Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1787/2022 29.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı Zaman qızının cavabdeh Təhsildə X1rşı “B16 №028146 nömrəli diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Zaman qızının cavabdeh Təhsildə X1rşı “B16 №028146 nömrəli diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2-1(116)-1677/2022 nömrə ilə qeydə alınmışdır. Həmçinin İddiaçı Zaman qızının cavabdeh “Azərbaycan Resopublikası Təhsil Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “diplomun hüquqi cəhətdən əsaslı hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8010/2022 saylı qərardadına əsasən inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş, iş 2-1(116)-1787/2022 nömrə ilə qeydə alınmışdır. İş materiallarını araşdırıb hesab edirəm ki, hər iki inzibati mübahisənin mübahisə predmetləri və tərəfləri eynidir. Buna görə də iddia tələblərinə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə qeyd olunan müstəqil işlər üzrə icraat bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə görə məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56-cı maddəsinin tələbini rəhbər tutaraq qərara aldı: İddiaçı Zaman qızının cavabdeh Azərbaycan Resopublikası Təhsil Nazirliyinə qarşı iddia tələbi üzrə 2 2-1(116)-1787/2022 saylı inzibati iş, 2-1(116)- 1677/2022 saylı inzibati işə birləşdirilir. 2-1(116)-1787/2022 saylı inzibati iş, 2-1(116)-1677/2022 saylı inzibati işə birləşdirildiyindən 2-1(116)-1787/2022 saylı inzibati iş üzrə icraata xitam verilir. Qərardaddan şikayət verilə bilməz. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1787/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1787/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver