Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1769/2022 05.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayon Salahlı kənd 3 saylı təsərrüfat başına kitabda 277 saylı qeydlə X3 032 ha torpaq sahəsinin üzərində olan 48 kvadrat metr yaşayış evinin kameral ölçü işlərinin və inverdartalma işlərinin aparılmasını və X4 adına olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Yevlax rayon Salahlı kənd 3 saylı təsərrüfat başına kitabda 277 saylı qeydlə X3 032 ha torpaq sahəsinin üzərində olan 48 kvadrat metr yaşayış evinin kameral ölçü işlərinin və inverdartalma işlərinin aparılmasını və X4 adına olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş və həmin tarixdən icraata qəbul edilmiş sayılmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdein nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsinə təqdim edilmiş məhkəmə bildirişində hazırlıq iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İnzibati işin məhkəmə hazırlıq iclasında iddiaçının və vəkilinin iştirakı ilə işin hallarının hüquqi müzakirəsi aparılmış, cavabdeh orqanın iddiaçının ilkin müraciətinin təmin etməsindən imtina etməsinin iş materialları ilə müəyyən edilməməsi bildirilmişdir. Belə ki, cavabdeh orqan bildirmişdir ki, mübahisəli yaşayış evində kameral ölçü işlərinin aparılması üçün mütəxəssislər torpaq sahəsinə baxış keçirsə də, kameral ölçü işlərinin aparılmasına etiraz edildiyindən və müayinəyə şərait yaradılmadığından inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. İddiaçı və onun vəkili məhkəmə iclasında verdikləri izahatlarında mübahisəli yaşayış sahəsində X1 və onun ailə üzvlərinin yaşadığını və həmin yaşayış sahəsi ilə bağlı aralarında mübahisənin olduğunu bildirmişlər. Məhkəmə tərəfindən iddiaçıya, iddianın mümkünlük şərtlərinə cavab verməməsi bildirilmiş və izah edilmişdir ki, arzuladığı məqsədə nail olmaq üçün müayinə-ölçü işlərinin aparılmasına maneçilik törədən şəxslərə qarşı “müayinə ölçü işlərinin aparılmasına yaradılan manelərin aradan qaldırılması” tələbi ilə daşınmaz əmlakın yerləşdiyi yer üzrə Yevlax rayon Məhkəməsinə müraciət edilməli, müayinə ölçü işləri aparıldıqdan sonra həmin fərdi yaşayış evi üzərində hüquqların qeydiyyatı ilə bağlı inzibati orqana, müraciəti müsbət həll olunmadıqda isə inzibati mübahisə ilə bağlı məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iddiaçı, məhkəmənin hüquqi mövqeyi ilə razılaşdığını bildirərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi və məhkəməyə müvafiq ərizəni təqdim etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddiaçının tərəfindən təqdim edilmiş, “iddia ərizəsinin geri qaytarılması barədə” ərizə icraata qəbul edilmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq iddia ərizəsinin geri götürülməsini xahiş edir. İddiaçı hazırki mərhələdə iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayon Salahlı kənd 3 saylı təsərrüfat başına kitabda 277 saylı qeydlə X3 032 ha torpaq sahəsinin üzərində olan 48 kvadrat metr yaşayış evinin kameral ölçü işlərinin və inverdartalma işlərinin aparılmasını və X4 adına olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1769/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1769/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver