Məhkəmə qərarları › İş №2-1(116)-179/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-179/2025

17.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-179/2025 17.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı müraciət edərək, 16 may 2003-cü il tarixli 01 saylı icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş torpaq sahəsində kənd təsərrüfatı (əkin, biçin və s.) fəaliyyəti və qanunla və həmin müqaviləyə əsasən qadağan edilməmiş istənilən növ fəaliyyət ilə məşğul olmasına maneələrin yaradılması və fəaliyyət göstərməsinə qadağaların qoyulması cavabdehə və digər şəxslərə qadağan edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən, “İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 35 nömrəli 16 may 2003-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 17 may 2003-cü il tarixli 01 saylı rəyi ilə təqdim edilmiş torpaqayırma sənədləri və "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri əsas götürülərək rayonun “Vəng yanı” adlanan X1 təsərrüfatına yararlı “əkin” torpaq sahəsindən 100 (bir yüz) hektar 25 (iyirmi beş) il müddətinə (2003- 2028-ci illər) müddətinə İddiaçı icarayə verilməsi qərara alınmışdır. Həmin Sərəncamın 1ci bəndində isə, “Rayonun “Vəng yanı” adlı X2 təsərrüfatına yararlı əkin sahəsindən 100. (bir yüz) hektar 25 (iyirmi beş) il müddətinə (2003- 2028-ci illər) İddiaçı icarəyə verilməsi barəsində İddiaçı ərizəsinin nəzərə alınması qeyd edilmişdir. Bundan sonra İddiaçı ilə İsmayıllı rayon İcra Hakimiyyəti arasında 16 may 2003-cü il tarixli 01 saylı icarə müqaviləsi bağlanılmış və həmin müqavilənin 1.3-cü bəndinə uyğun olaraq "Vəng yanı” adlanan X1 təsərrüfatına yararlı “əkin” torpaq sahəsindən 100 (bir yüz) hektar 25 (iyirmi beş) il müddətinə (2003-2028-ci illər) müddətinə “Kənd təsərrüfatı məhsulları istehsal etmək" məqsədi ilə İddiaçı icarəyə verilmişdir. İddiaçı ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə dair İsmayıllı rayon icra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli 138 saylı Sərəncam qəbul edilsə də, sonradan Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(1 16)-860/2022 saylı qərarına uyğun olaraq həmin sərəncam İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının 15 iyul 2022-ci il tarixli 74 saylı Sərəncamı ilə ləğv edilmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti yenidən İddiaçı qarşı Bakı Kommersiya məhkəməsində iddia qaldıraraq 16 may 2003-cü il tarixli 01 saylı icarə müqaviləsinin ləğv edilməsini tələb etsə də, Bakı Kommersiya məhkəməsinin e-2-2(l 13)-6247/2022 saylı 28 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bütün qeyd edilən məhkəmə qərarlarına və İsmayıllı rayon İcra Hakimiyyətinin iddia və/və ya tələblərinin əsassız olmasına baxmayaraq, İsmayıllı rayon İcra Hakimiyyəti 2 (iki) ildən çoxdur ki, 16 may 2003-cü il tarixli 01 saylı icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş torpaq sahəsində kənd təsərrüfatı işləri ilə (sahibkarlıq fəaliyyəti) ilə məşğul olmasına müxtəlif süni maneələr yaradır, İddiaçı külli miqdarda zərərə məruz qalmasına səbəb olur. Belə ki, dəfələrlə İddiaçı sözügedən torpaq sahəsində əkin işləri aparmaq istədiyi zaman İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndələri həmin əraziyə gələrək orada işləyən texnikaların qarşısını kəsərək əkin işlərinin aparılmasına qanunsuz olaraq maneə yaratmışlar. Sonuncu dəfə də belə maneə 2023-cü ilin yanvar ay ında baş vermişdir ki. həmin vaxt İddiaçı Daxili İşlər Nazirliyinin ”102" çağrı xidmətinə də müraciət etmiş və İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları əraziyə gəlmişdirlər. Lakin İsmayıllı rayon X10 rayon İcra Hakimiyyətinin nümayəndələrinin etdikləri qanunsuz əməllərdə hər hansı cinayət və/və ya inzibati xəta tərkibi olmadığına görə onlar barəsində hər hansı tədbir görməmiş, mülki qaydada məsələnin həll edilməli olduğunu bildirmişdir. İddiaçı ona verilmiş torpaq sahəsindən istifadə etməklə hər il onlarla məhsul (kartof, soğan, taxıl) istehsal etmiş və xüsusən də neçə illərdir ki, Azərbaycan Respublikasına soğan idxalının dayandırılaraq, əksinə, Azərbaycanın soğan ixracatçısına çevrilməsində iştirak edən əsas fermerlərdən biri olmuşdur. Lakin təəssüflər olsun ki, 2 (iki) ildən çoxdur ki, İsmayıllı rayon İcra Hakimiyyətinin süni maneələrinə görə İddiaçı qeyd edilən fəaliyyətini həyata keçirə bilmir. Halbuki. ‘'İnzibati İcraat haqqında" qanunun 11.2-ci maddəsinə əsasən, nzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”. Cavabdeh etirazında bildirmişdir ki, “İddiaçı ilə ismayıllı Rayon icra Hakimiyyəti arasında 16 may 2003-cü il tarixli 01 saylı icarə müqaviləsi bağlanılmış və həmin müqavilənin 1,3-cü bəndinə uyğun olaraq Vəng yanı adlanan X2 təsərrüfatına yararlı "əkin" torpaq sahəsindən 100( bır yüz) hektar 25 (iyirmi beş) ıl müddətinə (2003-2028-cı illər) müddətinə kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə İddiaçı Əh oğluna icarəyə verilmişdir. İddiaçı ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə dair İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən 05 10 2021-cı ıl tarixli 138 saylı Sərəncam qəbul edilsə də, sonradan Şəki İnzibati Məhkəməsinin 24 may 2022-cı ıl tarixli 2-1(116)- 860/2022 saylı qərarına uyğun olaraq həmin sərəncam İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 15 iyul 2022-ci il tarixli 74 saylı Sərəncamı ilə ləğv edilmiş iddiaçı İsmayıllı Rayon İcra Hakimiyyətinin cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair verilmiş apellyasiya şikayəti Bakı Apellyasıya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 29(103)-16/2024 saylı 23 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti yenidən İddiaçı qarşı Bakı Komersıya məhkəməsində iddia qaldıraraq 16 may 2003-cü il tarixli 01 saylı icarə müqaviləsinin ləğv edilməsini tələb etsədə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 6247/2022 saylı 28 dekabr 2022-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Butun qeyd edilən məhkəmə qərarlarına və İsmayıllı Rayon İcra Hakimiyyətinin iddia və ya tələblərinin əsassız olmasına baxmayaraq, İsmayıllı Rayon İcra Hakimiyyəti 2 (iki) ildən çoxdur kı 16 may 2003-cü ıl tarixli 01 saylı icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş torpaq sahəsində kənd təsərrüfatı isləri ilə (sahibkarlıq fəaliyyəti) ilə məşğul olmasına müxtəlif sum manelər yaradı T Abdullayevin iddia ərizəsinə etiraz edərək bildirərəm ki.onun iddiası əsassız və qanunsuzdur. Ona görə ki, iddiaçı ərizəsində Bakı Kommersiya Məhkəməsinin 2-2(1131- 6247/2022 saylı 28 dekabr 2022-ci il tarixli qətnaməsindən sonra baş verən proseslən qeyd etməmişdir, İsmayıllı Rayon İcra Hakimiyyəti Bakı Kommersiya Məhkəməsinin sözügedən qətnaməsindən apellyasiya şikayəti vermiş ış Bakı Apeliyasıya Məhkəməsinin Kommersiya Kollegiyasında olarkən 11 04 2023-cu il tarixli 2-2(103)-373/2023 saylı qərardadla məhkəmə mühəndis-texnıki ekspertizası təyin edilmişdir Məhkəmə muhəndıstexnıki ekspertizasının rəyinə əsasən torpaq sahəsi X11 torpaqlarına aid olmaqla uqodıyası örüş olduğu təsdiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 23.04 2024-cü il tarixli 2-2(103)-16/2024 saylı qətnaməsi ilə ismayıllı RİHnin apellyasiya şikayəti təmin edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6247/2022 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı ismayıllı Rayon icra Hakimiyyəti ilə cavabdeh İddiaçı arasında bağlanmış 16 may 2003-cü il tarixli 01 saylı icarə müqaviləsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qətnaməsindən narazı qalan cavabdeh İddiaçı kassasiya şikayəti vermiş. Azərbaycan Respublikası Alı Məhkəməsinin Kommersiya Kollegiyasının 31 10.2024-cü il tarixli 2- 2(1021-477/2024 nömrəli qərı ilə kassasiya şikayəti təmin edilməmiş. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(103)- 16/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iş uzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı vardır Suraxanı rayon icra şobəsı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cu ıl tarixli 2- 2(103)-16/2024 saylı icra sənədinin icrasını təmin etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası olaraq İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü ıl tarixli 158 saylı Sərəncamı ilə AbdullayevTeyyub Əli oğlu ilə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 16 may 2003-cü il tarixli 01 saylı müqavilə ləğv edilmişdir. Odur ki, İddiaçı iddia ərizəsi rədd edilməlidir.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir:  İsmayıllı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 35 nömrəli sərəncamının surəti.  İsmayıllı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 74 nömrəli sərəncamının surəti.  İsmayıllı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 138 nömrəli sərəncamının surəti.  İsmayıllı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-ci il tarixli 158 nömrəli sərəncamının surəti.  xx.xx.2003-cü il tarixli 01 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surəti.  İsmayıllı rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunun surəti.  Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-860/2022 nömrəli qərarı ilə “İddiaçı cavabdeh İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı “İsmayıllı rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli138 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Qərardan apellyasiya şikayəti verilməmiş, qərar xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir.  Şəki İnzibati Məhkəməsinin 2-1(116)-860/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının surəti.  Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6247/2022 nömrəli xx.xx.2022ci il tarixli qətnaməsinin surəti.  Cavabdehin xx.xx.2025-ci il tarixli etiraz məktubu və ona əlavə edilmiş sənədlərin surəti.  Bakı şəhər Suraxanı Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli 380985-18- 11 nömrəli məktubun surəti.  Bakı Kommersiya Məhkəməsinin 2-2(103)-16/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin surəti.  Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 16/2024 nömrəli icra vərəqəsinin surəti.  Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)-477/2024 nömrəli qərarının surəti. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Maddə 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Maddə 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Maddə 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Əsaslandırma hissə: İddiaçının iddiası müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qismində mümkün iddiadır. Belə ki, iddiaçının hazırkı tələbdə hüquqi marağı 16 may 2003-cü il tarixli 01 saylı icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasından ibarətdir. Məhkəmə aşağıdakılara görə iddianı əsaslı hesab etmir. Belə ki, mübahisə üzrə cavabdehin hərəkətlərinin qanuniliyinə qiymət verməzdən öncə, mübahisəli torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olub olmadığına qiymət verilməlidir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçı İsmayıllı rayon İcra Hakimiyyəti cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyəmüraciət edərək, tərəflər arasında bağlanmış 2003-cü il 16 may tarixli 01 nömrəli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 28 dekabr tarixli e-2-2(113)-6247/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 aprel tarixli 2-2(103)-16/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, tərəflər arasında bağlanmış 2003-cü il 16 may tarixli 01 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, “26. Məhkəmə hesab etmişdir ki, cavabdehin istinad etdiyi hallar iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında bağlanmış 16 may 2003-cü il tarixli 01 saylı müqavilədə torpaq sahəsinin əkin təyinatlı olması qeyd edilməmişdir. Eyni zamanda, müqavilənin 1.3-cü bəndində torpaq sahəsinin məqsədli təyinatı kimi “k/t məhsulları istehsal etmək” qeyd olunmuş, bu ifadə isə torpaq sahəsinin məhz əkin təyinatlı olması anlamına gəlmir. Çünki örüş təyinatlı torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsi də nəticə etibarı ilə kənd təsərrüfatı məhsulların istehsalı anlamına gəlir. 27. İcra Başçısının 16 may 2003-cü il tarixli 35 nömrəli Sərəncamında da mübahisəli torpaq sahəsinin əkin təyinatlı olması qeyd edilməmişdir. Cavabdehin istinad etdiyi Sərəncamın 1-ci bəndində isə torpaqın təyinatı deyil, cavabdehin ərizəsinin məzmunu qeyd edilmişdir. 28. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, hətta tərəflər arasında bağlanmış müqavilədə və icra hakimiyyətinin sərəncamında torpaq sahəsi əkin təyinatlı sahə kimi göstərilsəydi belə iddia rədd oluna bilməzdi. Çünki mübahisəli torpaq sahəsinin təyinatı iş üzrə keçirilmiş məhkəmə ekspertizası rəyi və həmin rəyin verilməsinə əsas olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi və torpaq sahəsinə dair yerquruluşu planına əsasən müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, cavabdeh mübahisələndirilən icarə müqaviləsi əsasında icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyinə görə, iddiaçı həmin müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir.”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 477/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 aprel tarixli 2-2(103)-16/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi torpağın qanuni istifadəsində olmasını iddia edən iddiaçı qeyd olunan məhkəmə aktlarını nəzərə almadan hazırkı tələblə çıxış edərək, artıq ona məxsus olmayan torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.”. Qeyd olunmalıdır ki, iddiaçının dəlillərinin əsassız olmasına artıq qanuni qüvvəsini almış məhkəmə aktları ilə qiymət verildiyindən, və iddiaçı tərəfindən yeni bir sübut təqdim olunmadığından, məhkəmə hesab edir ki, iddia əsaslı deyil. Odur ki, iddia təmin edilə bilməz. Qərara aldı: İddia təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar