Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1787/2023 14.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz şəhəri, Cavanşir küçəsində yerləşən, Oğuz Bələdiyyəsinin 27 iyun 2007-ci il tarixli 6 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 55 kv.m torpaq sahəsi üzərində (A seriyalı 040810 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğunlaşdırılaraq) iddiaçının mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “Oğuz şəhəri, Cavanşir küçəsində yerləşən, Oğuz rayon Oğuz Bələdiyyəsinin 27 iyun 2007-ci il tarixli 6 nömrəli qərarı ilə iddiaçıya satılmış 55 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsində inşa etdirdiyi qeyri-yaşayış (mağaza) binasına iddiaçının mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1787/2022 nömrəli qərardadı ilə Oğuz Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Oğuz şəhəri, Cavanşir küçəsində yerləşən, Oğuz Bələdiyyəsinin 27 iyun 2007-ci il tarixli 6 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 55 kv.m torpaq sahəsi üzərində (A seriyalı 040810 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğunlaşdırılaraq) iddiaçının mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, Oğuz Bələdiyyəsinin 27 iyun 2007-ci il tarixli 6 saylı qərarı ilə Oğuz şəhəri Cavanşir küçəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 55 kv.metr torpaq sahəsi satılmışdır. Qeyd edilən torpaq sahəsinin alqı-satqısına dair Akt tərtib olunmuş və 14 avqust 2007-ci il tarixdə 395 nömrə ilə qeydiyyata alınmışdır. Bundan sonra torpaq sahəsinı Dövlət Kadastr kitabında 10 iyun 2009-cu il tarixdə 2247 nömrə ilə uçota alınmış A040810 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Həmin torpaq sahəsinə bütün müvafiq sənədlər hazırlandlqdan sonra mağaza binası inşa edilmiş və hal hazırda istifadə olunur. Həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixdə verdiyi imtina məktubu vermişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, təqdim edilmiş sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddısinin tələblərinə cavab vermir. Belə ki, Ərazi İdarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, qeyri yaşayış binasının təqdim olunan sənəd üzrə eskiz layih planı ilə faktiki vəziyyət arasında uyğunsuzluq vardır. Qeyri-yaşayış binasının 3.8 kv.m hissəsi mülkiyyətində olan 55 kv.m torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Həmçinin aparılan araşdırma zamanı məlum olmuşdur ki, istismara qəbul aktı komissiyasının sədri tərəfindən təsdiq olunmamış, Əmək müfəttişliyi və Fövqəladə hallar nazirliyinin DYNX-nın əməkdaşları tərəfindən imzalanmamışdır.Qeyd olunan səbəbə görə də müraciətin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs iddiaya münasibətində bildirmişdir ki, Oğuz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarı ilə Oğuz şəhərində yerləşən 0.0055 ha və 55 kv.metr ölçüdə torpaq sahəsi iddiaçıya sahibkarlıq məqsədi ilə satılmışdır. Oğuz bələdiyyəsi İddiaçı, Oğuz şəhərində yerləşən 0.0055 ha ölçüdə torpaq sahəsinə dair mülkiyyət hüququnun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmasına etiraz etmir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Oğuz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı iclas protokolunun qərarından çıxarışdan görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 55 kv m torpaq sahəsinin sahibkarlıq məqsədi ilə iddiaçıya satılması qərara alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylə Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-5230/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, Oğuz Bələdiyyəsinin 27 iyun 2007-ci il tarixli 6 saylı qərarı ilə iddiaçıya satılmış və A seriyalı 040810 nömrəli 'Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 55,0 kv.metr torpaq sahəsi Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) və X2 Uçotu informasiya Sisteminə (TEKUİS) əsasən Oğuz şəhər İnzibati ərazi dairəsi sərhədləri daxilində yaşayış məntəqələri torpaqlarına aid olmaqla Oğuz bələdiyyəsinin mülkiyyətidir, İddiaçı istifadəsindədir. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 57,5 kv.metr torpaq sahəsi A seriyalı 040810 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 55,0 kv.metr torpaq sahəsi ilə 24,25 kv.metr hissədə üst-üstə düşür. Mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb edilən tikilinin faktiki sahəsi 57,5 kv.metirdir. 57,5 kv.metr tikilinin 24,25 kv.metr hissəsi A seriyalı 040810 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilimiş 55,0 kv.metr torpaq sahəsi ilə üst-üstə düşür. Qeyri-yaşayış binaları təqdim olunan Memarlıq planlaşdırma layihəsinə uyğun inşa olunub-olunmaması “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İddiaçının faktiki istifadəsində olan 57,5 kv.metr torpaq sahəsinin 6,75 kv.metr hissəsi **********0622 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür, iddiaçının adına tərtib edilmiş A seriyalı 040810 nömrəli ‘Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd edilmiş 55,0 kv.metr torpaq sahəsinin 30,15 kv.metr hissəsi qonşunun istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. 0,6 kv.metr hissəsi isə iddiaçının özünün istifadəsinə olan torpaq sahəsinin qarşısında boş əraziyə düşür. - İddiaçının təqdim etdiyi xx.xx.2007-ci il tarixli ödəniş qəbzindən görünür ki, 580 manat məbləğində torpağın dəyəri Oğuz Bələdiyyəsinin hesabına ödənilmişdir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsinin məktubundan görünür ki, Şöbə torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün satılmasına etiraz etməmişdir. - Oğuz RİH Memarlıq və tikinti şöbəsinin 2007-ci il tarixli 1590 nömrəli məktubundan görünür ki, Şöbə 55 kv.m torpaq sahəsinin kommersiya məqsədi ilə satılmasına etiraz etməmişdir. - A seriyalı 040810 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən müəyyən edilir ki, Oğuz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı iclas protokolunun qərarı ilə 55 kv.m həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Oğuz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı sahibkarlıq məqsədilə ayrılan 55 kv.metr torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya ayrılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2007-ci il tarixli ödəniş qəbzinə əsasən Oğuz Bələdiyyəsinin hesabına ödənilmişdir. Cavabdehin iddiaya qarşı dəlili – torpaq sahəsində inşa olunan qeyri-yaşayış binasının tikinti altı sahəsinin sənəd üzərində göstəriləndən artıq olması ilə bağlı olmuşdur. İddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasına aid hissədə iddianın həcmi azaldıldığından cavabdehin həmin hissəyə münasibətinə qiymət verilmir. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Cavabdehin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində iddia olunan torpaq sahəsinin yaşayış məntəqəsi torpaqlarına aid həyətyanı məqsədilə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş ərazidə yerləşdiyi göstərilmişdir. Mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada istifadəsində 0.0055 ha torpaq sahəsi olub, döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Hal-hazırda iddiaçı tərəfindən istifadə olunur, başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə Oğuz şəhərində yerləşən Oğuz Bələdiyyəsinin 27 iyun 2007-ci il tarixli 6 nömrəli qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş 55 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınıb çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz şəhəri, Cavanşir küçəsində yerləşən, Oğuz Bələdiyyəsinin 27 iyun 2007-ci il tarixli 6 nömrəli qərarı ilə İddiaçı ayrılmış 55 kv.m torpaq sahəsi üzərində (A seriyalı 040810 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğunlaşdırılaraq) iddiaçının mülkiyyət hüququnun qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə