Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1790/2025 18.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim X1 İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” barədə iddia tələbinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər idarəsi Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 276.70 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 400 manat məbləğində siyahıya alınmış əmlaklarının (1 ədəd 100 manat dəyərində, təzə (yeni) geyim dəsti olan dəri materialdan plaş və 6 ədəd, ədədin biri 50 manat olmaqla, cəmi 300 manat dəyərində təzə (yeni) geyim dəsti olan kurtkaların, ümumilikdə 400 manat dəyərində əmlakın) ticarət şəbəkələrində satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron ərizə ilə müraciət edərək, vergi ödəyicisi tərəfindən borc məbləğinin tam ödənməsi ilə əlaqədar iddia tələbindən imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. II. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. III. MƏHKƏMƏNİN MÖVQEYİ: Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı məhkəməyə iddia tələbindən imtina barədə ərizə təqdim etdiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiadan imtina edilməsi zamanı prosessual qanunvericilik iddiaçıya münasibətdə heç bir məhdudiyyət nəzərdə tutmadığı üçün və iddiadan imtina edilməsi cavabdehin iradəsindən asılı olmadığına görə xx.xx.2025-ci il tarixinə saat 12:00-da təyin edilmiş məhkəmə iclasının keçirilməsinə də icraata qənaət prinsipi rəhbər tutularaq zərurət qalmamışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” barədə inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Şəki şəhəri S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. X4 Əsədova.
Məhkəmə qərarları › İş №2-1(116)-1790/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1790/2025
18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver