb təmin olunmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə iddiaçının tələb etdiyi sənədlərin təsdiq olunmuş nüsxəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin ; 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilir. İddiaçı işlədiyi dövr ərzində toplanmış ümumi iş stajı müddəti barədə məlumatın, FHN-nin poliklinikasından xəstəlik tarixçəsi barədə çıxarışın, əşya geyim təminatı sənədlərinin, istifadə edilməmiş məzuniyyət günlərinin sayı barədə məlumatın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1760/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1760/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver