Məhkəmə qərarları › İş №2-1(116)-1783/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1783/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1783/2025 02.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi ilə Tərəflərin və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərin iştirakı olmadan iddiaçı – İddiaçı (yaşayış yeri: Yevlax şəhəri, H.Əliyev prospekti, ev 54B, mənzil 7) cavabdeh – Cavabdehnə (yerləşdiyi yer: Yevlax şəhəri, Nizami prospekti 41A) (üçüncü şəxslər – X5, X6 və X7 inzibati məhkəmə icraatına cəlb olunmaqla qeydiyyat ünvanı: ünvan 1eydiyyatdan çıxarılma» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 2 etdi: Təsviri hissə : Yevlax şəhəri, H.Əliyev prospekti, 54B saylı evin 7 saylı mənzili mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Sözügedən mənzil ona 24 dekabr 2003-cü il tarixdə notarial qaydada təsdiqlənmiş müqavilə əsasında əvvəlki mülkiyyətçisi tərəfindən satılmışdır. İddiaçının həmin mənzilə mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən 14 yanvar 2010-cu il tarixdə **********5 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı X5 ilə 18 sentyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahdan 16 iyun 2014-cü il tarixdə X7 və 5 fevral 2016-cı il tarixdə X6 adlı iki övladı doğulmuşdur. Sonradan Yevlax Rayon Məhkəməsinin 2(039)-2018/2021 saylı 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı və X5 arasında bağlanmış 18 sentyabr 2013cü il tarixli nikah qeydi pozulmuş və həmin nikahdan doğulmuş iki övladın ananın himayəsində saxlanılması qət edilmişdir. Bundan sonra İddiaçı cavabdeh X4 qarşı mənzildən çıxarılma tələbini irəli sürərək Yevlax Rayon Məhkəməsində iddia qaldırmışdır. Rayon Məhkəməsinin 2(039)-726/2022 saylı iş üzrə 17 may 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və X1 Yevlax şəhəri, H.Əliyev prospekti, 54B saylı evin 7 saylı mənzilindən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-531/2023 saylı iş üzrə 2 may 2023-cü il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı mənzilin mülkiyyətçisi kimi X1 və övladları X2 və X3 həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması ilə bağlı Cavabdehnə ərizə təqdim etmişdir. Lakin cavabdeh tərəfindən 2 dekabr 2024-cü il tarixli məktubla iddiaçının qaldırdığı həmin məsələnin həllindən imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı Cavabdehnə qarşı mülkiyyətində olan mənzildən həmin şəxslərin qeydiyyatdan çıxarılması barədə iddia qaldıraraq Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı mövqeyini belə əsaslandırır ki, X5 onun keçmiş arvadıdır, X6 və X7 isə onun övladlarıdır. Məhkəmə qətnaməsi ilə onların nikahı pozulmuş və birgə nikahdan doğulmuş övladları analarının himayəsində qalmışlar. Başqa məhkəmə aktı ilə X1 iddiaçıya məxsus mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icra olunmuşdur. X5 övladları ilə birlikdə başqa ünvanda yaşayır. İddiaçı mülkiyyətində olan mənzildən adıçəkilən şəxsin və iki övladının qeydiyyatdan çıxarılması ilə bağlı Cavabdehnə müraciət etmişdir, lakin cavabdeh məsələnin həllindən imtina etmiş və məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. İddiaçı Cavabdeh imtinasını mübahisələndirir. Cavabdeh inzibati orqan Cavabdeh İddiaçı ünvanlanmış 2 dekabr 2024-cü il tarixli (imtina barədə) məktubunda bildirilir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndində göstərildiyi kimi yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında mümkündür. Odur ki, Sizə məxsus ünvan 4 ünvanından yerləşən yaşayış sahəsində qeydiyyatda olan X1, X2 və X3 pasport qeydiyyatından çıxarılması üçün məhkəməyə müraciət etmək hüququnuz vardır. Məhkəmənin 19 dekabr 2024-cü il tarixli qərardadı ilə X5 və övladları X6 və X7 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər (nümayəndə vasitəsilə təmsil olunmamışlar). Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Cavabdeh inzibati orqan Cavabdeh tərəfindən İddiaçı müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Yevlax rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan Cavabdeh Yevlax şəhəri, Nizami prospekti 41A ünvanında yerləşir. Məhkəmə qeyd edir ki, iddia tələbi “öhdəliyin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə Cavabdeh yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə Cavabdeh iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən ərizəsində adı göstərilən şəxslərin qeydiyyatdan çıxarılmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Məhkəmə diqqətə çatdırır ki, iş materiallarına əsasən hazırda Yevlax şəhəri H.Əliyev prospekti, 54B saylı evin 7 saylı mənzilinə sahiblik, istifadə və sərəncam hüququ mülkiyyətçi kimi hazırkı İddiaçı məxsusdur və onun bu hüququnun yaranmasının əsası kimi 24 dekabr 2003-cü il tarixdə notarial qaydada təsdiqlənmiş müqavilə çıxış edir. Həmin hüquq isə, iddiaçıya evin ondan əvvəlki mülkiyyətçisindən keçmişdir ki, əvvəlki mülkiyyətçi əmlaka dair ona məxsus olmuş mülkiyyət hüququndan müvafiq məbləğdə pul vəsaitinin ödənilməsi müqabilində imtina edərək onun başqa şəxsə keçməsi ilə bağlı iradə ifadəsini nümayiş etdirmişdir. Məhkəmə həmçinin vurğulayır ki, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X1 iddiaçıya məxsus yaşayış sahəsindən çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var və həmin qətnamə icra olunmuşdur. Digər məhkəmə qətnaməsi ilə vaxtilə yetkinlik yaşına çatmayan şəxslər olmuş övladları X2 və X3 anaları X1 yanında (himayəsində) saxlanılması qərara alınmışdır. Yəni, yetkinlik yaşına çatmamış həmin uşaqların yaşayış yerləri iddiaçıya məxsus mənzil deyil. Qətnamələr icra olunmuş və hazırda X5 və övladları X6 və X7 başqa ünvanda yaşayırlar. Odur ki, məhkəmənin qənaətinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-сu maddəsinin birinci hissəsinin 5-ci bəndində nəzərdə tutulan əsas mövcud olduğu halda, inzibati orqan Cavabdeh İddiaçı müraciəti üzrə ona məxsus mənzildən üçüncü şəxslərin (X1, X2 və X3) qeydiyyatdan çıxarılmasından qanunsuz olaraq imtina etmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı mülkiyyətində olan Yevlax şəhəri, H.Əliyev prospekti, 54B saylı evin 7 saylı mənzilindən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər X1, X2 və X3 qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı mülkiyyətində olan Yevlax şəhəri, H.Əliyev prospekti, 54B saylı evin 7 saylı mənzilindən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər X1, X2 və X3 qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 7egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar