Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-177/2021 09.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Ucar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə X10 verilmiş və xx.xx.2009-cu ildə Dövlət Torpaq Kadastrı kitabında 1266 nömrə ilə qeydə alınmış A-190637 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün ləğv edilməsi, həmin torpaq sahəsinə İddiaçı, onun ailə üzvləri X17, X8, X6 və X11 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Ucar rayonunun Bərgüşad kəndində yaşayır. Ucar rayonu Bərgüşad kəndinin 1996-2000-ci illərə aid 11 nömrəli təsərrüfatbaşına kitabının 725-ci hesab nömrəsində təsərrüfat başçısı kimi qeyd olunmuş X17 təsərrüfatında arvadı X12, oğlu İddiaçı, gəlini X6 və nəvəsi X13 adları yazılmış, təsərrüfatın xüsusi mülkiyyətində 1,48 ha torpaq sahəsinin, 1974-cü ildə tikilmiş, 124 kv.m ümumi sahəsi olan evin də olması barədə qeydiyyat aparılmışdır. İddiaçı xx.xx.2000-ci ildə təsərrüfatdan ayrılmışdır. 2000-ci ilə aid 19 nömrəli təsərrüfatbaşına kitabının 1230-cu hesab nömrəsində İddiaçı təsərrüfat başçısı kimi qeyd olunmuş, torpaq sahəsinin olmasına dair qeydiyyat aparılmamışdır. Ucar rayon Həbibi adına kolxozun islahatı ilə əlaqədar Bərgüşad kəndində yaşayan, torpaq payı almaq hüququ olan vətəndaşların siyahısının 13-cü sətrində X17 və onun ailə üzvləri X12, İddiaçı, X24, X13 adları göstərilmiş, təsərrüfatbaşına kitaba əsasən 0,20 ha, normadan artıq isə 1,28 ha torpaq sahəsinin olması qeyd olunmuşdur. Həmin siyahının 15-ci sətrində X9 və onun ailə üzvləri Abulova Hicran Qafur qızının, X3, X4, X5 adları göstərilmiş, təsərrüfatbaşına kitaba əsasən 0,12 ha, normadan artıq isə 0,14 ha torpaq sahəsinin olması qeyd olunmuşdur. Ucar Rayon Aqrar İslahat Komissiyasının (bundan sonra - AİK) xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə Həbibi adına kolxoz yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 nömrəli protokolu və kolxozun kompleks yerquruluşu işlərinin aparılmasına dair layihə təsdiq edilmişdir. Ucar Rayon AİK-in xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X9, Abulova Hicran Qafur qızının, X3, X4, X5 adına Ucar rayonu Bərgüşad kəndində yerləşən 2,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə JN-4xx xxx 90400028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. X25 xx.xx.2003-cü ildə vəfat etmişdir. Ucar Rayon AİK-in xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarına istinadən, Ucar rayonu Bərgüşad kəndində yerləşən 14328,94 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı X9 adına A-190637 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilərək dövlət torpaq kadastrı kitabında xx.xx.2009-cü ildə 1266 nömrə ilə uçota alınmışdır. Ucar Rayon AİK-in xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, Ucar rayonu Bərgüşad kəndində yerləşən 2600,26 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı X9 adına A-190639 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilərək dövlət torpaq kadastrı kitabında xx.xx.2009-cü ildə 1006 nömrə ilə uçota alınmışdır. X18 xx.xx.2009-cu ildə vəfat etmişdir. Ucar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş "Ucar rayonu Bərgüşad kəndində istifadəsində qanuni həyətyanı sahəsi olan, lakin hüquqi sənəd hazırlanmamış, həmçinin verilən sənədlərdə kobud səhvlər olan ailələrin siyahısı"nın 30cu sırasında 1231 xəritə nömrəsi ilə İddiaçı adı göstərilmiş, onun qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,20 ha, zəbt olunan sahə kimi 1,28 ha, mülkiyyətə verilən torpaq sahəsi kimi 1,48 ha qeyd olunmuşdur. Ucar Rayon AİK-in xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarına istinadən, Ucar rayonu Bərgüşad kəndində yerləşən 1999,99 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı İddiaçı adına A-5072333 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilərək dövlət torpaq kadastrı kitabında xx.xx.2014-cü ildə 26 nömrə ilə uçota alınmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi iddiaçının nümayəndəsi vəkil Nümayəndə yazdığı xx.xx.2020-ci il tarixli məktubda bildirmişdir ki, Ucar rayonu Bərgüşad kəndində X17 və İddiaçı adlarına həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilməmişdir. Lakin həmin kəndin ərazisində olan 1999,99 kv.m həyətyanı torpaq sahəsinə dair İddiaçı adına A-5072333 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" işlənmişdir. İddiaçı cavabdehə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək, A-190637 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün ləğv edilməsini, həmin torpaq sahəsinə X17 və İddiaçı ailə üzvləri ilə birlikdə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina edərək xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, müraciətdə qeyd olunan halların araşdırılması Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli etirazlarında imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, X9 adına olan A-190637 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 14328,94 kv.m torpaq sahəsi faktiki olaraq X17 və ailə üzvlərinin istifadəsindədir. İdarənin elektron baza məlumatlarında da Ucar Rayon AİK-in xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə 14328,94 kv.m həyətyanı torpaq sahəsinə tərtib edilmiş A-190637 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" X9 adına işlənmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsinin surəti üçüncü şəxs X10 göndərilərək 20 gün müddətində iddiaya qarşı rəsmi münasibət bildirməsi təklif edilmiş, lakin o, iddiaya münasibət bildirməmişdir. Bundan sonra məhkəmənin xx.xx.2021ci il tarixli məktubu ilə iddia ərizəsinin surəti təkrarən ona göndərilərək 10 gün müddətində iddia ilə bağlı fikirlərini yazılı şəkildə məhkəməyə bildirməsi xahiş edilmiş, lakin o, yenə də məktuba cavab verməmişdir. Şifahi məhkəmə baxışı xx.xx.2021-ci ilə təyin edilərək üçüncü şəxs X10 bu barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-4xx xxx 90400028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Ucar Rayon AİK-in xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X19 və onun ailə üzvlərinin adına Ucar rayonu Bərgüşad kəndində yerləşən 2,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi qərara alınmışdır. - İşdə olan, A-5072333 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Ucar Rayon AİK-in xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarına istinadən, Ucar rayonu Bərgüşad kəndində yerləşən 1999,99 kv.m həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. - İşdə olan, A-190637 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Ucar Rayon AİK-in xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarına istinadən, Ucar rayonu Bərgüşad kəndində yerləşən 14328,94 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi X9 mülkiyyətinə verilmişdir. - İşdə olan, A-190639 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Ucar Rayon AİK-in xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, Ucar rayonu Bərgüşad kəndində yerləşən 2600,26 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi X9 mülkiyyətinə verilmişdir. - İşdə olan, Ucar Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 33 nömrəli arxiv arayışından görünür ki, Ucar rayonu Bərgüşad kənd 1996-2000-ci illərə aid 11 nömrəli təsərrüfatbaşına kitabının 725-ci hesab nömrəsində təsərrüfat X17 adına olmaqla həmin təsərrüfatda onun ailə üzvləri X12, İddiaçı, X6 və X14 adı olmuş, təsərrüfatın xüsusi mülkiyyətində 1,48 ha torpaq sahəsi qeyd edilmiş, eyni zamanda 1974-cü ildə tikilmiş 124 kv.m olan evin də olması barədə qeydiyyat aparılmışdır. İddiaçı xx.xx.2000-ci ildə təsərrüfatdan ayrılmışdır. 2000-ci ilə aid 19 nömrəli təsərrüfatbaşına kitabının 1230-ci hesab nömrəsində İddiaçı təsərrüfat başçısı kimi qeyd olunmuşdur. - İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli **********48 nömrəli imtina məktubundan görünür ki, müraciətdə qeyd olunan halların aradırılması Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində deyilir ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Müəyyən edildi ki, 1996-cı ildə torpaq islahatı zamanı İddiaçı atası X17 təsərrüfatında qeydiyyatda olmuş, həmin təsərrüfatın həyətyanı torpaq sahəsi 1,48 ha olmuşdur. Kolxozun islahatı ilə əlaqədar torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında İddiaçı və ailə üzvlərinin təsərrüfatbaşına kitaba əsasən 0,20 ha, normadan artıq isə 1,28 ha torpaq sahəsinin olması, üçüncü şəxs X9 və ailə üzvlərinin təsərrüfatbaşına kitaba əsasən 0,12 ha, normadan artıq isə 0,14 ha torpaq sahəsinin olması qeyd olunmuşdur. Üçüncü şəxs X9 adına xx.xx.2009-cü ildə 14328,94 kv.m fərdi yaşayış evi tikmək üçün olan torpaq sahəsi ilə bağlı A-190637 nömrəli, 2600,26 kv.m fərdi yaşayış evi tikmək üçün olan torpaq sahəsi ilə bağlı isə A-190639 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Ucar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş "Ucar rayonu Bərgüşad kəndində istifadəsində qanuni həyətyanı sahəsi olan, lakin hüquqi sənəd hazırlanmamış, həmçinin verilən sənədlərdə kobud səhvlər olan ailələrin siyahısı"nda İddiaçı adı göstərilmiş, onun qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,20 ha, zəbt olunan sahə kimi 1,28 ha, mülkiyyətə verilən torpaq sahəsi kimi 1,48 ha qeyd olunmuşdur. İddiaçı adına xx.xx.2014-cü ildə 1999,99 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı A- 5072333 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Cavabdehin xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli məktubları ilə müəyyən edildi ki, Ucar rayonu Bərgüşad kəndində İddiaçı və atası X17 adlarına həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilməmişdir. Lakin həmin kəndin ərazisində olan 1999,99 kv.m həyətyanı torpaq sahəsinə dair İddiaçı adına A- 5072333 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" işlənmişdir. X9 adına olan A-190637 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 14328,94 kv.m torpaq sahəsi isə faktiki olaraq İddiaçı və ailə üzvlərinin istifadəsindədir. Göründüyü kimi, üçüncü şəxs X9 adına xx.xx.2009-cü ildə verilmiş A-190637 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 14328,94 kv.m torpaq sahəsi faktiki olaraq İddiaçı və onun ailə üzvlərinin istifadəsində olan, bu səbəbdən də iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilən torpaq sahəsidir. Həmin A-190637 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" üçüncü şəxs X9 adına səhvən verilmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməli, A-190637 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün ləğv edilməsi və həmin sənəddə göstərilən torpaq sahəsinə İddiaçı, onun ailə üzvləri X25, X20, X15 və X11 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs X9 adına verilmiş, xx.xx.2009-cu ildə Dövlət Torpaq Kadastrı kitabında 1266 nömrə ilə qeydə alınmış A-190637 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün ləğv edilməsi, həmin sənəddə göstərilən 14328,94 kv.m torpaq sahəsinə İddiaçı, onun ailə üzvləri X17, X8, X6, X11 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-177/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-177/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver